Bir neçə saat xoşbəxt olmaq istəyirsənsə, balıq ovuna get... Bir neçə gün xoşbəxt olmaq istəyirsənsə, tətilə get... Bir neçə ay xoşbəxt olmaq istəyirsənsə, evlən... Ömür boyu xoşbəxtlik üçün isə, işini çox sev!
On yaşlı bir uşaq kafeyə daxil olur və sakitcə bir masanın arxasında əyləşir. Bunu görən ofisiant qız ona yaxınlaşır.

Balaca oğlan soruşur:

- Fındıqlı, şokoladlı dondurmanın qiyməti neçəyədir?

Ofisiant qız cavab verir:

- 50 sent.

Oğlan əllərini cibindən çıxardı və qəpiklərini saymağa başladı.

- Bəs heçnəsiz, sadə dondurma neçəyədir?

Bir çox müştəri masa arxasında ofisiant qızı gözlədiyindən o əsəbi şəkildə qısa cavab verdi:

- 25 sent!

Balaca uşaq yenidən pullarını saydı və dedi:

- Sadə dondurma istəyirəm.

Ofisiant sifarişi gətirdikdə onu hirslə masanın üzərinə çırpdı və tələsik getdi. Uşaq dondurmasını yeyib bitirdikdə kassaya pulu ödədi və gəldiyi kimi də sakitcə çıxıb getdi. Ofisiant qız masanın üzərini yığışdırmağa gəldikdə təəccübdən donub qaldı. O boş dondurma qabının yanında onun üçün səliqə ilə qoyulmuş 25 sent bəxşişi gördü.


Bir insanın davranışını sona qədər müşahidə etmədən onun haqqında bir nəticəyə gəlməyin.
Bu günkü yazım, Xıdır haqqındadır.
Sizə Xıdır təsuratlarımı danışım və sizdə oxuyun.
İllər öncə bu gün qardaşımla məhəlləmizdəki bütün qapıları döyərək Xıdır toplayardıq. Bu işi təkcə qardaşımla yox. Hətta məhəllə uşaqlarımla birlikdə 7-10nəfərlik dəstə olub başqa məhəllələrə də hücum edirdik. Indi yadıma düşdü yazdım.
Sözümün canı odur ki, 3 ildir evdə valideynlərimlə birlikdə Xıdır yemirəm. O xıdırın özünə məxsus olan iyi az qalsın yadımnan çıxacaq. Çıxmasın deyə, indi qarışıq çərəzləri tavada qovurub, iyləyib köhnə vaxtları Yada salacağam. :(
Çox istərdim uşaq olum və qapı-qapı Xıdır toplayıb sevinim. Ehhhh olmur...
Sizlərə xeyirli bayramlar...
13.02.14
Yağış yağır... Qış yağışı...
Bu elə Yapışdır ki, qışda etdiklərin bütün pislikləri yuyacaq... Amma unutdurmayacaq. lazımdır köhnə dost, tanışlarla vaxt keçirmək. Onların dərdlərini öyrənmək. Öz derdlerivi danışmaq.!
Inci qəlbli insanlara yaxşılıq etmək.
Fəxriyyəsi zəif olan insanlara arxa dayaq durmaqdir.
Iller kecsede unuda bilməyəcəyin insanlar vardır ki, o insanlar səni heç yadında salmayacaq. Vaxt keçirtməyə dəyməz! Iş görmək lazımdır.
10.02.14

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X