• Hipnoz seansları Allah qatında heç bir anın itmədiyini elmi cəhətdən necə sübut edir?
  • Aparılan hipnoz təcrübələrində hipnoz altında olan insanlar necə reaksiya verir?
  • Hipnoz dünya həyatının hisslərdən ibarət olduğunu anlamağa necə kömək edir?
Uşaqlıq və gənclik illərində insanın zehni aydın olur. İnsan o illərdə etdiklərinin hamısını əbədiyyən xatırlayacağını zənn edir. Hadisələr, insanlar, baş verənlər onun üçün o qədər vacibdir ki, bunların hamısını anbaan xatırlayacağını, hamısının həyatında mühüm yer tutacağını düşünür. Lakin zaman keçdikcə çox mühüm və aydın olduğunu zənn etdiyi bütün hadisələr getdikcə aydınlığını itirir, hətta yox olur. İllər sonra uşaqlıq və gənclik illərində başına gələnlərin sadəcə bir neçəsi hafizəsində qalır. Halbuki şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah qatında hər an hazırdır və hər an canlı şəkildə yaşanır. Bunların heç biri əsla itmir. Bu həqiqəti elmi cəhətdən sübut edən təcrübələrdən biri hipnozdur.
İnsanın yaşadığı heç bir an Allah qatında itmir
Hipnoz haqqında ətraflı məlumat verməzdən əvvəl bildirməliyik ki, Allah istəsə, dünyada da bütün hadisələri mühafizə edə bilər.
Rəbbimiz Baqidir (davam edən, fani olmayan). Allahın qədərdə yaratdığı bütün hadisələr də Rəbbimizin dərgahında əbədiyyən mövcuddur. Allah istədiyi təqdirdə bu dünyada da hadisələri mühafizə edə bildiyini müxtəlif səbəblərlə insanlara göstərir. CD-yə qeyd etdiyimiz ad günü yığıncağı illər keçsə də, insanlar yaşlanıb ölsə də, nəsillər dəyişsə də, o CD-də qalar. O CD-yə nə vaxt baxsaq, eyni ad günü yığıncağı yenə eyni detalları ilə qarşımıza çıxar. O görüntünün içindəki insanların hamısı danışır, yeriyir, əylənir, hərəkət edir. Hamısı bu günkü kimi canlıdırlar. Eyni görüntünü nə vaxt seyr etsək, yenə eyni şeyləri edəcəklər. Bu, Allahın istədiyi təqdirdə hər hansı səbəblə baş vermiş bir hadisəni əbədiyyən bu dünyada da saxlayacağına dəlildir. Allah istəsə, o anlar bizim hafizəmizdə daima mövcud olar. Bunların hamısı Allahın dərgahında mövcuddur və şübhəsiz, bunları bizim zehnimizdə yaratmaq Allah üçün çox asandır.
Allah aciz yaradılmış insana da hadisələri mühafizə etmək qabiliyyəti vermişdir, istədiyi vaxt istədiyi anı, istədiyi insanları kamerada, CD-də saxlamağa qadirdir. O görüntülərə hər dəfə tamaşa etdikdə eyni hadisəni yenidən yaratmağa gücü çatır. Elə isə baş vermiş hadisələrin itib getdiyini iddia etmək böyük səhvdir. Bunu iddia etmək yoxluq deməkdir. Aydındır ki, belə bir şey mümkün deyil. Bu göstərir ki, Allahın gücü və qüdrəti dərk edilmir. Bu qədər təfərrüatı yaradan, insanın zehnində və ya bir CD-də keçmiş hadisələrin hamısını eynilə meydana gətirən Rəbbimiz, şübhəsiz ki, bütün detalları sonsuz hafizəsində əbədiyyən yaradıb hifz etməyə qadirdir. Hadisələr insanın məhdud hafizəsində yox olub gedir, amma sonsuz ağıl sahibi Allahın qatında əbədiyyən qalır. Rəbbimiz bir ayədə belə buyurur:
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah sayıb yazmış, onlar isə unutmuşlar. Allah hər bir şeyə şahiddir! (Mücadilə surəsi, 6)
Burada bir şeyi xatırlatmalıyıq: məqalə boyu “Allahın hafizəsi” ifadəsi mövzunun başa düşülməsi üçün işlədilir. Yoxsa, əlbəttə, Allah sonsuz bilik sahibidir, hər cür nöqsandan uzaqdır. Allah sonsuzdur və Onun yaratdığı məlumatlar da Allahın dərgahında əbədi olaraq qalacaq.
Hipnoz seansları baş vermiş hadisələrin yox olmadığının sübutudur
Hipnoz seansları insanın başına gələn hadisələrin yox olmadığına dəlildir. İnsanlar hipnoz zamanı heç cür xatırlamadıqları, hətta praktiki cəhətdən xatırlanması mümkün olmayan, 3-4 yaşında başlarına gələn hadisələri bütün detal və hissələri ilə eyni şəkildə xatırlayırlar. Əslində hadisəni xatırlamaqdan çox bütün detalları ilə yaşayırlar. Bir insanın yox olduğuna inandığı bir anı aydın şəkildə eynilə təkrarən yaşaması əslində bütün baş verənlərin əbədiyyən mövcud olduğuna dair mühüm dəlildir. Bu, eyni zamanda Allahın dərgahında bütün məlumatların mövcud olduğunu və Allahın istədiyi təqdirdə bunları bizim hafizəmizə verəcəyini göstərir.
Hipnoz nədir?
Hipnoz təlqinə meyilli, bir növ süni yuxu və ya yuxu-ayıqlıq arası vəziyyətdir (Hipnoz, Wikipedia). Təbii yuxu halı olmadığı kimi, ayıqlıq halı da deyil. Ancaq hər iki halı da ehtiva edən kompleks anlayışdır. Tədqiqatlar hipnoz anı ilə təbii yuxu vəziyyətinin tamamilə fərqli hallar olduğunu göstərmişdir.
Hipnoz zamanı hipnoz edilən insana ardıcıl təlqinlər verilir və bu insana əslindən ayırd edilməyəcək qədər inandırıcı bir sıra hadisələr yaşadılır. Eyni şəkildə müxtəlif metodlarla hipnoz altındakı insanın daha əvvəl yaşadığı anları 20-30 il keçsə də, yenidən eynilə yaşaması, o an baş vermiş hadisələri bütün detalları ilə xatırlaması təmin olunur. Heç bir maddi mühit olmasa da, insan yaşadıqlarını film lenti kimi beynində canlandırır. Hətta bəzi insanlar əvvəllər oxuduqları kitabın səhifələrini kəlmə-kəlmə deyirlər.
Hipnoz zamanı baş verən fiziki dəyişikliklər
 Adətən yuxuda olarkən beyin dalğaları yavaşlayır. Ancaq hipnoz altındakı insanın beyin fəaliyyətlərinin ayıq haldakına bərabər olduğu müşahidə edilmişdir.
Hipnoz zamanı hafizənin normal vəziyyətdəkinə nisbətən daha çox gücləndiyi və normal zamanlarda xatırlanması mümkün olmayan keçmişə dair məlumatların təfərrüatı ilə aydınlandığı tədqiqatçılar tərəfindən müəyyən edilmişdir.
Hipnoz zamanı şüursuz vəziyyətdə ikən qeyri-mümkün olan ruhi və fiziki fəaliyyətlər göstərilir. Hipnoz altındakı şəxs əzələlərinin və orqanlarının gücündən artıq hərəkətlər edir.
Həmin şəxs olduğu otaqda olmayan görüntüləri, insanları və ya mənzərəni görür, səsləri eşidir, qoxuları və dadları hiss edir. Bu əsnada baş verən hadisələrə sevinir, kədərlənir, həyəcanlanır, sıxılır, narahat olur. Hətta hipnoz altında olan insanın yaşadığı hadisələr kənardan fiziki cəhətdən də müşahidə olunur: verilən təlqindən asılı olaraq insanda nəbz artır, təzyiq yüksəlir, dəridə qızartı əmələ gəlir. ( Dr. Muhterem Ercan, Hipnoz ve hipnoterapi, Seha Neşriyat, İstanbul 1993, s. 32-34; William Kroger, Clinical and experimental hypnosis)
Hipnoz seanslarında baş verənlər
Bəzi təcrübələrdə hipnoz edilən insanlar təlqinlə keçmişə aparılır. Geriyə getmə (regression) adlandırılan bu xronoloji xatırlama tezisini ilk dəfə dr. Pitres kəşf etmişdir. Dr. Pitresin 17 yaşlı xəstəsinə tətbiq etdiyi hipnoz maraqlı şəkildə nəticələnmişdir. Gənc qızın hipnoz altında 12 il geriyə aparılıb 5 yaşına gəldikdə o dövrdə olduğu kimi, fransız dilini unudub qaskon dilində danışdığı müşahidə edilmişdir. Hipnoz altındakı şəxs o yaşda fransız dilini hələ öyrənmədiyi üçün fransız dilindəki sualları anlamamış və cavab verə bilməmişdir.
Hipnoz təcrübəsində bir şəxsə xəstəxanada olduğu deyilmiş, bu xəstəxananın 10-cu mərtəbəsində ölmək üzrə olan xəstə yatdığı və onun əlindəki dərmanı sürətlə çatdırarsa, xəstənin ölümdən xilas olacağı təlqin edilmişdir. Bu insan hipnoz əsnasındakı təlqinin təsiri ilə çox sürətlə 10 mərtəbəni qalxmağa başladığını zənn etmiş, çox yorulduğu üçün təngnəfəs olmuşdur. Bu zaman ona artıq ən yuxarı mərtəbəyə çatdığı və dərmanı çatdırdığı deyilmiş, rahat çarpayıya uzanması təlqin edilmişdir. Beləliklə, hipnoz edilən şəxs rahatlaşmışdır. Hipnoz edilən insan ona təlqin edilən məkanı və mühiti real şəkildə yaşadığına baxmayaraq, ortada nə bəhs edildiyi kimi məkan, nə insanlar, nə də hadisələr vardı.
Başqa bir təcrübədə normal otaqda olan insana çox isti hamamda olduğu təlqin edilmiş, bu zaman həmin insan həddindən artıq tərləməyə başlamışdır.  (Dr. Tahir Özakkaş, Gerçeğin dirilişine kapı hipnoz, “Üst ultrastabilite”, s. 267)
Milli Hipnoterapiya Cəmiyyəti, Milli Psixoterapistlər Cəmiyyəti, Peşəkar Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Tədqiqat Cəmiyyəti kimi bir çox qurumun üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terens Uats (Terrence Watts) bir məqaləsində hipnoz əsnasında keçmişdəki bir hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları hadisə ilə əlaqədar bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir. Uats hipnoz altında olarkən kiçik yaşında döyüldüyü hadisəni danışan insanın üzündə şillə izlərinin əmələ gəldiyini bildirir. Habelə Uats bədənin ağrı hissinə reaksiya verdiyini söyləyir. (Terrence Watts, Abreaction, The psychological phenomena that hypnotherapists either love or hate)
Hipnoz təcrübələrində ən təəccüblü nümunələrdən biri də hipnoz edilən insanın dərisində təlqin nəticəsində yaraların əmələ gəlməsidir. Məsələn, Pol Torsen adlı tədqiqatçı hipnoz altındakı insanın qoluna qələmin ucunu toxundurmuş, bunun qızmar şiş olduğunu təlqin etmişdir. Qısa müddətdən sonra qələmin ucunun toxunduğu yerdə yanıq qabarcığı meydana gəlmişdir. Həmin tədqiqatçı Anne O. adlı insana hipnoz əsnasında qolunun “A” hərfi formasında cızıldığını təlqin etmişdir. Başqa heç bir şey edilmədiyi halda, o yerdə “A” hərfi formasında qızartı əmələ gəlmişdir. (Dr. Recep Doksat, Hipnotizma, Kader Basımevi, İstanbul, 1962, s. 106-108)
Hipnoz dünya həyatının əsli ilə təmasda olmadığımıza açıq dəlildir.
Hipnoz əsnasında insan bədənində meydana gələn dəyişikliklər
İnsanın keçmişdəki bir günə gedib normal halda əsla mümkün olmayan hadisələri xatırlaması, insanları görməsi və hadisələri yenidən yaşaması, görmə, eşitmə, toxunma, ağrı kimi hisslərimizin əmələ gəlməsi üçün xarici aləmə ehtiyacımızın olmadığını göstərir. Yuxarıda bildirdiyimiz kimi, verilən təlqin nəticəsində soyuq mühitdə tərləməyə başlayan insan buna dəlildir. İnsan bədənində tərləmənin baş verməsi üçün müəyyən amillər meydana gəlməlidir. Hipnoz hadisəsində isə bu faktla qarşılaşırıq:
Hipnoz edilən insan xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləyir. Bu nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək üçün o mühitin və ya məkanın fiziki varlığını görmək şərt deyil. Süni siqnallar və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.
Bəzi insanlar ömrü boyu bədənlərindən kənardakı dünyada yaşadıqlarını zənn edirlər. Halbuki dünya adlandırdığımız hər şey beynimizin qavrama mərkəzlərinə çatan siqnalların şərh edilməsindən ibarətdir. Yəni biz beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda olmuruq. Ona görə də maddənin xarici aləmdəki əslini görə bilmərik. Bu gün bu mövzu elmi kitablarda verilən və tədris edilən qəti həqiqətdir.
Xarici aləmlə bağlı bizə hiss etdirilənlər Allahın bizə verdiyi qavrayışlardan ibarət hisslərdir. Allah duyğu orqanlarımıza hakimdir və nəyi istəsə, onu bizə hiss etdirir. Elmin yeganə sahibi olan Allah bu həqiqəti Quranda Özünün qulaqlara və gözlərə malik olduğunu xəbər verərək bildirmişdir:
De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs qorxmursunuz?” (Yunus surəsi, 31)
İnsanın başına gələn bütün hadisələr axirətdə mütləq qarşısına çıxacaq
Məqalədə verilən bütün nümunələrdən məlum olduğu kimi, hipnoz hadisələrin Allahın sonsuz hafizəsində canlı şəkildə eynilə qorunduğunun və Allahın istəyi ilə bizə yenidən, eyni şəkildə yaşadılacağının elmi dəlilidir. Bu praktiki və qəti həqiqəti görən hər insan yaşadıqlarının sonsuzluqda mövcud olmasının hikmətinin olduğunu, bütün etdiklərinə görə mütləq Allah qatında sorğu-sual olunacağını anlayar. Görər ki, dünya həyatında yaşanan heç bir hadisə məqsədsiz deyil, hamısı Allahın yaratdığı xüsusi imtahana daxildir və insan bütün bunlarla sınanır. Yəni insan axirət üçün hazırlanır. Ona görə də əbədi həyatı olan axirət üçün hazırlıq görməli, cənnətə layiq olmaq üçün din əxlaqına uyğun yaşamalıdır.
Allahın baş verənləri sonsuz hafizəsində mühafizə etdiyini dərk etməyən insanlar axirətdə dünyada ikən etdikləri hər şeyə görə sorğu-sual olunacaqlarını anladıqda çox qorxacaqlar. Bu həqiqəti təqdir etmədiklərinə, Rəbbimizin böyüklüyünü və ucalığını qavramadıqlarına görə, bütün etdiklərini qarşılarında gördükdə artıq gec olduğunu anlayacaqlar. O an heç ümid etmədikləri əbədi həyat onlar üçün başlayacaq və iman gətirməyənlər əbədi qalacaqları cəhənnəmə göndəriləcəklər. Allah bir ayədə belə bildirir:
Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)
Hipermneziya hafizənin hipnoz əsnasında yerinə qayıtmasıdır. Həyatınızda baş verən hər şey hafizədə qeyd edilir. Ancaq hafizə bunlardan çox yaxın tarixdə olanları və ya avtomobil sürmək kimi daima təkrarlanan məlumatları şüura gətirir. Hipermneziya ilə şüuraltındakı hafizə də üzə çıxır. Bu sayədə unutduğunuz hadisələri və insanları xatırlayırsınız. (More hypnosis theory)
Biz hadisələrin müəyyən zaman daxilində baş verdiyini zənn edirik
İnsan Allahın təqdiri olaraq zamandan asılı olaraq yaradılmış varlıqdır. Lakin zamanı və məkanı yaradan Rəbbimiz zaman və məkandan uzaqdır, müstəqildir. Ona görə, Allah qatında bizim üçün müəyyən edilmiş qədər ancaq bir andan ibarətdir. Bizim həyatımız, dünyanın yaradıldığı andan məhv olacağı ana qədər keçən müddət bir an daxilində olub bitmişdir. Allahın qatında bunların hamısı yaradılmış və nəticələnmişdir. Ancaq biz bütün bunları müəyyən zaman anlayışı çərçivəsində seyr edirik. Bizim: “Baş verdi, qurtardı”, -deyə düşündüyümüz, unudub varlığını belə xatırlamadığımız hadisələr bizim üçün yaradılmış qədər daxilində əslində hal-hazırda baş verir və Allah qatında əbədiyyən var olur. Bizim bunları keçmişdə yaşadığımıza dair aldığımız hiss yanıldıcıdır. Keçmişdə baş vermiş o hadisə Allah qatında hal-hazırda da davam edir. Keçmiş ancaq bizə verilmiş hissdən ibarətdir.
İnsan keçmişinə dair ancaq müəyyən şeyləri xatırlayacaq şəkildə yaradılmışdır. Yaşadığı ilk 3-4 il isə hafizəsində deyil. Lakin bunların hər anı Rəbbimizin qatında mövcuddur. Allah istəsə, bütün bunları insanın özünə də xatırladar, hafizəsində hamısını yaradar. Lakin dünyadakı imtahanın tələbinə uyğun olaraq belə şey olmur. Şübhəsiz, bunun çox böyük hikmətləri var. İnsanın başına gələnlərin ancaq az bir hissəsini xatırlaması Allah qarşısındakı acizliyini göstərir. Allah hər şeyi bilir, o isə bilmir. Sonsuz bilik və ağıl sahibi olan Rəbbimizin qatında etdiyimiz, danışdığımız, düşündüyümüz, başımıza gələn hər şey bütün təfərrüatı ilə mövcuddur.
Bütün hadisələr “Lövhi-məhfuz” adlı kitabda saxlanılır
 Allah bizim üçün keçmiş və gələcək bütün hadisə və varlıqları bir an daxilində yaratmışdır. Quranda bütün insanların və varlıqların qədərinin Rəbbimizin dərgahında, Lövhi-məhfuzda, yəni “Əsas kitabda” saxlandığı belə bildirilir:
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın! (Nəml surəsi, 75)
Əziz oxuyucularım, mənim hipnoz haqqında bildiklərim bu qədərdi =) əgər aranızda hipnoz haqqında daha çox olan fikri varsa mənimlə əlaqə yaratsın.
Təşəkkürlər...

 Hər bir insanın sosial şəbəkələrdə öz davranış stili var, lakin Facebook istifadəçilərinin davranışında müəyyən qanunauyğunluqlar da var və bu, onları kateqoriyalar üzrə qruplaşdırmağa imkan verir. 

Bu tipləri sizlərə təqdim edirəm.

Sizin profiliniz nədən xəbər verir? 

Birinci tip — TəqibçiBu tipə adətən qadın istifadəçilər aiddirlər, onlar başqa insanların səhifələrinə daxil olmağı xoşlayırlar. 

Təqib ciddi məşğuliyyətdir və xeyli vaxt alır, ona görə də bu tip istifadəçi Facebooka gündə təxminən 14 dəfə daxil olur – Mashable yazıb.

İkinci tip - 1970-ci illərin demoqrafik partlayış dövrünə məxsus 55 yaşdan yuxarı köhnə insanlar aiddir.

Qonşuda keçirilən əyləncə gecəsində Facebook haqqında eşidən bu tip sosial şəbəkədə maraq naminə qeydiyyatdan keçir, lakin onun sonrakı fəallığı uşaqlarının statuslarına şərh yazmaqdan ibarət olur.

Üçüncü tip - şəbəkədə yeni olan istifadəçidir. O, hər bir statusu layk edir və şərh yazır.

Dördüncü tip - dostlarını Facebook vasitəsilə öz fəaliyyətindən xəbərdar edən insandır. Bu cür istifadəçi tipi harada olmasından asılı olmayaraq öz yerini qeyd edir və statuslarını hər dəqiqədən bir yeniləyərək özü haqqında məlumat verir.

Beçinci tip - brend-promouterlər aiddir. Onlar Facebookdan öz şirkətləri haqqında informasiya yaymaq üçün istifadə edirlər. Bu cür tipin bütün statusları şirkətin xəbərləri ilə əlaqədardır.

Altıncı tip - ehtiyatlı istifadəçilər aiddirlər. Bu cür istifadəçinin profili tamamilə bağlıdır, çünki o, özü haqqında hər hansı bir məlumatın açıqlanmasından ehtiyat edir.

Bu cür istifadəçi özünü hər şeydən son dərəcə qorumaq üçün çox vaxt sosial şəbəkədə saxta soyaddan istifadə edir.

Yeddinci tipə aid istifadəçilərin fəaliyyəti heyvanların sevimli fotoşəkillərini dərc etməkdən ibarətdir. Əsas məsələ mümkün qədər çoxlu sayda layk almaqdır.

Səkkizinci tip -  oyunçudur. Bu cür istifadəçilər sosial şəbəkələrdən yalnız müxtəlif oyunlar oynamaq üçünistifadə edirlər.

Statistikaya əsasən, Facebookun 250 milyondan çox istifadəçisi sosial şəbəkədə oyunlara görə pul ödəməyə hazırdırlar.

Doqquzuncu tipə qeyri-aktiv istifadəçi aiddir. Onun üçün şəbəkədə qeydiyyatdan keçmək onsuz da çətin qərar olub. Bu tipə aid istifadəçilərdən hər hansı fəallıq gözləməyinə dəyməz.
Yunanıstan tam mərkzində, Meteors yerləşir. Sütunların zirvəsində altı dini mərkəzlər tikilmişdir. Ən məşhur mərkəzlərindən biri — Roussanou monastırdır. Bu monastır 1545-ci ildə iki qardaş- Maksim və Joasaf ( Yusif ) terefindən tikilmişdir və müqəddəs Barbaraya həsr olunmusdur.
ABŞ -ın Cənubi Karolona ştatında təqribən 1500 il yaşı olan, " Mələyin Palıdı" adlandırılan palıd ağacı mövcuudur.  Bu nəhəngin təxmini uzunlğu 20 metr, gövdəsinin diametri 2,7 metr, ən uzun budaqın uzunluğu isə 27 metrdir.
Ayrfield gəmisi Avstraliyada yerləşən ən qəribə qədim gəmidir. Belə ki, Sidneyin qərbində Houmbuş körfəzində yerləşən gəmi meşəyə dönüb. 1911-ci ildə Böyük Britaniyada düzəldilmiş 102 yaşlı gəmi sanki gəmilər qəbirstanlığında üzən balaca yaşıl adadır.

Dünyada ən gözəl gölü. Bu gölməcə Yaponiyanın Xokkaydo adasında yerləşir. O həmişə öz rəngini dəyişir. Alimlər təbiətin bu müəmmasını hələ də izah etməyə müvəffəq olmayıblar.
Qan qrupu insan xasiyyətinə və şəxsi həyatına təsir edir. Yaponiyada buna çox inanırlar və əhəmiyyət verirlər.

 Hətta bu ölkədə işə qəbul olan zaman işəgötürən sizin qan qrupunuzla maraqlana bilər. Yaponların 75%-i qan qrupunun növü ilə xasiyyətin və iş qabiliyyətinin bir əlaqəsi olduğunu hesab edirlər.

Məsələn, birinci qan qrupu olan insanlar üçün gördükləri işlərə görə ictimaiyyət tərəfindən tanınması vacibdir. Bu qan qrupunun sahibləri zəhmətkeşdirlər. Birinci qan qrupuna sahib olan kişilər üçün sevgiyə tələbat yeməyə olan tələbat qədərdir. Onlar insanlara tez öyrəşirlər, lakin eqoizmlərinin səbəbindən münasibətləri korlanır.
Birinci qan qrupu olan qadınlar həyat yoldaşları yanlarında olana və onlara dəstək olana qədər çox yaxşı evdar xanımlar olurlar. Əks halda onların həyatı monoton və darıxdırıcı olur. Həmçinin onlara sahib çıxmaq və qısqanclıq kimi xüsusiyyətlər məxsusdur.
İkinci qrup insanlar perfeksionist olurlar. Onlar xırdalıqlara çox əhəmiyyət verirlər. Bəzən bu insanlar dərin həssaslıqla seçilirlər və lazım olan zaman irəli getmirlər. Yəni ki, onlar nadir hallarda lider olurlar. Onlar idarəçi olduqlarında ağlasığmaz tələblər irəli sürürlər. Bu insanların özləri isə fasiləsiz çalışa bilərlər.
İkinci qan qrupuna sahib olan kişilərin həyat boyu dostluğa və sevgiyə ehtiyyacları olur. Onlar nadir hallarda ailə həyatı qururlar. Bu insanlar çox sadiq olurlar və özlərinə rahatlıq və qayğı ilə əhatə etməyi sevirlər.

İkinci qan qrupuna sahib olan qadınlar öz sevgilərini açıq şəkildə göstərmirlər. Nə qədər romantika az olarsa, onlar üçün bu bir o qədər yaxşıdır. Həmçinin ikinci qan qrupunun sahibləri Qvinet Peltrou, Kristina Riççi, Sara Mişel Hellar və Britni Spirs kimi məşhurlardırlar. Kişilərdən isə bunlar Robin Uilyams və Rinqo Starrdı.
Üçüncü qan qrupu sahibləri kollektivsiz keçinə bilirlər, dəyişiliklərə asan öyrəşirlər və ixtiraçı xüsusiyyətlərinə malik olurlar. Onlar çevik, hiyləgər və ağıllı olurlar. Onlar başqalarının təcrübələrini asan şəkildə mənimsəyirlər.
Üçüncü qan qrupun sahibləri rahatlıqla tənhalığın öhdəsindən gəlirlər. Onlar birinci qan qrupu sahibləri kimi hökmranlıq etməyi sevmirlər. Lakin onlar hər bir vəziyyətdən xeyir çıxartmağı bacarırlar. Demək olar ki, amerikalı milyonerlərin 40%-i üçüncü qan qrupunun sahibləridirlər.
Dördüncü qan qrupu nisbətən daha gəncdir. Bu qan qrupunun sahibləri ziddiyyətli insanlar olurlar. Bu səbəbdən onlar çox şübhəli və qərarsız olurlar.
Ətrafdakılara qarşı onlar çox mülayim olurlar. Onlar nadir halarda mübahisə edirlər. Bu qan qrupunun sahibləri əksər hallarda başqalarını anlayırlar, özlərini onların yerinə qoya bilirlər və yaxşı məsləhət verirlər. Bu insanları demək olar ki, hami sevir. Lakin onları nadir hallarda yaxşı tanıyırlar. Çünkü bu insanları əllərin altında bir çox maska olur.

Dördüncü qan qrupunun sahibləri çox oxuyurlar. Onların beyni müxtəlif abstrakt və iti nəzəriyyələrlə dolu olur. Bu insanların problemi idealı əldə etməkdir.
Bu səbəbdən onlar xırdalıqlara qarşı çox tənbəl olurlar və əlavə pul əldə etmək üçün və karyera mərtəbəsində yüksəlmək üçün səy göstərmirlər.

Həmçinin bax: Qan qrupu haqqımızda nə deyir?
Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «qan qrupun hansıdır?» sualıdır. İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir.
Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
Birinci qan qrupu: ovçular, yolaçanlar
Yer kürəsində əvvəlcə onlar olublar. Vəhşi heyvanlarla vuruşaraq onları ovlayır, ətlərini ocağın qırağında iştahla yeyir, rəqiblərini qovaraq seçdikləri əks cinsin nümayəndəsi ilə nəsil artırırdılar. «Lider olmaq» və «yaşamaq» onlar üçün sinonim sözlərdir. Onlar məqsədə doğru can atır, dözümlü olur, öz güclərinə güvənirlər. Hətta kifayət qədər özündən razı, özünə vurğun və lovğadırlar. Tənqidə dözümləri demək olar ki, yox dərəcəsindədir.

Kişi - Birinci qan qrupuna malik kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər. «Həmişəlik səninəm» cavabını aldıqdan sonra isə onlar dayanmır, daima yeni «ov» axtarışına çıxırlar. Deyilənə görə, seks haqqında onlar dəqiqədə 6 dəfə fikirləşirlər.

Qadın - Qadın birinci qan qrupudursa, qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar özlərini yad kişilərlə aparmağı çox yaxşı bacarırlar, yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir, eyni zamanda əldə etdiklərini də güclü «caynaqlarından» çətin ki buraxalar. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir.

İkinci qan qrupu: əməksevər calışqanlar
Haradasa 15 min il əvvəl ov zamanı bəxti gətirməyən insanlar bitki yeməyi öyrəndilər və beləliklə, ikinci qan qrupu meydana gəldi. Adətən sakit, hövsələli, mehriban, nizam-intizamlı insanların damarlarında məhz bu qan axır. Kollektivdə özlərini əla hiss edir və adətən liderliyə can atmırlar. Onlarda hər bir hiss - məhəbbət də, nifrət də uzun müddətə əmələ gəlir. Tufandan qabaq o qədər sakit olurlar ki, emosiyaları özünü büruzə verəndə, artıq gecikmiş kimi görünürlər.

Kişi - ikinci qan qrupudursa, sevgilisinin bütün kaprizlərinə dözür, nazı ilə sona qədər oynayır, uşaqcasına ona konfetlər, meyvələr verir. Adətən bu cür kişiləri bir az yaşlı qadınlar daha çox qiymətləndirirlər, çünki onları ehtiras yox, etibarlı əllərdə olmaq maraqlandırır.

Qadın - ikinci qan qrupudursa, utancaq olur, geyimlərində və davranışlarında müəyyən hədd gözləyir. Sevgisini etiraf etmək? - Qətiyyən! Birinci yaxınlaşmaq və sadəcə salamlaşmaq? - Xeyr, birdən o başqa şey fikirləşər. Bu cür qadınlar üçün məhəbbətsiz seks yoxdur. Qısamüddətli münasibətlər onlar üçün deyil. Bu qadınlar əla ömür-gün yoldaşı olub sona qədər ərlərinə sadiq qalırlar.

Üçüncü qan qrupu: köçəri, əyləncəsevərlər
Bu qan qrupu insanların heyvanları əhilləşdirməyə və sonra da köçəri həyat tərzi keçirməyə başladığı andan meydana gəlib. Süd içmək və balıq yemək öz işini gördü - yeni qan qruplu insanlar meydana gəldi. Onlar kollektivdən kənar özlərini əla hiss edir, tez-tez yaşayış yerlərini dəyişirlər. Hiyləgər olub asanlıqla başqalarının təcrübəsini mənimsəyir və yad cəmiyyətə maneəsiz uyğunlaşırlar. Birinci qrupun liderliyi və ikinci qrupun tabeçiliyi onlarda yoxdur, istənilən vəziyyətdən çıxa bilir, müstəqilliklərini daima qoruyub- saxlayırlar. Amerikada keçirilən sorğuya görə, milyonçuların 40%-i üçüncü qan qrupuna malik insanlardır.

Kişi - köçəri ingilissayağı çıxıb getməyə həmişə hazırdır. O, heç kimi əldə etməyə çalışmır, sadəcə xoşa gəlmək, görüş təyin etmək, sıxılmadan söhbət etmək xoşuna gəlir. O, həzz almağı və əylənməyi bacarır. Sevişmək onun üçün heç nəyə məcbur etməyən yaxşı vaxt keçirmək üsuludur. Rədd cavabını da çox normal qəbul edir: yox, deməli yox. Hava haqqında da danışmaq olar.

Qadın - üçüncü qan qrupuna aid olanları kobud olaraq «dinamist» adlandırırlar. Flirt xatirinə flirt - bu onun ən əsas məşğuliyyətidir. Və əgər o, kirpiklərini aşağı-yuxarı hərəkət etdirib, sonra sizə telefon nömrəsini veribsə, bu hələ heç nə demək deyil. Əgər hətta sizinlə gecəni də keçiribsə, bu da heç nə demək deyil. O, ömrü boyu sadiq həyat yoldaşı ola bilər və bununla bərabər onlarla əks cinsin nümayəndəsiylə dostluq edə bilər ki, qonşular artıq onun dalınca danışmaqdan bezərlər.

Dördüncü qan qrupu: sirli və ziddiyyətli
Dördüncü qrup ən cavanı hesab olunur. Təxminən 2 min il yaşı var. Əmələ gəlməsini isə qida ilə deyil, müxtəlif qan qruplu insanların birləşməsi ilə bağlayırlar. Bu insanlar ziddiyyətli, qətiyyətsiz, daima şübhə içində olur, başqalarına qulaq asmağı və yaxşı məsləhət verməyi bacarırlar. Adətən onları sevirlər, ancaq dərindən tanıya bilmirlər, çünki müxtəlif donlara girməyi əla bacarırlar. Çox mütaliə edir, hərtərəfli, erudisiyalı olurlar, lakin mübahisə etməkdən çəkinirlər. Karyera pilləsinə laqeyd yanaşırlar, buna baxmayaraq tale özü onları yüksəldir.

Kişi - dördüncü qrupdursa, əlavə güc sərf etmədən qadınları asanlıqla toruna salır. Onun oyunu zərif və alicənab olur. Ancaq özü vurulduqda hər şey dəyişir, ehtiras qaynayır, məntiq unudulur. İstənilən güclü hiss bu cür adamlar üçün ziddiyyətlərdən can qurtarmaq üçün bir dərmandır.

Qadın - dördüncü qrup sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni etməyə hazırdır. Özünü çox qiymətli hədiyyə kimi təqdim edir və bundan zövq alır. Deyilənə görə, bu qadınlarla yaxınlıq edən hər bir kişi onun təbii həzz hissini görüb özünü seks-nəhəngi hesab edir. Ancaq bu cür ləzzətverici hisslərlə dolu münasibətə çoxları dözmür. Bir çox kişilər bu qadınlara olan sevgilərindən ağıllarını itirdikləri halda, qadınlar əksər hallarda başqa kişilərin dalınca ağlayırlar.
ABŞ dollarının üzərindəki möhürlər, işarələr, simvollar haqqında çox danışılıb. Onlarla bağlı hətta sui-qəsd nəzəriyyələri irəli sürülüb. Amma onların hansının doğru, hansının səhv olduğu hələ də müzakirə edilir. Bu barədə Türkiyə mətbuatından oxuduğlarımı yığdım bir yerə. 

Son vaxtlar bir dollarlıq əskinasların üzərində təsvir olunmuş yarımçıq piramida, 13 rəqəmi, bir qanadı ilə zeytin budağı, o birisi ilə ox tutan Amerika qartalı, göz bir çox ehtimalların meydana çıxmasına səbəb olub. Bəzilərinə görə bunlar Mason Lojasının, başqalarına görə isə satanizmin simvollarıdır. Bu baxımdan amerikalı tarixçilər tərəfindən bu simvolların izahı daha inandırıcı görünür.  
Onların fikrincə, əskinasın üzərindəki yarımçıq piramida təsviri mütləq gücün simvolu, eyni zamanda kosmosa açılan qapıdır. Amerika cəmiyyətinin piramida kimi qurulması mənasını verir. Natamam piramidanın pilləkənlərinin sayı 13 ədəddir. Bu, çox ehtimal ki, o dövrdə Amerikanı yaradan müstəmləkələrin sayını göstərir. Eyni zamanda, bu rəqəmin ölkəni idarə edən 13 ailəni simvolizə etdiyi iddia edilir.

Tədqiqatçıların digər ehtimallarına görə, əskinas üzərindəki ox və zeytun budağı tutan qartal ABŞ-ın dünyaya mesajıdır: «Sülh istəyirik, lakin lazım gələrsə, vuruşacağıq». Qartal isə sürətin və çevikliyin rəmzidir.

 Qeyd edim ki, ABŞ iki böyük möhürdən istifadə edir. Sülh zamanında qartal zeytun budağına, müharibə vaxtı isə oxlara baxır. Latın dilində «ANNUIT COEPTİS» sözü əskinasdakı göz təsvirinin üzərində və qartalın qalxanında yer alıb. Onu da qeyd edək ki, piramidanın zirvəsində yerləşdirilmiş gözün «hər şeyi görən göz» mənası verdiyi ehtimal edilir ki, bu da ABŞ-ın günümüzdəki mövqeyini çox yaxşı əks etdirir. Eyni zamanda, onun hələ 1776-cı ildə düşünülməsi xüsusi əhəmiyyət daşıyır.
İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun qiyməti 2 min 800 dollardır.

Dünyanın ən bahalı sabunu istehsal edilib. Ən bahalı sabun Livanda hazırlanıb. İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun adı «Katar»dır. Qiyməti isə 2 min 800 dollardır. Sabunun istehsalı üçün şirkətə 1,5 ay vaxt lazım olub.
«Katar» sabunu üzə canlılıq və təravət vermək üçün hazırlanıb. Sabunun tərkibində qiymətli metal və daş tozundna əlavə, müxtəlif ətirlər, yağlar da var.
Dünyanın ilk ən bahalı sabunu Qatər əmirinin həyat yoldaşına hədiyyə ediləcək.
Sabunu istehsal edən və bu sahədə uzun illər təcrübəyə malik olan şirkət rəsmisi Ginnesin rekordlar kitabına düşməyi də hədəflədiklərini deyib.
Mənim başa düşmədiyim hansısa bədbəxt oğlu bədbəxtin bu sabuna pul verməsidi =) ona görə ki, adi İran sabunun qiyməti bazarda 40% si 0.12 AZN dir. Bu cammat Qatər, Livan kimi ölkədə acınnan ölür ancaq lazımsız şeylərə pullar xərclənir. düzgün deyil... Dünya düzəlməsə nolacaq bu işlərin axırı =)
Bu rekordu tibb tarixində hələ keçən olmayıb. Rəsmən perulu olan bu xanım dünyada ən gənc ana hesab edilir.  O, beş yaşında ana olub.
  Söhbət 5 yaşlı Lina Mədinədən gedir. Lina Mədinə 1933-cü ildə Peruda anadan olmuşdur. Bu inanılmaz hadisə 1939-cı ildə Pisko (Peru) xəstəxanasında baş verib.  Ana böyük qarınla Linanı xəstəxanaya gətirərkən həkim onun hamiləliyinin artıq  səkkizinci ayı olduğunu bildirib. Bir  ay sonra 14 may 1939-cu ildə Linanın oğlu dünyaya gəlir.
    Uşağın çəkisi 2,7 kq idi, adı Xerardo qoyuldu. O, Linanın bacısı olduğu sanırdı, həqiqətləri yalnız on ildən sonra öyrəndi.  Xerardo sağlam həyat sürsə də,  40 yaşında (1979-cu ildə) beyin xəstəliyindən vəfat edir.
    Lina Mədinə uşağın atasının kim olduğundan heç vaxt danışmırdı. Linanın atası zorlamada (təcavüz) şübhəli bilinən məhbus idi, amma sonra sübutların yoxluğuna görə azad edildi.
    Mədinə  Raul Ceradoya ərə gedir, hansından ki, 1972-ci ildə ikinci oğlu olur. Onlar  «Kiçik Çikaqo»  kimi tanınan Limanın kasıb rayonunda yaşayırdılar.
   Bu qeyri-adi hadisəni tibb tarixində sənədlərlə əsaslandıran iki şəkil mövcuddur. Çox pis keyfiyyəti olan bu şəkildən biri  1939-cu ilin aprel ayında çəkilmişdir, nə vaxt ki, Mədinənin hamiləliyinin yeddinci ayı idi. Digər şəkil isə Limada Xerardo on bir aylıq olarkən çəkilib. 
Tam adı: Mark Elliot Sukerberq
Doğum tarixi:1984-cü il, 14 may
Doğum yeri: ABŞ, Nyu-York,
Uayt-Pleyns Vəzifəsi: “Facebook”un prezidenti, baş icraçı direktoru
Həyatı
Dünyada məşhur “Facebook” sosial şəbəkəsinin yaradıcısı kimi tanınan Mark Sukerberq1984-cü il may ayının 14-də Nyu-Yorkun Uayt-Pleyns şəhərində doğulub. Atası Eduard diş həkimi, anası Karen psixiatr olub. Mark Sukerberq məktəbdə oxuyarkən kompyuter proqramları ilə maraqlanıb. 9-cu sinifdə oxuyarkən “Risk” stolüstü oyununun kompyuter versiyasını hazırlayır. Sonra isə “winamp player üçün mp3” proqramını tərtib edir. Mark, həmçinin qədim dilləri (latın, yunan və s.) öyrənib, qılıncoynatma idman növü ilə məşğul olub. “Time” jurnalı 2010-cu ildə Sukerberqi “ilin adamı” elan edib. Bu il Mark Sukerberq “The Guardian” qəzetinin versiyasına görə, Böyük Britaniyanın media sənayesinin yüz ən nüfuzlu şəxslərinin reytinqində birinci yeri tutub. Xatırladaq ki, hələ, ötən il M. Sukerberq sözügedən siyahıda yalnız 7-ci yerdə idi.
Universitet illəri
Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Sukerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinin Psixologiya fakültəsinə daxil olur. O, paralel olaraq, İT kurslarında da iştirak edirdi. Universitetin ilk illərində ən yaraşıqlı və gözəl tələbələrin seçimi üçün “www.facemash.com” saytını yaradır. Saytda Harvardın bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün, universitetin məlumat bölməsinə girmək tələb olunurdu. O, şəbəkənin şifrini əldə edərək istəyini həyata keçirir. Mark Sukerberq ilk olaraq öz saytında tələbələrin şəkillərini cüt yerləşdirərək istifadəçilərdən xahiş etmişdi ki, hansının daha cazibədar olduğuna səs versinlər. Cəmi 4 saatdan sonra saytın istifadəçilərin sayı 500 nəfərdən çox olur. Nəticədə, təhsil müəssisəsinin rəhbərliyi resursu dayandırır və Sukerberq təhlükəsizlik qaydalarına riayət etməməkdə, şəxsi məlumatların toxunulmazlığı qaydalarını və müəlliflik hüquqlarını pozmaqda təqsirləndirilərək universitetdən xaric edilir.
Sukerberq və “Facebook”
Bundan sonra Harvardın tələbələrini internet üzərində görüşdürmək üçün Sukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits Kris Hyuces və Eduardo Saverin ilə birlikdə “Facebook” sosial şəbəkəsini yaradır. Şəbəkənin maliyyə təminatını braziliyalı tələbə Eduardo Saverin ödəyirdi. “Facebook” ikinci dəfə bərpa olunduqdan cəmi iki həftə sonra Harvard Universitetinin tələbələrinin yarıdan çoxu saytın istifadəçisi oldu. Daha sonra Boston ətrafındakı məktəbləri də əhatə edən “Facebook”, iki ay ərzində İvi Liqi təhsil müəssisələrinin hamısını əhatə etdi. “Facebook” şəbəkəsi istifadəçilərin qruplara, kurslara ayrılması mümkünlüyünə görə tələbələr arasında çox məşhur oldu. İlk illərdə ABŞ-ın bütün məktəblərində “Facebook” mövcud idi. Üzvlər əvvəllər yalnız təhsil müəssisəsinin e-mail ünvanıyla (.edu, .ac. uk və s.) üzv ola bilirdi. Daha sonrasında şəbəkə içinə bəzi böyük şirkətlər də qatıldı. “Facebook” qısa zaman ərzində ABŞ-ın ən böyük ünsiyyət saytlarından biri oldu. 11 sentyabr 2006-cı il tarixində isə “Facebook” bütün e-mail ünvanlarına, bəzi yaş məhdudiyyəti ilə açıldı. İstifadəçilər istədikləri şəbəkələrlə; məktəblərdən, universitetlərdən, iş yerləri, ya da yaşadığı yerlərdən daxil ola bilirdilər. “Facebook” istifadəçilərinin sayı 2009-cu ildən daha sürətlə artmağa başladı. Hazırda “Facebook”un 800 milyon istifadəçisi var, hər gün sosial şəbəkəyə 500 milyon aktiv istifadəçi daxil olur. Mark Sukerberqin “Facebook” saytı 2011-ci ilin “The Brand Finance Global 500” siyahısına görə dünyanın ən dəyərli 281-ci markası olub.
Sukerberq haqda maraqlı faktlar
Sukerberq “Facebook”da qeydiyyatdan keçən 4-cü istifadəçidir. Mark Sukerberq yaşıl və qırmızı rəngi görə bilmir. O, yalnız mavi rəngin bütün çalarlarını ayırd edə bilir. Buna görə də “Facebook”u hazırlayarkən mavi rəngdən istifadə etməyi qərara alıb. 2011-ci ilin yanvarında Markın “Facebook” şəbəkəsi naməlum hakerlər tərəfindən hücuma məruz qalıb. Hakerlər onun səhifəsinə bu mətni yerləşdirib: «Facebook” nədən Nobel mükafatçısı Mohammad Yunusun dediyi kimi, sosial işlərə yönəldilməsin?» Bu statusa 500-dən artıq şərh yazılıb, təxminən 2 min nəfər onu «bəyənib». Tezliklə də səhifə bərpa olunub. “Fortune” nəşrinin bildirdiyinə görə, Mark ovçuluq üçün lisenziya alıb. Bundan sonra, yalnız öz əli ilə öldürdüyü heyvanların ətini yeyəcəyinə söz verib. Mark Sukerberq “Esquire” jurnalının təqdim etdiyi dünyanın ən zövqsüz məşhurları “Top10”-luğunun lideridir. Siyahı tərtibçilərinin sözlərinə görə, 27 yaşlı biznesmenin stili o qədər acınacaqlıdır ki, zarafatyana onu “brend” adlandırıblar. Əsasən, onun rəsmi tədbirlərdə futbolka və cins şalvarda iştirak etməsi kəskin tənqid olunur. Xatırladaq ki, M.Sukerberqin «səliqəsiz imic”inin ən əsas aksessuarı – rezin şapşapıları Devid Finçerin “Facebook”dan bəhs edən “Sosial şəbəkə” filmində də öz əksini tapıb. Dünyanın ən zəngin insanlarından biri olan Mark bir neçə ay bundan əvvələ qədər kirayədə qalıb. O, bunu sutkanın 16 saatını “Facebook”un ofisində keçirdiyinə görə ev məsələsinə çox da əhəmiyyət verməməsi ilə əsaslandırıb. Onun şəxsi varidatı 18 milyard ABŞ dollarını ötüb.  

BŞDYP: “Avtomobilin nömrəsi AA-dırsa, onlar məsuliyyətə cəlb edilə bilməz - fikri absurdur”

"Kimliyindən asılı olmayaraq qayda pozan hər kəs məsuliyyətə cəlb edilir"

“Bu gün tərtib edilmiş inzibati protokolların təhlilinə nəzər saldıqda görərik ki, AA dövlət nömrə nişanlı avtomobillərin qayda pozuntusu qeydə alınırsa onlara cərimə kəsilir”- bu sözləri İnterAz-a  müsahibəsində Bakı şəhər Dövlət Yol polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov söyləyib.

O bildirib ki, vətəndaşlar düşünməsin ki, qayda pozan AA dövlət nömrə nişanlı avtomobilin sürücüləri cəzasız qalır.

“AA dövlət nömrə nişanlı 999 avtomobil varsa, onlar arasında inzibati protokola cəlb olunanlar mütlər var. Kimliyindən asılı olmayaraq qayda pozan hər kəs məsuliyyətə cəlb edilir.Odur ki, avtomobilin nömrəsi AA-dırsa onlar məsuliyyətə cəlb edilə bilməz fikri absurdur".


Leonardo da Vinçi ”Son Axşam Yeməyi“ adlı əsərini çəkərkən böyük bir çətinliklə qarşılaşır.
“Yaxşı”nı İsanın bədənində,”Pis”i isə İsanın yoldaşı olan və son axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi.
Əsəri yarım qoyaraq bu iki insana model olaraq istifadə edə biləcəyi birilərini axtarmağa başladı. Bir gün bir xorun verdiyi konsert əsnasında xordakılardan birinin İsa təsvirinə çox uyğun olduğunu gördü. Onu modellik etməsi üçün atelyesinə dəvət etdi. Saysız qaralama və eskiz çəkdi.
Aradan 3 il keçdi. ”Son Axşam Yeməyi“ əsərinin tamamlanmasına az qalmışdı. Ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli tapa bilməmişdi.
Leonardonun işlədiyi kilsənin kardinalı, əsəri bir an əvvəl bitirməsi üçün rəssamı tələsdirməyə başladı.
Günlərlə axtardıqdan sonra Leonardo vaxtından əvvəl yaşlanmış gənc bir adam tapdı. Çınqıllar içindəki bu adam sərxoşluqdan özünü itirmiş vəziyyətdə səkinin kənarına sığınmışdı.
Leonardo köməkçilərinə adamı çətinliklə də olsa kilsəyə gətirmələrini söylədi. Çünki artıq qaralama çəkəcək zamanı qalmamışdı. Kilsəyə çatanda köməkçiləri adamı ayağa qaldırdılar. Yazıq başına gələnləri anlamamışdı.
Leonardo adamın üzündə görülən inancsızlığı, günahı, eqoizmi əsərə əks etdirirdi.
Leonardo işini bitirdiyində, o zamana qədər sərxoşluğun təsirindən xilas olan bərduş gözlərini açdı və bu möcüzə əsəri gördü. Təəccüb və hüzn dolu bir səslə belə dedi:
Mən bu əsəri daha əvvəl görmüşəm.

 Leonardo da Vinçi təəccüblə soruşdu:

 ”Nə vaxt?

Bədbəxt insan dedi:
Əlimdə ovucumda olanı itirmədən əvvəl. O zamanlarda bir xorda mahnı oxuyurdum, bir çox xəyalım vardı. Bir rəssam məni İsanın siması üçün modellik etməyə dəvət etmişdi.”
Yaxşı və pisin siması eynidir… Hər şey insanın yoluna nə vaxt çıxacağından asılıdır…

Çarli Çaplin 1889-cu il aprelin 16-da Londonda müzik-holl aktyorlarının ailəsində anadan olub. Onun valideynləri – böyük Çarlz Spenser Çaplin və Hanna Çaplin (səhnədə Lili Qerli kimi tanınıb) estrada aktyorları olublar. Çaplinin anası mahnılarla və rəqslərlə müxtəlif teatrlarda, o cümlədən tanınmış bəstəkarların, populyar operettaların müəllifləri Cilbert və Sallivenin antreprizlərində çıxış edib.
Çaplinin atası isə xoş bir baritonun sahibi olub. O, 1880-ci illərin ortalarında London müzik-hollarında çox məşhurluq qazanıb. Çaplinin atası dəfələrlə Avropa ölkələrinə qastrola çıxıb, Nyu-Yorkda da çıxış edib. Onun repertuarında özünün bəstələdiyi mahnılara da rast gəlmək olar. Lakin Çarlz Çaplinin səhnə karyerası faciə ilə qurtarıb: o, öz səsini itirib, anqajementindən məhrum olub, bundan sonra içkiyə qurşanıb və 1894-cü ildə London hospitalında vəfat edib.
Hanna Çaplin ərinin ölümündən sonra ağır xəstələnərək 1896-cı ildə ağlını itirib. Sid və Çarli qardaşları anaları ilə birlikdə Lambetdə işçi evinə göndəriliblər. Sonradan yetim və kasıb uşaqlar üçün məktəbə yerləşdiriliblər. Çarli və Sid dolanmaq üçün müstəqil şəkildə pul qazanmaq məcburiyyətində qalıblar.
Çarli 1894-cü ildə beş yaşında olarkən, müzik-holl proqramında anasını əvəz edərək ilk dəfə səhnəyə çıxıb. 1898-ci ildə o, “Lankaşirli səkkiz oğlan” adlı uşaq rəqs qrupuna daxil edilib. Maralıdır ki, sonradan tənqidçilər Çaplinin filmlərini “film-bilet” adlandırıblar. 1901-ci ildə yeni il ərəfəsində “Lankaşirli oğlanlar” “Zoluşka” pantomimində çıxış ediblər – Çaplin pişik kostyumunda ilk dəfə tamaşaçılarını güldürməyə nail olub. 1901-ci lin yazında Çaplin “Lankaşirli oğlanlar” qrupundan ayrılır. 1901-ci il mayın 1-də isə Çaplinin atası 37 yaşında vəfat edir. Məşhur aktyor məktəbə nadir hallarda gedirmiş. O, qəzet satmaqdan başqa, həkim köməkçisi, mətbəədə fəhlə kimi işləyib. Lakin yaşı az olduğundan onu bir yerdə uzun müddət işləməyə qoymurlarmış.
1903-cü ildə (14 yaşında olanda) Çaplinə teatrda daimi verilib və o, “Şerlok Holms” pyesində qasid Billi rolunu alıb. O vaxtlar Çarli ümumiyyətlə savadsız olub. Rolun mətni ona veriləndə bir neçə abzası ucadan oxumasını istəyəcəklərindən qorxub. Sonradan mətni öyrənməyə qardaşı Sidni kömək edib.
Çaplin bir neçə il ərzində həm də varyetedə oynayıb. O, 16 yaşından etibarən hər gün 4-16 saat skripkada çalıb. Skripka dərslərini isə teatr dirijorundan və onun tanışlarından alırmış.
1908-ci ilin fevralında Fred Karnonun teatr müəssisəsində aktyor rolu alıb. Bu müəssisə bir sıra müzik-hollar üçün pantomima və sketçlər hazırlayırmış. Çarli tezliklə müəssisənin əsas aktyorlarından birinə çevrilir. Sonradan həmin tamaşaların bəzilərini ekran üçün adaptasiya edir.
1910-1912-ci illərdə Çarli Çaplin Karnonun truppası ilə birlikdə ABŞ-a qastrol səfərinə gedir. 1912-ci ilin yayında aktyor beş ay müddətinə vətəni İngiltərəyə qayıdır. 1912-ci il dekabrın 2-də isə Karnonun truppası ilə birgə ABŞ-a qayıdar və həmişəlik bu ölkədə qalır. Çıxışlardan birində kinoprodüser Mak Sennet təsadüfən Çaplini görür. Çarlinin oyunu Makın xoşuna gəlir və o, Çaplini özünün “Kistoun Film” (Keystone Film) studiyasında işləməyə dəvət edir. 1913-cü ildə Çarli həftəyə 150 dollar məvaciblə “Kistoun Film” studiyası ilə müqavilə bağlayır.
Çaplin əvvəllər sennetiyalı komediya-ekspromtlarını xeyli kobud üslubda təqlid etməyə çalışır. Lakin ona uğuru bu üslub deyil, əksinə, həmin üslubdan kənarlaşması gətirir. Tezliklə o, məşhur kinoaktyora çevrilir və öz ekran obrazını formalaşdırmağa başlayır.
Əvvəllər onun Cez personajı həyasız kələkbaz kimi görünsə də, tədricən bu obrazda tamaşaçının “Balaca avara” obrazında alışdığı lirika və istilik hiss olunmağa başlayır. Tədricən kino istehsalının bütün aspektlərini mənimsəyən Çaplin təkcə aktyor işi ilə kifayətlənməyərək və Sennetdən ona film çəkməyə icazə verməsini xahiş edir. Amma tezliklə anlayır ki, Sennatiyə işləmək onun yaradıcılıq imkanlarını məhdudlaşdırır və bu səbəbdən və “Kistoun”u tərk edir.
Beləliklə, Çaplin 1914-cü ildə “Yağışa düşən” adlı ilk müstəqil filmini çəkir. O, filmdə aktyor, rejissor və ssenari müəllifi kimi çıxış edir.
Çarlinin qazancı da get-gedə artmağa başlayır. Əgər 1914-cü ildə “Kistoun”da həftəyə 150 dollar alırdısa, 1915-ci ildə “Essanay Film” studiyasında o, həftəyə 1250 dollar və üstəlik müqaviləyə görə 10 min dollar alır. 1916-1917-ci illərdə Çarli “Mutual Film”də həftəyə 10 min dollar və üstəlik müqaviləyə görə 150 min dollar alır. 1917-ci ildə isə “First National Pictures” studiyası ilə 1 milyon dollarlıq müqavilə bağlayır və tarixdə ən bahalı aktyora çevrilir.
Zaman keçdikcə Caplin müstəqil yaradıcılıqla məşğul olmaq qərarına gəlir və 1919-cu ildə Meri Pikford, Dulqas Ferbenks, Devids U.Qrifitlə birgə “United Artists” studiyasının əsasını qoyur.
Çarli Çaplin 1921-ci ildə Avropaya səyahət edir. London və Paris şəhərlərinə səfəri zamanı onu hər dəfə böyük izdiham əhatə edir. O, Londonda olduğu ilk 3 gün ərzində 73 min məktub alır. Berlində isə onu heç kəs tanımır. Çünki müharibədən sonrakı Almaniyada Çaplinin filmləri nümayiş etdirilmir. Çaplin Avropaya ikinci dəfə 1931-ci ildə – “Böyük şəhərin alovları” filminin premyerası zamanı səfər edir. Üçüncü dəfə Avropada 1936-cı ildə – “Yeni vaxtlar” filminin nümayişi zamanı olur.
1922-ci ilə qədər Çarli Çaplinin şəxsi evi olmayıb. O, kirayə götürdüyü evlərdə, mehmanxanalarda və klublarda yaşayır. 1922-ci ildə isə Beverli-Hillsdə şəxsi evini tikdirir. Tikilən evdə 40 otaqdan əlavə, kinozal və orqan olub.
Çaplin şöhrətini səssiz kino ilə əldə edib. Bu səbəbdən də o, 1927-ci ildə səsli kino yaranmasına baxmayaraq, köhnə kinotexnikaya hələ 10 il sadiq qalır. Onun ilk tam səsli filmi 1940-cı ildə çəkilən və Hitleri tənqid edən “Dahi dikrtator” olub. Bu film həm də avara-Çarli obrazından istifadə edilən sonuncu film olur.
Çaplin 1952-ci ildə “Rampanın alovları” adlı filmini çəkir. Bu film yaradıcı insanın taleyindən və ümumiyyətlə yaradıcılıqdan bəhs edir. Çaplin 1952-ci il sentyabrın 17-də “Rampanın alovları” filminin premyerasında iştirak etmək üçün London şəhərinə gedir. ABŞ Federal Təhqiqat İdarəsinin o zamankı rəhbəri Edqar Quver isə onun ölkədə olmamasından istifadə edərək immiqrasiya idarələrinin aktyorun ölkəyə qayıtmasına qadağa qoymasına nail olur. Çaplin İsveçrənin Veve şəhərinə məskunlaşır.
İsveçrədə Çarli köhnə səssiz kinolarına musiqilər bəstələyir və “Qızıl qızdırması” filmini səsləndirir.
Aktyor 1954-cü ildə Beynəlxalq sovet Sülh mükafatına layiq görülüb. 1957-ci ildə çəkdiyi “Kral Nyu-Yorkda” filmində hələ də baş rolu ifa edir. 1964-cü ildə memuarlar yazır və 1992-ci ildə bu memuarlar əsasında “Çaplin” bioqrafik bədii filmi çəkilib.
Çaplin “Qonkonqdan Qrafinya” adlı sonuncu filmini 1967-ci ildə çəkib. Filmdə baş rolları Sofi Loren və Marlon Brando kimi aktyorlar oynayıblar.
1972-ci ildə məşhur aktyor ikinci dəfə “Oskar” mükafatı alır. Bunun üçün o, qısa müddətə ABŞ-a gedir. Aktyora məhdudlaşdırılmış viza verilir. 1975-ci il martın 4-də kraliçə II Yelizaveta tərəfindən ona cəngavər statusu verilir.
Məşhur kinoaktyor Çarli Çaplin 1977-ci il dekabrın 25-də Veve şəhərindəki evində vəfat edib. 1978-ci il martın 2-də Çarlinin cəsədi qəbirdən çıxarılaraq oğurlanır. Cinayətkarlar tabutun qaytarılması üçün pul tələb edirlər. Polislər cinayətkarları yaxalayır və Çaplinin cəsədi 1978-ci ildə 17 mayda yenidən basdırılır.
Çaplin 4 dəfə evlənib və onun 11 uşağı olub. Onlardan bəziləri özlərini aktyor kimi sinayıblar. Onların arasında Ceraldina Çaplin daha böyük uğur qazanıb.
Maraqlı faktlar:
* Çaplinin gözləri maviydi.
* Çaplin solaxay olub, hətta skripkanı da sol əliylə çalırmış.
* Filmlərindən 10,5 milyon dollar qazanıb.
* Çaplin «Oxşarlar müsabiqəsi»ndə gizli iştirak edib. Ona Çarli Çaplinə oxşadığına görə üçüncü yer veriblər.

Elə sözlər var ki, onu dünyanın istənilən yerində işlətsən,qarşındakı həmsöhbətin sənin nə demək istədiyini dərhal başa düşəcək.Belə sözlərin yarışı keşirilsə Okey sözü birinci yer qazanar.Çünki onun buna haqqı da var. Ona görə ki, Okey dünyada ən çox işlədilən ifadələrdən biridir. Bu sözü artıq bir simvol kimi hər yerdə qəbul edirlər.Okey – yəni hər şey əladır!
Eldən-elə, dildən-dilə düşən bu ifadə necə yaranıb? Bütün yaxşı şeylərə olduğu kimi Okeyə də şərik çıxan çoxdur. Ən geniş yayılan bir neçə versiyanı incələmək imkanımız var.
1. O.K. sözü ABŞ prezidenti Martin Van Burenin doğulduğu şəhərin qısaldılmış adıdır. Nyu-York ştatının Old Kinderhook şəhərində doğulan Van Buren 1840-cı ildə keçirilən seçkiöncəsi təbliğat kampaniyasında bu sloqandan geniş istifadə edib – “Old Kinderhook is O.K.” Demokrat partiyasından namizədliyi dəstəklənən Van Burenin gənc tərəfdarları bu sözü ölkənin hər yerinə həvəslə yayıblar.
2. Bu söz 1839-cu ildə Bostonda çap olunan qəzetlərin birində ilk dəfə işlədilib. “Hər şey düzdür” (oll correct) ifadəsinin abbreviaturası kimi qəbul olunub.
3. Cekson ABŞ prezidenti kimi rəsmi yazışmalar zamanı sənədlərə dərkənar qoyarkən (all correct) bu sözdən istifadə edirmiş.Çox zaman dövlət başçısı dərkənarı qısa yazırmış-“O.K.” 
4. Müharibə zamanı fransızlar canlı itkilər barədə gündəlik raport verərkən bu ifadədən yararlanıblar-“0 Killed. Yəni itki yoxdur”. İkinci Dünya Müharibəsi illərində ingilislər də bu üsuldan istifadə ediblər. Hərbi təyyarəçilər bazaya qayıdarkən uçuşun uğurla başa çatdığını, heç bir problemin olmadığını izah etmək üçün “O.K.” ifadəsi işlədiblər.

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X