Xeberler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Xeberler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Xüsusi diqqət!
Aşağıdakı yazını oxumamışdan qabaq +16 yaş olmağınız və twitterdə olan söyüş söyən qızlardan birisinizsə, qəti şəkildə oxumayın!

Xırda girişdən sonra başlayaq əsas məsələyə. Bildiyiniz kimi Mən twitter istifadəçisiyəm. Və müxtəlif aralıqla 2012-ci ildən bəri twitterdə müxtəlif twittlər atıb, hamı kimi nəyisə müzakirə edir, kimlərəsə nəsə öyrətməyə, həmçinin bildiyim maraqlı faktları paylaşıram. Kiminsə xoşuna gəlir, gəlmir özü bilər! sadəcə izləmir bu qədər. Məndə eləyəm, futbol twittləri atanları, söyüş söyənləri və s. gözardı edirəm. Bu günkü yazıda yaşı yetərincə olub söyüş söyən, və o söyüşləri coolluq kimi görən yeniyetmə qızların ağzının nizamını pozmağından danışacağam.

   Beləki, üç il aradan sonra 2018-ci ilin İyul ayında profilimi aktiv etdim və hərşey normal idi, necə qoyub getmişdimsə elə. Bir baxdım mənim və digər kreativ twitt atan istifadəçilərin twittlərinin ekran görüntüsü qısa zamanda məhşurlaşan instagram səhifələrində paylaşılmağa başladı. Bir tərəfdən bu pis birşey deyil, ancaq yenə də ölkəmizdə olan azyaşlı kütlə instagramda oturduğu üçün, təsadüfən də olsa bizim twittlərin ekran görüntüsünü gördü və onlarda maraq oyatdı. Daxil olub qeydiyyatdan keçdikdən sonra dayanmadan folloş atmağa başladılar və pis-yaxşı, az-çox, öz kütlələrini yığmağa çalışdılar. Bəzilərində alındı, bəziləri də hövsələsi çatmadığı və kreativlik səviyyəsi azlığına görə sadəcə profilini bağlamadan twitter tətbiqini sildi. Ancaq özünə kütlə yığa bilməyən, cool görünüb əsasəndə oğlanların diqqətini çəkmək üçün nude temalar, və söyüşlü twittlər atmağa başladılar. Bunlarada örnək olan özünə hörmət etməyən yaşlı-başlı hətta bziləri evli qadınlar idi.
Yenə hamınızın yaxşı bildiyi bu instagram səhvələri bunların bu yeniyetmə twittlərini reytinq xatirinə paylaşdılar. Beləliklə tez bir zamanda yayılan parazitlər kimi, bu yeniyetmələrdə çoxalmağa və getdikcə öz ağızlarının nizamını itirməyə, təhqir və söyüşlə öz səviyyəsizliklərinə səviyyə qatmağa başladılar. Buda cəmi bir ilin içində oldu. Bu gündən etibarən twitter sadəcə gözümdən düşməklə yanaşı, şikayətlərimə də məhəl qoymadığı üçün mənə görə ideallığını itirmiş sayılır.

Əlbəttə ki, bu cür səviyyəsiz istifadəçilərin bilərək vəya bilməyərək izləyiciləri mövcuddur. Heç kimi qınamıram, sadəcə elələrini qınamağa çağırıram. Bilirsiz niyə? Çünki, elə qızların "ovçuları" adında oğlanlar varki, sırf o söyüşlə danışan qızlarla onların bildiyi dildə danışıb, onları başdan çıxardıb, başlarına min cəncəl açırlar. Deyə bilərsən ki, Əziz Oxuyucu: SƏNƏ NƏ?
Bəli MƏNƏ NƏ.! ancaq sabah o qızın başına oyun açılanda o təmiz ev qızı kimi başlayacaq, başqa xarakterlə, başqa profillə "oğlanların hamısı birdir!" mövzuları ilə söyüşsüz təhqirlər etməyə. Onda yeni bir parazit tayfası yayılacaq.
Çünki o vaxta qədər onun ağzındakı saqqızı çıxardıb, boğazına burublar.
   Millətim olaraq, oda nə vaxtsa ANA olacaq fikri ilə bu yuxarıdakıları yazmışam. Bunu belə başa düş Əziz Oxuyucu.

1. NASAya zəng edin. Budur onların nömrəsi: ( 713) 483 31 11. Onlara buradan ola bildiyincə tez ayrılmağınızı çox əhəmiyyətli olduğunu izah edin.

2. Əgər sizinlə əməkdaşlıq etməyə yanaşmazlarsa , Ağ Evdə işləyən hər hansı bir yoldaşınıza zəng edin- oranın nömrəsi ( 202 ) 456 14 14 və NASA-dakı adamlara sizin tərəfinizi tutan bir neçə söz deməsini deyin.

3. Əgər Ağ Evdə işləyən yoldaşınız yoxsa , Kremlə telefon açın ( beynəlxalq stansiyaya bağlanıb 0107 095 295 90 51'i ilə əlaqə qurmasını istəyin ). Onların da orada (ən azı danışa biləcəkləri ) bir yoldaşları olmaya bilər, amma az da olsa bir ağırlıqları var , ona görə sınasanız yaxşı olar.

4. Əgər bütün bu sınaqlar müvəffəqiyyətsizliklə nəticələnsə, başınızın üstündən uçub gedən bir ufoya bayraq yelləyərək endirin və telefon borcunuz gəlmədən əvvəl, bu planetdən ayrılmağınızın nə qədər həyati bir əhəmiyyət daşıdığını açıqlayın.

DÜNYA DƏSMAL gününüz MÜBARƏK OLSUN ...DƏSMALINIZI götürmədən çıxmayın ...

İ.H / 25.05.2014 / kharkiv
Yenə gəldi çatdı bu an. Hansı ki, yenə havanın boğunuq, hamının susqun, Çiçəklərin solduğu o an. O an ki, üç ildir hər dəfə eyni, ancaq əslində bənzəri görünməyən hissləri keçirdirəm. O hissin nə olduğuna gəldikdə isə çox danışmaq istəmirəm. Bircə onu deyim ki, Azərbaycana gələcəyim hər dəfə və Azərbaycandan bura gələcəyim hər o an, eyni hisslərlə zincir kimi bağlıdır. Yenə cümlələrim qəliz, bir o qədər də ləzizdir =). Bu gün axşam burdan çıxıram. Osmanlı torpaqlarına bir baş çəkib, yenə qayıdacağam öz evimə. 
Nətər deyərlər: Tüklünün gəzib-dolanıb, dönəcəyi yer kürkçü dükanıdır. Məndə öz öləcəyim yerimə qayıdıram. Vətənimə! Sözümün canı odur ki, Bugün burda axırncı günüm olmağına baxmayaq, buranın mənim vətənim olmamağına baxmayaraq. Buralar mənə doğmadır, əzizdir. Ancaq yenədə Ölməyə vətən yaxşı deyib, sizlərində Yaxşı yol kimi sözlərini eşidib, yoluma davam etmək məcburiyətində olduğumu bilə-bilə yenə də burdan ayrılmaq istəməyəcək qədər ağıllı və eyni zamanda ağılsız olduğumun fərqindəyəm. Necə demişdim:  Yenə cümlələrim qəliz, bir o qədər də ləzizdir =)
Qalın Salamat.

İ.H 25/05/2014 - Kharkov / Ukraine

Salam, bu gün sizə, dünyada müşahidə etdiyim irqçi qruplar, ölkələr və insanlar haqqında danışacağam.
Beləliklə Azərbaycandan başlamıram, çünki axıra saxlamışam. Başlayıram indi öz yaşadığım ölkə Ukraynadan. Slavyan ölkələrindən olub 45 215 249 ( 2014 sayısı ) əhali sayısı ilə dünyada getdikcə azalan əhali siyahısındadır. Dilləri Ukayın dilidir, ancaq 53% əhali Ukrayın dilini belə demək olarki doğru-düzgün bilmir. əsasən Şimal və Şimal qərb tərəfdə Rusca danışırlar. Dinləri Xristiyan dinidir və üstünlüyü Provoslavlardır. Mən burda demək olar ki, 3 ildir daimi yaşayıram və bu millət kimi satqın, qorxaq, sözü üzə deyə bilməyən, içkili olanda kişi olan, pulgir və.b. kimi minus cəhədlərdən başqa az yaxşı cəhəd gördüm. Bu ölkənin məktəblərində tarix dərsi 1 kitabdan ibarətdir, bütünlükdə isə 4 kitabdır. yerdə qalan 3 kitab Rusların tarixidir. Ömrü boyu rusların çörəyini yeyən bu millət bu gün ruslara üz döndərib Avropa, Amerika deyirlər. Halbuki Amerikada, Avropada buranı İraq,Suriya,Livan a döndərdi. yalan vədlər, sözlərlə bunların başını qatdı. Bunları mən nə özümən uydururam nədə fantaziya qururam. Hamısını öz gözlərimlə müşahidə etmişəm. Nəysə, söhbətdən uzağa getmiyim. Ukraynada Azərbaycan kimi 1922 ci ildə qurulmuş SSSR ə daxil oldu. 1941-1945ci illərdə bildiyiniz kimi ikinci dünya müharibəsi oldu və sırf bu Ukrayınların bəzi satqınları, Almanyaya satqınlıq edirdilər. Necə? Rus zabit forması geyinərək, Partizanlıq edib, Rusların toplandığı yerləri partladıb, Rusları öldürürdülər. Buna nə ad verəsən? Qanda varda, çörəyi əlinin tərsi ilə itələmək! Bu yazıq indi neynəsin? Babasının etdiyini edir indi. hə, gəlim irqçiliyəə. Burda qaldığım bu 3 il ərzində Qafqazlılara, Afrikalılara bir sözlə dərisi ruslar kimi Slavyan irqindən olmayan bütün millət və irqlərə pis gözlə baxıb, təhqir edib, şiddət edirlər. Bu dediklərimə aid çox misal gətirərəm, ancaq yazılarımı səhərə kimi oxuyub qurtarmazsınız =D. Bir misal olaraq onu deyə bilərəm ki, Bu Slavyanlar bizləri sırf Azərbaycanlıları sevmirlər. Bizim paxıllığımızı çəkir, Güclü olduğumuzu qəbul edə bilmirlər. Bunlar hətta bizə ləqəblər belə qoşublar. Хачи , Чурки , черномазы , черножопы və s. ancaq biz bunlara nə deyirik? nə pis birşey edirik? Mən yenədə öz millətimi bunlardan üstün tutsamda, bizimdə pis cəhətlərimiz olduğunu unutmuram. Ancaq zato bizim irqçiliyimiz yoxdur. Bunları özümüzdən sadəcə RUSLAR deyə ayırırq... Bayaq yazdığım sözlərin mənaları çox pisdir. Ancaq biz RUSLAR deyib yetinirik... Buda hörmətmiz... Bu barədə heç bir, Azərbaycan Politiki, Aktivisti, Millət vəkili və sairə dilinə belə gətirmir. Ancaq belə olmaz. Biz bu ölkələrdə qonağıq, ancaq bu millətin 98%i qonaq sözünün nə olduğunu bilmir heç. Ancaq Azərbaycanda yaşayan ruslara və rus dilli insanlara bir mənfi hərəkətimiz olmaya olmaya bir polisin LEYLA YUNUSA etdiyi səhv və qanundan kənar hərəkətini hansısa savadsız rus YouTubeda görüb ( O video ) və Vkontake sosial şəbəkəsində bu başlıqla: " Əziz Ruslar, Azərbaycanda Ruslara əzab verirlər. Təhqir edib hələ tualetinədə girirlər" formasında başlıqla paylaşıb. Bu ruslar guya ağıllıdırlarda,  Heçnə demirəm girib Youtubeda "Хачики" Sözünü yazsanız əgər.. 100lərlə bizi təhqir edən video çıxacaq. Buda Leyla Yunusun Rusca təmiz danışdığını və saçının rəngini görüb, qeyrətə gəlib. Hətta Azərbaycan xəbərlərini Rus dilində dərc edən bir erməni saytıda Leyla Yunus haqqında bu başlıqla : "Azərbaycan polis rəisi: Mən o erməni qadınının həyatını yox edərəm və qanını içərəm" formasında başlıqla xəbər dərc edib ( Xəbər Linki ) Xəbərin şərhlərini oxusaz deyərsiz bəlkə bu ermənilər məkəkdi biz isə günahkar qul. Düzü mən özüm şəxsən deyə bilmərəm Leyla Yunus milliyətcə haralıdır. Heç mənə maraqlıda deyil!. Çünki mənim torpağımda yaşayırsa, deməli Azərbaycana vergi verir. Buda onun qeyri qanuni vətəndaş olmadığını göstərir. Yenədə deyirəm Biz irqçi millət deyilik, milliyətçiyik... 
Yəqin Yazdıqlarım xoşunuza gəldi, Payaşmağı unutmayaq ki, bütün Azərbaycan oxusun.!

Sizinlə oldu İ.H /02/05/2014  \ 22:56 \ Kharkov

Tanınmış araşdırmaçı-jurnalist Elxan Şükürlü Naxçıvanın tarixi yerləri ilə bağlı keçirilən yazı müsabiqəsində iştirak etmək üçün Naxçıvan MR-in Kəngərli rayonundakı Şahtaxtı kəndi barədə olduqca maraqlı bir tədqiqat aparıb və onun əsasında hazırladığı geniş materialı virtualaz.org saytına göndərib.
Maraq doğuracağını nəzərə alaraq ciddi elmi dəlil və mülahizələrə əsaslanan həmin məqaləni oxucularımıza təqdim edirik: 
Azərbaycanın ayrılmaz, füsunkar guşələrindən olan, “Böyük İpək Yolu”nun üzərində strateji mövqeyə malik qədim türk yurdu Naxçıvan təkcə zəngin keçmişi və mədəniyyəti ilə deyil, həm də tarixin ayrı-ayrı dönəmlərində öz fərdi keyfiyyətləri, nüfuzu sayəsində bütövlükdə hadisələrin axarını, istiqamətini dəyişəcək şəxsiyyətlər – sərkərdələr, ictimai-siyasi xadimlər, övliya və ruhanilər, elm, sənət adamları yetişdirməsiylə fərqlənib, diqqət çəkib. Heç uzağa getmədən, ən yaxın və müasir tariximizdə Naxçıvan bölgəsində doğulan bir çox insanın Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında oynadıqları fəal rola, idarəetmədə tutduqları üstün və təsirli mövqeyə ötəri baxmaq kifayətdir ki, deyilənlərin faktların diliylə gerçəkliyi nə dərəcədə əks etdirdiyi aydınlaşsın.
Əlbəttə, Azərbaycanın hər bir qarış torpağı və damarında azərbaycanlı qanı axan, Vətənimiz üçün azacıq xidməti olan bütün insanlar bizim üçün əzizdir, doğmadır və biz heç də hansısa bölgənin adamlarını xüsusi fərqləndirmək, ayrıca götürərək fövqəladə qabiliyyət sahibi kimi təqdim etmək niyyətində deyilik. Əksinə, Azərbaycanın bölgələrində olan fərqlilik və oxşarlığa böyük sərvət, milli dəyər, gözəl bir tabloya ahəng gətirərək onu tamamlayan çalarlar kimi yanaşır, bununla qürur duyuruq. Ancaq danılmaz həqiqətdir ki, müəyyən tarixi, iqtisadi və təbii amillərin, həmçinin məşğuliyyətin təsiriylə hər bir bölgənin insanlarının ümumiləşmiş xüsusiyyətləri formalaşır və bu, onların məişətinə, ictimai həyatına çox ciddi təsir göstərir. Bu baxımdan, inkarolunmaz faktdır ki, əslən Naxçıvandan olan insanların passionarlığı, ictimai-siyasi həyatda aktivliyi, xüsusən də konfliktli situasiyalarda mübarizliyi artıq əksəriyyətin şüurunda fomalaşmış ümumi bir fikir və qənaət halındadır.İnsan xarakterinin formalaşmasında təbiətin rolunu əhəmiyyətli sayan alimlər bu halı daha çox təbii-coğrafi  amillərlə – xüsusən Naxçıvanın malik olduğu iqlim şəraiti ilə izah edir,Naxçıvanda doğulub boya-başa çatan şəxslərin passionarlığını, dinamikliyini, ictimai-siyasi mühitdəki fəallğını da məhz bununla bağlayırlar. Onlar hesab edirlər ki, Naxçıvanın kəskin kontinental iqlim tipinə malik olması, üstəlik, yerləşdiyi coğrafiya – daim xarici təhdidlərlə üz-üzə qalması və bu şəraitin doğurduğu özünümüdafiə instinktinin güclülüyü, istər-istəməz, burada doğulan və yaşayan insanların həyat tərzinə təsir göstərərək, mütləq şəkildə xarakterlərində öz əksini tapır. Xarakter isə insan taleyini müəyyənləşdirən ən əsas şərtlərdən biri və bəlkə də, birincisi sayılır...
Təbii-coğrafi amillərə paralel olaraq, başqa bir önəmli xüsusiyyət odur ki, Naxçıvan həm də qədim ənənələri olan və uzun müddət bu ənənələri qoruyub saxlayan, ən qiymətli sərvət kimi birindən digərinə ötürən tayfa və nəsilllərin yaşadığı, məskunlaşdığı bir məmləkətdir. Bu gün Naxçıvanda onlarla, yüzlərlə ailə var ki, əsrlərin sınağından, tarixin ən qalmaqallı, keşməkeşli dövrlərindən alnıaçıq, üzüağ çıxaraq, həm öz qan təmizliyini, gen bağlılığını qoruyub saxlayıb, həm də o dövrlərin yaddaşına çevrilərək, öz adət və ənənələri, məişətləriylə tarixi yaşadıb canlı salnaməyə çevriliblər.
Xalqlarda olduğu kimi, tayfa və nəsillərdə də belədir: adətən, ənənələrini, dəyərlərini yaşadanlar və nizamlı həyat tərzi sürənlər möhkəm xarakterə malik olurlarsa, nəinki tarixin amansız burulğanında itib batmır, özlərini qoruyub saxlayırlar, həm də bütövlükdə kütlənin, cəmiyyətin lokomotivinə çevrilərək, daim ön cərgədə, aparıcı statusda olurlar. İstər yəhudilərin, istər ingilislərin, istər yaponların, istərsə də çinlilərin nümunəsindən bunu aydın görə bilərik – adıçəkilən xalqların hər biri məhz öz ənənələrini yaşatdıqlarına və nizamlı həyat tərzlərinə görə daim öndə olmağı bacarıblar…
Bəlkə də elə ənənələrinə, dəyərlərinə ifrat sadiqliyindən və onların uğrunda sonadək çarpışmaq xüsusiyyətinə malik olmasındandır ki, Naxçıvan bölgəsi həm də dünyanın ən böyük və sonuncu dini sayılan İslamın çox dərin kök atdığı, ümumlikdə İslam ideyalarının geniş yayıldığı və xüsusən də Məhəmməd Peyğəmbərin (s.) əmisi oğlu və kürəkəni Həzrəti Əlinin tərəfdarlarının sıx məskunlaşdığı, sığındığı məkan olub. Mistikaya inananlar hətta bunu Naxçıvanın«müqəddəs torpaq»,«svilizasiyanın ilk məskəni» olmasıyla da izahlayır, bölgəni «ilahi enerjidən qidalanan müqəddəs məkan»lardan biri kimi xarakterizə edirlər. Son vaxtlar Nuh peyğəmbərin gəmisinin qalıqlarının və məzarının məhz Naxçıvanda tapılması faktı isə bölgəni «seçilmiş müqəddəs məkan»lar kateqoriyasına daxil edən tədqiqatçıların fikir və mülahizələrini bir qədər də möhkəmləndirib, onları öz qənaətlərində daha da israrlı olmağa stimullaşdırıb.
Elə aşağıda yazacaqlarımız da bu Müqəddəs Diyarın sayılıb-seçilən, qoca tarixin amansız dönəmlərində itib-batmayan, öz adət və ənənələrini qoruyub saxlayaraq günümüzədək gətirib çıxaran, maraqlı hadisələrə şahidlik etməklə Naxçıvanın İslam dəyərlərinin təbliğində tutduğu çox önəmli rola işıq salan və həm də Azərbaycana bir neçə tanınmış, nüfuzlu şəxsiyyət bəxş edən böyük bir yurd yeri - Naxçıvan MR, Kəngərli rayonunun Şahtaxtı kəndi haqda olacaq.
«Şahtaxtı» nə deməkdir?
Şahtaxtı kəndi tarixən Naxçıvandan İrana, İrandan Naxçıvana gedib-gələn qədim karvan yolunun üzərində yerləşən əsas məntəqələrdən sayılıb. Üzərində taxta və dəmir körpülər tikilənədək, at və dəvə karvanları Araz çayının məhz bu hissəsindən – indiki Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə adlayar, o tay-bu taya keçərmişlər.Kəndin yaşlı nəsil nümayəndələrinin söylədiklərinə görə, TürkiyəninBingöl dağlarından, təxminən, 3 min metr yüksəklikdən başlayanAraz çayının suyu Şahtaxtının cənubundan keçən hissəsində aramlaşar, xüsusən yay və payızın ilk ayında isə heç atların dizlərinə də çatmazmış.
Şahtaxtının ibtidai insanların məskən saldığı ən qədim yaşayış məntəqələrindən biri olması ehtimalı 1936-cı ildə arxeoloq Ələsgər Ələkbərov, 1979-1989-cu illərdə isə tanınmış arxeoloq, fəsəfə elmləri doktoruQəhrəman Ağayev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı (2006-cı ildən qazıntılar yenidən bərpa olunub) konkret dəlil-sübutlarla təsdiqlənib. Aparılan bu tədqiqat işləri barədə elmi ədəbiyyatdageniş bəhs edildiyindən, təkrarçılığa yol verməmək məqsədiylə bu haqda danışmayacağıq. Bizim üzərində dayanmaq istədiyimiz məsələdaha çox «Şahtaxtı» adının mənşəyi və bu kəndin əsasını qoyan tayfalarla bağlıdır. Çünki vaxtilə bir ucu Araz çayına gəlib dirənən və «Qarahasar» deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəninin sonralar niyə «Şahtaxtı»adlandırılması haqda o qədər də səhih olmayan məlumatlar yayılır ki, bu da mühüm tarixi hadisələrin üzə çıxmasına imkan vermir.
Hazırda yerli əhali arasında “Şahtaxtı” adının meydana çıxması ilə bağlı bir neçə maraqlı rəvayət, elm adamlarının, ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların əsərlərində isə konkret fikir və mülahizələr var. Məsələn, Şahtaxtıda daha çox yayılmış rəvayətlərdən birində deyildiyinə görə, bu ad kəndə Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı ələ keçirən İsmayıl, Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin Naxçıvana 30 min nəfərlik qoşunla yürüş etdiyi xəbərini alır və dərhal özünün 7 minlik seçmə qızılbaş süvarisiylə Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtıya yaxın yerdə- «Şərur düzü»ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib gəlirlər və bununla da qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Arazı keçərək Təbrizi tutan qızılbaşlar İsmayılı taxta çıxararaq, onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar.
Şahtaxtıda əsrlərdir dildən-dilə keçən bir rəvayətə görə, İsmayıl Şirvandan Naxçıvana gələndə və «Şərur düzü»ndəki qələbəsindən sonra Şahtaxtının kənarında indi «İydəli Pir» adlandırılan, əsasən iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar «Şahı taxta çıxaran yer» - «Şahtaxtı» adlandırılmışdır…
Başqa rəvayətlər isə Şah Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə bağlıdır. Demək olar ki, hər üç şahla bağlı rəvayətlər mahiyyət etibarilə eyni məzmunu ifadə edir və kəndin adı da “şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması” ilə izah olunur.
Tədqiqatçılar - Naxçıvan ərazisinin toponimlər sistemini araşdıran AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun «Onomastika» şöbəsinin müdiri, filologiya elmləri doktoru hörmətli Adil Bağırov«Naxçıvanın oykonimləri» adlı kitabında Şahtaxtı kəndinin həm xalq, həm də elmi etimologiyasını verib. O, xalq etimologiyasında «Şahtaxtı» sözünün «şahın taxtı», «şahın oturduğu yer» mənasında işləndiyini, elmi etimologiyada isə«hündür, uca yer» anlamını verdiyini yazıb. Tanınmış alim Q.Qeybullayevin «Şahtaxtı» sözünün farsca «şah» və Azərbaycanca «taxt» sözlərinin birləşməsindən əmələ gələrək «dağ döşündə çıxıntı»«dağ döşündə düzənlik» kimi işləndiyi fikrinə istinad edən hörmətli Adil Bağırov yekunda özünün «hündür yerdə olan taxt, düzənlik» variantı üzərində dayandığını qeyd edib. O, fikrini belə əsaslandırıb ki, «Əlincəqala»nın zirvəsindəki düzənliyə də «Şahtaxtı» deyilir (aşağıda “Əlincəqala”dakı yerlə bağlı məqama da aydınlıq gətirəcəyik- E.Ş.).
Digər tanınmış alim - hörmətli akademik Hacı Qadir Qadirzadə isə Babək rayonunun Cəhri kəndində «Şahtaxtı» adlı yerin olduğunu və Cəhridəki yerin daha çox Nadir şahın burada daş üzərinə çıxıb qoşununa müraciət etməsiylə bağlırəvayətəəsaslandığınıyazıb.
Azərbaycandakı yer və tayfa adlarının mənşəyindən bəhs edən üçcildlik topluda da «Şahtaxtı»nın izahı «dağ döşündə düzənlik» kimi verilib - baxmayaraq ki, ərazini yaxşı tanıyanlar Şahtaxtının heç də dağlıq ərazidə yerləşmədiyini, daha çox maili təpəlik üzərində qərarlaşdığını bilirlər.
Bəlkə də elə ziddiyyətli məqamların çoxluğundandır ki, nə «Şahtaxtı»nın «dağ döşündə düzənlik» kimi izahını verən tədqiqatçılar yazdıqlarının həqiqət olduğunda israr ediblər, nə də xalq etimologiyasına əsaslanaraq «Şahtaxtı»nın «Şah taxtının qurulduğu yer» mənasında işləndiyi arqumenti üzərində duranlar söhbətin hansı şahdan getdiyini dəqiqləşdiriblər. Halbuki, elmi mənbələrdə adları çəkilən şahların Qafqaz istiqamətindəki yürüşləri və düşərgə yerləri haqda kifayət qədər geniş məlumatlar, hətta xəritələr olsa da, hələlik onların sırasından yalnız Səfəvi Şahı İsmayılın «Şərur düzü»ndəki döyüş öncəsi Şahtaxtı kəndinə yaxın ərazidə düşərgə qurması faktı qeydə alınıb.
«Şahtaxtı» adının mənşəyi və tarixi haqda daha əsaslı, fundamental araşdırmalara aparıb çıxaracaq və indiyə qədərki rəvayətlərdən fərqli məlumata isə xüsusən İran tarixinin mükəmməl araşdırıcısı sayılan məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovun 1934-cü ildə yazılmış«Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar» kitabında rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu üzə çıxan K.N.Smirnov bu kitabında «Şahtaxtı» adının Şah İsmayıldan daha əvvələ – əsası XIV əsrdə qoyulmuş «Nemətullahi»təriqətinə mənsub dərvişlərə gedib çıxdığını və kəndin adının da məhz özünü «Şah» adlandıran dərvişin təkyəsinin burada yerləşməsi ilə bağlı olduğunu göstərib. O, həmçinin kəndin yanında «Şah bağı» adlı yerin və Arpaçayından Böyük-Düz istiqamətində «Şah arxı» adlı köhnə kanalın olduğunu da yazıb və bütün bunların hamısının eyni kökdən qaynaqlandığı fikri üzərində durub.
Təəssüf ki, rus tədqiqatçının, daha doğrusu, nəyi qeydə almağın vacibliyini çox yaxşı bilən bu hərbi kəşfiyyatçının gözəl bir elmi tədqiqat mövzusu olacaq qiymətli fikirləri müstəqillik dövründə belə, hansısa səbəblərdən Azərbaycan alimlərinin diqqətindən kənarda qalıb və əslində, Naxçıvanın və Şahtaxtının orta əsrlər dövründə İslam dəyərlərinin təbliğindətutduğu çox vacib əhəmiyyətə işıq salan olduqca mühüm bir faktın üzərindən sükutla keçilib.
Qeyd edək ki, biz də elə Şahtaxtının adının mənşəyi ilə bağlı daha çox məhz K.N.Smirnovun üzərində durduğu və indiyədək araşdırılmamış variant istiqamətində axtarışlar aparmaq qərarına gəldik və xeyli maraqlı tarixi faktlarla rastlaşdıq.
«Şah» kimdir?
Məlumat üçün bildirək ki, orta əsrlərdə el arasında dərviş kimi tanınan şəxslər, əslindəsə sufi təriqətlərinin təmsilçiləri öz ideyalarını yaymaq üçün mühüm ticarət və karvan yollarının üzərini seçər, orada özlərinin təkyə, xanəgah adlandırdıqları məntəqələri qurardılar. Əsas yaşayış məntəqələrindən nisbətən aralıda qurulan bu təkyə və xanəgahlar sufi dərvişlərinin fövqəladə qabiliyyətləri və mükəmməl dini-dünyəvi bilgiləri sayəsində tez bir zamanda insanların toplaşdıqları, inam, ümid yeri kimi baxdıqları ünvanlara, onların ölümlərindən sonra isə pirlərə çevrilərdi.Yuxarıda qeyd etdiyimiz kimi, indiki Şahtaxtı kəndi orta əsrlərdə Şimal-Cənub və Şərq-Qərb istiqamətində ən çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Kənd elə bir coğrafi nöqtədə qərarlaşıb ki, cənubdan Araz çayını keçib şimal istiqamətində hərəkət edən karvan Şərqdən Qərbə gedən “Qədim İpək Yolu”na çıxmaq üçün mütləq şəkildə buradan keçməlidir.
Eyni zamanda, elmi mənbələr vasitəsilə tam sübuta yetirilib ki, Naxçıvan sufizmin geniş yayıldığı, məşhur sufi şeyxlərinin yaşadığı və dəfn olunduğu əsas məkanlardan olub. Bu haqda AMEA-nın Naxçıvan bölməsininTarix və Etnoqrafiya İnstitutunun direktoru, hörmətli professor Hacıfəxrəddin Səfərli özünün «Orta Əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolu» monoqrafiyasında ətraflı bəhs edərək, Naxçıvanda «Səfəvilik», «Hürufilik», «Bəktaşilik», «Şeyxilik», «Nöqtəviyyə», «Qələndəriyyə» və s. kimi sufi təriqət və qardaşlıqlarının geniş yayıldığını, hətta bir çox sufi şeyxlərinin Naxçıvan ərazisində dəfn olunduqlarını faktlarla göstərib.
Sonuncu səmavi kitab olan «Qurani-Kərim»in həm zahiri, həm də batini mahiyyətinin, o cümlədən şəriət hökmlərinin kamil biliciləri və izahediciləri sayılan sufilər müxtəlif dərviş ordenlərində, ayrı-ayrı qardaşlıq və birliklərdə cəmləşsələr də, ümumən İslam ideyalarının, mədəniyyət və dünyagörüşünün daha geniş arealda yayılmasında müstəsna rol oynayıblar.Xüsusən də Məhəmməd Peyğəmbərin (s.) əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talibə, həmçinin onun övladlarına – nəvə və nəticələrinə, 12 nəfərlik imamətə məhəbbətləriylə və orijinal yanaşma tərzləriylə seçilən sufilər bu xəttin qorunmasında və həm elmi, həm də siyasi baxımdan tərəqqisində əvəzsiz xidmət sahibləri kimi qəbul edilirlər.Təsadüfi deyil ki, bəzi sufi birliklərinin yaranmasının əsas məqsədi Əməvi (661-750) və Abbasi (750-1258)xəlifələrinin təqiblərinə məruz qalan Həzrəti Əliövladlarının ideyalarının qorunması və onların haqq mübarizəsinin qələbə çalması istiqamətində təşkilatlanma və təbliğetmə olub.Sonradan get-gedə bu birlik və qardaşlıqlar konkret ideya və şəriət məsələləri üzərində sıx birləşən, özünəməxsus həyat tərzi sürən təriqətlərə, hətta elmi-siyasi cərəyanlara, məktəb və mərkəzlərə çevriliblər…
Elmi qaynaqlarda K.N.Smirnovun Şahtaxtı kəndində məskunlaşdıqlarını yazdığı «Nemətullahi» təriqətinin yaradıcısı məşhur sufi Əmir Nurəddin Nemətullah ibn Mir Abdulla sayılır və onun nəsil şəcərəsinin Həzrəti Əlinin oğlu İmam Hüseynin nəvəsi İmamMəhəmməd Baqirə gedib çıxdığı bildirilir. Elə bu mənbələrdə Əmir Nurəddin Nemətullahın 1330-cu ildə Suriyanın Hələb şəhərində doğulması, atası Mir Abdullanın sufi mürşidi, anasının isə məşhur fars zadəganlarından olması, Nemətullahın hələ gənc yaşlarında İslam ölkələrinə səyahətə çıxması, Məkkə ziyarətinə gedərkən Şeyx Abdulla əl-Yəfi ilə tanışlığı və 7 il ona müridlik etməsi haqda da məlumatlar var. Nemətullahın Məkkə ziyarətindən sonra yenidən Şərq ölkələrinə səyahətə çıxdığı, İraqda, Qahirədə, o cümlədən də Azərbaycanda olduğu və ömrünün son 25 ilini İranda – Kirman şəhərinin Mahan kəndində keçirdiyi qeyd olunur. O da bildirilir ki, 1431-ci ildə - 101 yaşında dünyasını dəyişən Nemətullah fitri istedadı və İslami bilikləri sayəsində ətrafına xeyli mürid toplamağa və öz təriqətini yaratmağa müvəffəq olub, ona «Vəli» deyilib. Eyni zamanda, Nemətullah Vəli sufizmdə ən yüksək mərtəbəyə – təriqət başçısı səviyyəsinə çatdığından, sufi qaydalarına uyğun olaraq, ona həm də «Şah» titulu verilib. Təsəvvüf fəlsəfəsi ilə tanış olanlar yaxşı bilirlər ki, sufilərdə«Şah» titulu Həzrət Əlinin ünvanına işlədildiyindən, əksər sufi təriqətlərinin başçılarına da onun şərəfinə «Şah» deyə müraciət olunması o dövr artıq qayda halını alıbmış. Elə indinin özündə də xüsusən «Ələvilər» arasında Həzrəti Əliyə «Şahım» deyə müraciət olunur, onun İslamın yayılmasındakı xidməti, qabiliyyət və istedadı geniş şəkildə vəsf edilir...
Yazılı mənbələrin məlumatına görə, XIV əsrdə yaradılan«Nemətullahiyyə» qardaşlığı XVIII əsrdə tam şəkildə «Səfəviyyə» təriqətinin təsiri altına keçib və xeyli zəifləyib. “Nemətullahiyyə” təriqəti yalnız məşhur sufi Məsum Əli Şahın Hindistandan İrana köçməsi ilə yenidən dirçəlib. Artıq bu təriqətə Məsum Əli Şah yeniliklər də gətirib: o, hər bir təriqət üzvünün adının sonuna «Əli Şah» titulunun əlavə edilməsini zəruri bilib. Bu, həm də Peyğəmbərimizdən sonra xilafətə rəhbərliyin – imamlığın və şahlığın Həzrəti Əliyə çatmasını ifadə edən sufi simvolunun ictimailəşdirilməsi olub.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, əksər sufi təriqətlərində simvollaşdırılmış söz və ifadələrlə, rəqəmlərlə danışığa və hərəkətlərə çox böyük üstünlük verilib. Hər bir simvol – hərf, söz, anlayış və ya rəqəm İslam tarixində böyük bir hadisəni, fikir və ya ideyanı ifadə edib. Bu səbəbdən də məşhur sufi şair və yazıçılarının əsərlərinin zahiri əlamətlərə görə şərhi bir çox hallarda doğru anlaşılmır, yanlış istiqamətlərə yozulur. Məsələn, «nemətullahi»lərdə «Əli Şah» Həzrəti Əlinin ilk xəlifə və imam olması haqqının tanınmasını ifadə edirdisə, bu təriqətin digər görkəmli siması Nur Əli Şahın 12 nəsr və 12 nəzm əsəri yazması təriqət üzvlərinin 12 imamı, onların haqq işini bu rəqəmdə simvollaşdırılması anlamındadır.Elə ətrafında «12» kəhrizin yerləşdiyi bir «Pir»in mövcud olduğu «Şahtaxtı» adına sufi simvolları və deyimləri ilə yanaşılsa, bu, təriqət başçısının – «Şah»ın «taxt, məkan, xanəgah, sığınacaq qurduğu yer» mənasına gəlir.
Böyük ehtimalla, K.N. Smirnovun yazdığı kimi, «nemətullahi» təriqətinin banisi Nemətullah Vəli və yaxud da onun «Şah» titullu müridlərindən hansısa biri Azərbaycana məhz Araz çayının indiki Şahtaxtı kəndi ərazisinə yaxın hissəsindən keçərək gəliblər və təbliğat üçün olduqca əlverişli mövqe tutan bu qədim karvan yolu üzərində bir neçə bulaqla əhatələnmiş iydəlikdə – indi «İydəli Pir» adlandırılan yerdə məskunlaşaraq, öz xanəgahlarını qurublar.Elə əvvəllər iydəlik olan bu yerin sonradan pirə çevrilərək «İydəli Pir», yaxınlıqdakı yaşayış məskəninin isə «Şahtaxtı» adlandırılması da məhz burada sufi «Şah»ın xanəgahının qurulmasıyla bağlı olub.
Mümkün ehtimallardan biri isə budur ki, səfalı yer olan bu iydəliyi sufi dərvişləri «Şah», «Şahım» deyə müraciət etdikləri, adını daim yaşatmağa çalışdıqları Həzrəti Əlinin şərəfinə «Şahtaxtı» adlandırıblar və bu ad sonradan dindar əhali tərəfindən bütövlükdə yaşayış məskəninə şamil edilib.
“Şahtaxtı” toponiminin sufizmlə bağlı olduğunu təsdiqləyən daha bir fakt isə, yuxarıda vurğuladığımız kimi, Naxçıvanın Culfa rayonunda yerləşən və sufilərin əsas toplanış və yaşayış məntəqəsi kimi qəbul edilən “Əlincəqala”da da eyni ada – “Şahtaxtı”na rast gəlinməsidir.
«İydəli Pir» - sufi xanəgahı, seyid məkanı
Qeyd edək ki, Naxçıvanın tarixi abidələrindən bəhs edən kitabda Şahtaxtı kəndinin yaxınlığında yerləşən «İydəli Pir» qısaca olaraq, b.e.ə. II-I minilliyə aid olan və əhalinin daş və su inanclarına bağlı abidə kimi göstərilib.«İydəli Pir» barəsində yazılı mənbələrdə çox az məlumatlar yer alsa da, bu möcüzəli məkan haqda yerli əhali və ətraf kəndlərin camaatı arasında hələ heç yerdə dərc olunmamış xeyli əfsanələr, rəvayətlər indi də dolaşmaqdadır. Məsələn, deyilənə görə, elə 1501-ci ildə Şah İsmayılın «Şərur düzü»ndəki döyüş öncəsi düşərgə kimi «İydəli Pir» ərazisini seçməsi də təsadüfi deyilmiş, məhz bu yerin qədim tarixi, müsbət aurası və düşərliliyi – Həzrəti Əli adına bağlanan sufi xanəgahı olmasıyla bağlıymış. Hətta belə rəvayətlər var ki, İsmayılın 7 minlik qoşunla 30 minlik qoşun üzərinə əmin şəkildə hücum çəkməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə yüksək inamı olub və bu inamı, əhval-ruhiyyəni də onda «İydəli Pir»də gecələməsi yaradıb…
Doğrudur, elmi mənbələrdə Şah İsmayılın «İydəli Pir»də gecələdiy haqda yazılı olaraq konkret dəlil-sübut yoxdur və bu, ancaq rəvayət şəklindədir. Ancaq ərazini yaxşı tanıyanların, həmçinin orta əsr dövrünün döyüşlərinin tədqiqatçılarının söylədiklərinə görə, «Şərur düzü» adlandırılan ərazini müşahidə etmək, eyni zamanda fövqəladə situasiyada özünümüdafiə, yaxud geri çəkilmək üçün ən münasib məkan məhz «İydəli Pir»dir.
«İydəli Pir»lə bağlı araşdırmalarımız zamanı ortaya çıxan həqiqətlərdən biri budur ki, bu yer illər uzunu yerli əhalinin xüsusi inam, məhəbbət bəslədiyi müqəddəs ziyarətgah olub. Hətta məşhur «Əshabi-Kəhf» ziyarətgahında olduğu kimi, işləri dolaşığa düşən, qəlbində hansısa niyyətin həyata keçməsini tutan kəslər bu yerə gələr, qurban kəsər, yerdən xırda daşları götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin adamda niyyətinin qəbul olunacağına böyük inam yaranarmış. Sonralar bu «daş yapışdırma» adəti «şam yandırma» ilə əvəz olunub və bu, indi də davam edir. Kənd ağsaqqallarının və ağbirçəklərinin dediklərinə görə, dəfələrlə sınaqdan çıxarıldığından, «İydəli Pir»in müqəddəs yer olduğuna artıq heç kimdə şübhə yaranmazmış.
Xatırladaq ki, indiki Şahtaxtı kəndinin təxminən 2 kilometrliyində yerləşən bu ziyarətgah ətrafı qayalıqlardan ibarət təpənin Araz çayına baxan hissəsində qərarlaşıb. Qayalığın çıxıntısının altındakı mağara tipli yerdə indi də bir neçə nəfər rahat şəkildə yağışdan, külək və qardan qoruna, gecələyə bilər. Təpənin üstü hər hansı düşərgənin təhlükəsiz yerləşməsi üçün ideal şəraitə malik olmaqla bərabər, həm də gözəl mənzərəyə açılır: buradan dörd bir tərəf, o cümlədən Araz çayının hər iki sahilində yerləşmiş yaşayış məntəqələri, əkin yerləri ovuc içindəki kimi aydınca görünür. Təpənin üstündə üç qədim məzar (!), əhatəsində isə İslamda mühüm rəqəm sayılan «12» ədəd kəhrizin yeri qalıb və bir neçəsindən hələ də Araz çayı istiqamətinə su axır.
Qeyd edək ki, kəndin «Şahtaxtı», iydəliyin də pirə çevrilərək «İydəli Pir» adlandırılmasının məhz bu məkanda sufi xanəgahının yerləşməsiylə əlaqəli olduğu haqda K.N. Smirnovun yazdıqlarını sonradan baş verən bir sıra mühüm hadisələr – nəsil şəcərəsi Həzrəti Əlinin nəvəsi İmam Zeynəlabidinə gedib bağlanan və Hicaz – Məkkə və Mədinə bölgəsindən əvvəlcə İraqa, oradan İrana - Xorasana, oradan Mərənd yaxınlığındakı Hərzən deyilən bölgəyə, oradan da Naxçvanadək gəlib çıxmış böyük bir seyidocağının bu torpaqları uzun əsrlər özlərinin daimi yurd yerləri seçmələri də təsdiqləyir.
Seyidlər kimlərdir, haradan və hansı səbəbdən Azərbaycana, o cümlədən Naxçıvana – Şahtaxtıya gəliblər və niyə məhz bu məkanlarda yerləşiblər – bu haqda ayrıca geniş araşdırmamız mövcuddur. Qısaca olaraq onu deyək ki, Peyğəmbər soyunun davamçıları sayılan seyidlərin Şahtaxtı kəndinin ikinci dövr məskunlaşmasında (niyə “ikinci məskunlaşma” deyilir, bu haqda da aşağıda geniş bəhs edilib – E.Ş.)və kəndə rəhbərliyin həyata keçirilməsində çox əhəmiyyətli rolları olub və bu fakt hazırda Azərbaycan Milli Arxiv İdarəsində saxlanan sənədlərdə də öz əksini tapıb.Həmin sənədlərdə Şahtaxtı kəndindəki üç nüfuzlu tayfa başçısından - Yüzbaşı Məhəmməd Rza bəydən, I İsa Sultandan və «Böyük Seyid» ləqəbli Mir Abdulla Ağadan bəhs edilir.
Rus çarının fərmanına uyğun olaraq, Naxçıvan ərazisində olan bəy, sultan, axund, molla, seyid və keşişlərin 1842-ci ildə ayrıca qeydiyyatının aparıldığı siyahıda da o dövrdə Şahtaxtıda bir nəfər bəyin – Hüseyn bəy Məmməd Rza bəy oğlunun, bir nəfər seyidin – Mir Abdulla Ağa Mir Məhəmməd oğlunun və bir nəfər sultanın – Məşədi Tağı Sultan Hacı İsa Sultan oğlunun adları qeyd olunub.
Arxiv sənədlərindən məlum olur ki, Şahtaxtı kəndinin sonrakı inkişafında bu üç şəxsin, eləcə də onların başçılıq etdiyi tayfaların özünəməxsus rolu olmaqla yanaşı, həm də hər biri Azərbaycana neçə-neçə tanınmış sima bəxş edib.
Məsələn, 1831-ci ilin siyahısında Məşədi Tağı Sultanın atası kimi adı çəkilən Hacı İsa Sultan sonradan «Şahtaxtinski» soyadını daşıyan məşhur nəslin başçısı sayılır. İsa Sultanın nəslinin davamçıları – övladları və nəvələri Naxçıvanın Rusiyaya ilhaq edilməsindən sonra Çar Rusiyasının «yeni zadəganlıq sinfi yaratmaq» siyasətinə uyğun olaraq, XIX əsrin ortalarında «Şahtaxtinski» soyadını alıblar və elə son 170 ildə də daha çox bu soyadla tanınıblar. Bu tayfa Məmmədağa Şahtaxtinski, Behbudağa Şahtaxtinski, Əbülfət Ağa Şahtaxtinski, II İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Elmira Şahtaxtinskaya, Leyli Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya kimi məşhur simaları Azərbaycana bəxş edib və onların xidmətləri barəsində elmi ədəbiyyatda kifayət qədər geniş materiallar var...
1831-ci ilin siyahıyalınmasında “Böyük Seyid” ləqəbiylə göstərilən Mir Abdulla Ağa isə Şahtaxtıdakı ilk seyidlər sülaləsinin əsasını qoymuş şəxsdir. Sonradan bu ocaqdan bütün Naxçıvan, İrəvan, Maku, Xoy və Mərənd istiqamətində məşhur olan Hacı Seyid Mir Mehdi Ağa çıxıb ki, onun bütün mahalda nüfuzlu, sülhpərvər, barışdırıcı şəxs kimi tanınması faktınıtanınmış Cənubi Azərbaycan yazıçıPənahi MakuluŞeyx Məhəmməd Xiyabanidən bəhs edən «Xiyabani» romanında da qeydə alıb. Məlumat üçün bildirək ki, Pənahi Makulu bu tarixi romanında Hacı Seyid Mir Mehdi Ağanı erməni-müsəlmandavasının qarşısının alınmasında kömək üçün üz tutulan “Şahtaxtılı ağsaqqal” kimi təqdim edib (Bax. P.Makulu, «Xiyabani», səh.196).1842-ci ildə Şahtaxtıda doğulan Hacı Seyid Mir Mehdi Ağanın özü və övladları, eləcə də qardaşı Seyid Abbasın özü və övladları, onların fəaliyyətləri barədə də ayrıca geniş araşdırmamız var. Qısaca olaraq, bildirək ki, həm Hacı Seyid Mir Mehdi Ağanın, həm də Seyid Abbasın nəslindən nəinki Naxçıvan və Azərbaycan, eləcə də keçmiş SSRİməkanında kifayət qədər yaxşı tanınan bir neçə nüfuzlu şəxs çıxıb...
1831-ci ilin kameral siyahıyaalınmasında Şahtaxtıdakı 43 ailədən 19-nun başçısı kimi göstərilən Yüzbaşı Məmməd Rza bəy İmamqulu bəy oğlunun isə Kəngərli tayfasının «Cəmşidli» qoluna aidliyi qeyd edilib ki, kəngərlilər haqda da elmi-tarixi ədəbiyyatlarda kifayət qədər geniş və olduqca maraqlı,qürurvericiməlumatlar var...
«Böyük köç» və Şahtaxtıda ikinci məskunlaşma dövrü
Qeyd edək ki, 1828-ci ildə imzalanan «Türkmənçay»müqaviləsiylə Rusiyaya birləşdirilən Naxçıvan ərazisində 1831-ci ildən başlayaraq, hər 10 ildən bir keçirilən əhali siyahıyaalınmalarında Şahtaxtı kəndi əhalisinin say tərkibi haqda kifayət qədər maraqlı, həm də ciddi araşdırmalara rəvac verən məlumatlara rast gəlinir. Məsələn, 1831-ci ildə Şahtaxtıda 43 evdə 171 nəfərin yaşadığı və onların da 91-nin kişi, 80-nin qadın olduğu göstərilib.1873-cü il siyahıyaalınmasında isə Şahtaxtıda 83 ailənin (731) yaşadığı, onların 371 nəfərinin kişi, 360 nəfərin qadın olduğu göstərilib. Diqqət yetirsək, görərik ki, 42 ildə fərq 40 ailə və 560 nəfərdir! Deməli, bu rəqəmlər onu təsdiqləyir ki, Şahtaxtıda sürətli məskunlaşma XIX əsrin ortalarından sonrakı dövrə təsadüf edir. Belədə isə haqlı olaraq ortaya sual çıxır: görəsən, e.ə. VI-IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdə isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş bu qədim yaşayış məskənində XIX əsrin əvvəllərində nədən bu qədər az adam yaşayıb?!
Araşdırmalarımız zamanı biz bu sualın da cavabını tapdıq. Məlum oldu ki, Şahtaxtının tarixində əslində iki məskunlaşma dövrü olub: birinci mərhələ 1605-ci ilə qədərki dövrü, ikinci mərhələ isə XVII əsrin ortalarından ta XIX əsrin sonlarınadək olan dövrü əhatə edir.Tarixdən məlumdur ki, 1605-ci ildə Səfəvi şahı Şah Abbas Osmanlı imperatorluğunun hücumundan narahat olaraq, Arazın sol sahilinin tamamilə yandırılması, dağıdılması, ərzağın və əhalinin bölgədən çıxarılması haqda fərman imzalamışdı və bu, Azərbaycan tarixinə «Böyük sürgün» kimi düşüb. Elmi mənbələrdə yer alan məlumatlarda bildirilir ki, həmin vaxt Naxçıvan ərazisindən 70 minə qədər adam İranın cənub və şərq vilayətlərinə, o cümlədən Xorasana köçürülüb. Elə sərhəddə yerləşən Şahtaxtı kəndi də Səfəvi-Osmanlı müharibələrində mühüm rol oynayan məntəqələrdən biri kimi, 1605-ci ilin məşhur «Böyük sürgün»ündən ən çox ziyan çəkən və tamamilə dağıdılan, əhalisi isə bütünlüklə köçürülən yaşayış məskənlərindən olub.
Maraqlıdır ki, Şahtaxtı kəndinin tarixindən bəhs edən rəvayətlərdə də daha çox hansısa «köç hadisəsi»ndən geniş bəhs olunur. Həmin rəvayətdə deyilir ki, bu kəndin sakinləri əsas etibarilə qan düşmənçiliyi əsasında İrandan köçüb gələnlər olub, ancaq onların qan düşmənləri olan «Zavallar» tayfası hücum edərək, kənd əhalisini tamamilə qırıb, sərvətini də talan edərək gediblər. Guya, hücum zamanı kənddən yalnız çöldə cüt sürən iki nəfər – ata və oğul sağ qalıblar ki, onlar da qorxularından öküzlərini də götürərək, Məkkəyə qaçıblar.Həmin rəvayətə görə, Məkkədə məskunlaşan bu ata-oğul bir gün ziyarətə gələnlər arasında həmvətənləri İsa Sultan adlı şəxsi görürlər və hətta ona şahtaxtılıların toplayıb gizlətdikləri qənimətin yerini də deyirlər. Şərtləri də bu olur ki, İsa Sultan həmin qənimətin hesabına sağlamlıq rəmzi sayılan hamamlar tikdirməlidir. İsa Sultan Məkkədən qayıtdıqdan sonra qəniməti tapır və sözünə əməl edərək, təkcə Şahtaxtıda yox, hətta Naxçıvanda, Cəhri və Yengicədə də hamam tikdirir.
Qeyd edək ki, bu rəvayətdə kəndin tarixi ilə bağlı müəyyən həqiqətlər olsa da, tam reallığı əks etdirmir və qismən təhrif olunmuş şəkildə çatdırılır.Əsl həqiqətdə isə rəvayətdə bəhs edilən köç və talançılıq məhz tarixi sənədlərdə yer almış 1605-ci ildəki «Böyük sürgün» hadisəsi – Səfəvilərin Osmanlılara qarşı tez-tez tətbiq etdikləri «yandırılmış torpaq» taktikası olub. Orta əsrlər dövründə rəqib ölkələrin bir-birlərinə qarşı istifadə etdikləri bu taktikanın əsas özəlliyi o idi ki, hücum edən qoşunun ac-susuz qalması, yerli əhalinin onları ərzaqla təmin etməməsi və əsir alınmaması üçün qoşunların keçdiyi istiqamət boyu bütün əhali köçürülür, ot-ələf yandırılır, sığınacaqlar, qalalar dağıdılır, hətta quyu suları da zəhərlənirdi. Və tarixi mənbələr göstərir ki, I Şah Abbasın Araz boyu Osmanlılara qarşı tətbiq etdiyi bu taktika özünü doğruldub –Naxçıvana yürüş edən Osmanlı ordusu xeyli çətinliklərlə üzləşərək, sonda məğlub olaraq geri çəkilib…
Osmanlı-Səfəvi müharibələri zamanı bütün Naxçıvan ərazisində sabitlik yalnız 17 may 1639-cu ildə - «Qəsri-Şirin»də imzalanmış sülh müqaviləsindən sonra mümkün olub. Bu müqaviləyə görə, Naxçıvan Səfəvilərin nəzarətinə keçib, dağıdılmış ərazilərdə, o cümlədən Arazboyu bölgələrdə təkrar məskunlaşma, quruculuq işləri isə müqavilədən sonrakı illərdə olub. Keçid məntəqəsi kimi ən çox dağıntıya məruz qalan Şahtaxtıdan da İranın müxtəlif bölgələrinə köçənlərin tədricən öz yerlərinə qayıtması, təkrar məskunlaşma və quruculuq işləri məhz bu dövrə təsadüf edib1747-ci ildə İran şahı Nadirin ölümündən və Kəngərli tayfasının başçısı Heydərqulu xanın rəhbərliyi ilə Naxçıvan xanlığının yaranmasından sonra isə proses daha sürətlə aparılıb.
Xatırladaq ki, Şahtaxtı kəndi də Naxçıvanın digər əraziləri kimi, o vaxt bölgənin əsas hakim tayfası olan Kəngərli xanlarına və bəylərinə məxsus torpaqlar sayılırdı. Ümumiyyətlə, 1603-cü ildən etibarən, istər İran şahlarının, istərsə də Osmanlıların işğalı dövründə Naxçıvan əldən-ələ keçsə də, bölgənin idarəçiliyi həmişə o dövrün ən cəsur və igid tayfası sayılan Kəngərlilərə tapşırılırdı. Tarixi qaynaqlar göstərir ki, istər Səfəvilərin, istərsə də Əfşarların və Qacarların dövründə Kəngərlilər şah sarayında ən önəmli postları tutublar, sədaqətlərinə və igidliklərinə görə, süvari qoşunun özəyini təşkil ediblər. Bu səbəbdən də, Naxçıvanın idarəçiliyi həmişə Kəngərli tayfasının öhdəsində olub.Öz növbəsində, Kəngərlilər də bölgənin idarəçiliyini İran şahlarıyla razılaşdırmaqla,onların sədaqətlərinə güvəndikləri nüfuzlu tayfa başçılarının vasitəsi ilə həyata keçirirdilər ki, şahtaxtılı I İsa Sultan da belələrindənsayılırdı. Onun özünün və babalarının İran şahının qoşununda xidmət keçdikləri və buna görə şah sarayında yüksək nüfuza malik olduqları, «Sultan» titulunun da onlara məhz şah tərəfindən verildiyi söylənilir.İsa Sultanın doğum tarixi hələlik bizə bəlli olmasa da, Naxçıvan Dövlət Arxivində saxlanılan sənədlərdə onun ölüm tarixi kimi, 1839-cu il göstərilib. Şahtaxtinskilərin nəsil şəcərəsini hazırlayan Naxçıvan Dövlət Universitetinin rektoru, hörmətli akademik İsa Həbibbəyli və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, yorulmaz tədqiqatçı Musa Quliyev I İsa Sultanın atasının adının Şahsultan olduğunu yazıblar. Ancaq təəssüf ki, Şahsultanın ata-babalarının kimliyi haqda hələlik tədqiqatçılar qəti söz deməyə çətinlik çəkirlər.Hazırda Naxçıvanda İsa Sultanın tayfasını yerli Kəngərlilərin bir qolunun törəməsi kimi qəbul edənlər də var, əslən Cənubi Azərbaycandan gəldiyini iddia edənlər də…
İki tayfa başçısının dostluğunun açılmayan sirri…
Onu da qeyd edək ki, Şahtaxtıdakı tayfa başçılarından iksinin - «Şahtaxtinski»lərin əcdadı İsa Sultanla “Böyük Seyid” Mir Abdulla Ağa arasında həm də uzun illər dillərdə dolaşan sıx dostluq münasibətləri olub və bu dostluq hər iki şəxsin övladları arasında da davam etdirilib. I İsa Sultanın «Böyük Seyid» Mir Abdulla Ağa və qardaşları ilə (1831-ci ilin arxiv sənədlərində «Böyük Seyid»in qardaşları Mir Əsəd və Mir Fətulla olaraq göstərilib) sıx dostluq münasibətlərində olması daha çox onun Peyğəmbər nəslinə, Həzrəti Əli övladlarına hörməti ilə izah edilsə də, əslində bunun daha dərin – ciddi araşdırmaya ehtiyacı olan kökləri, səbəbləri var. Daha doğrusu, Naxçıvanda orta əsrlər dövründə mövcud olan dini-siyasi cərəyanları araşdıran bəzi tədqiqatçıların fikrincə, İsa Sultanın babalarıyla «Böyük Seyid»in babaları vaxtilə eyni dini təriqətin – «səfəviyyə»nin təmsilçiləri olublar və bu ideoloji yaxınlıq sonradan onların övladlarını da birləşdirib.Hətta K.N. Smirnova istinad edən bəzi tədqiqatçılar XIX əsrinəvvələrində Naxçıvanda mütərəqqi dini cərəyan sayılan «şeyxilik»in geniş yayıldığını və Kəngərli xanlarından Ehsan xanın və onun oğlu İsmayıl xanın, həmçinin əksər Kəngərli bəylərinin bu təriqətin davamçıları olması haqda fikirləri əsas gətirərək, Şahtaxtıdakı iki tayfa başçısını birləşdirən xətt kimi, «şeyxilik»in üzərində dururlar…
İsa Sultanla «Böyük Seyid» arasındakı dostluğun səbəbləriylə bağlı söylənən daha bir ehtimal isə hər ikisinin əcdadlarının Cənubi Azərbaycanın Hərzən deyilən ərazisindən gəlməsi və yaxud aralarında hansısa qohumçuluq münasibətlərinin mövcudluğu ilə bağlıdır.
Daha ciddi və bizim də yaşlı nəsllərin söylədiklərinə əsasən üzərində dayandığımız ehtimal odur ki, həm İsa Sultanın, həm də “Böyük Seyid”in babaları 1605-ci ilin «Böyük Sürgün»ü vaxtı Naxçıvandan Hərzənə göçüblər, ikinci məskunlaşma dövrü isə yenidən birgə Naxçıvana - Şahtaxtıya qayıdıblar. Çünki Hərzən tanınmışları kimi, İsa Sultanın da Şahtaxtıda və digər yerlərdə hamam tikdirməsi, Şahtaxtı əhalisinin isə məşğuliyyətində və yaşayış tərzlərində daha çox hərzənlilərsayaq davranmaları və xüsusən də İsa Sultanla hərzənli «Böyük Seyid» Mir Abdulla və eləcə də onların sonrakı nəsilləri – övladları arasında qorunub saxlanan olduqca xoş, ilıq münasibətlər az şey demir. Tarixi qaynaqlar şahidlik edir ki, Mir Abdulla Ağanın özü və övladları ilə Hacı İsa Sultanın özü və övladları arasında çox möhkəm dostluq, bağlılıq olub. Bu haqda Naxçıvan Dövlət Arxivində o dövrün əmlak mübahisələri, məhkəmələrlə bağlı saxlanan sənədlərdə kifayət qədər geniş məlumatlar var.
Eyni zamanda, tədqiqatlar göstərir ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra hər iki şəxsin nəinki Şahtaxtıda, ümumiyyətlə, Mərənd-Maku-İrəvan-Naxçıvan bölgəsində yüksək nüfuzları Çar Rusiyası tərəfindən də nəzərə alınaraq, kəndin siyasi idarəçiliyinin İsa Sultanda, dini işlərə rəhbərliyin isə “Böyük Seyid”də qalmasına razılıq verilərək, onları Rusiya təbəəçiliyinə keçiriblər və bütün əmlaklarının toxunulmazlığına da təminat veriblər.
Şahtaxtı əhalisinin bir hissəsinin Hərzəndən gəlməsi ehtimalını gücləndirən daha bir fakt isə 1842 və 1852-ci illərin kameral siyahıyaalınmalarında Şahtaxtıya köçən sakinlərin bəzilərinin adının qarşısında gəliş yeri kimi «Çay Hərzən», «Daş Hərzən», «Mərənd» və «Persiya» sözlərinin yazılmasıdır. Təəssüf ki, Şahtaxtının tədqiqatçıları indiyədək bu faktları nəzərə almayıb, Hərzəndən bu qədər insanın niyə məhz Şahtaxtıya köçməsinin səbəblərini izah etməyiblər. Halbuki, həm İsa Sultanın və Şahtaxtıda «hərzənli» kimi qeydə alınan adamların, həm də “Böyük Seyid” Mir Abdulla Ağanın babalarının elə 1605-ci ildə Naxçıvandan İranın içlərinə doğru, o cümlədən Hərzənə köçürülən ailələrdən olduqları və sonradan – sabitlik yarandıqdan sonra təkrarən öz doğma torpaqlarına - Şahtaxtıya qayıtmağa qərar verdikləri daha çox ağlabatandır.
Cənubi Azərbaycanın «Qədim Hərzən»i…
Məlumat üçün bildirək ki, həm Daş Hərzən, həm də Çay Hərzən hazırda Cənubi Azərbaycanın Mərənd bölgəsində bir-birinə yaxın ərazidə yerləşən kəndlərdir. Hər iki kəndin əhalisi vaxtilə «Hərzəni-ətiq», yəni «Qədim Hərzən» deyilən yerdən köçüb məskunlaşanlardır. Bəzi mənbələrdə «Qədim Hərzən»in 5, bəzilərində isə 7 min ilə yaxın yaşının olduğu iddia edilir. Hazırda Hərzəndə əhali eynilə Şahtaxtının qədim sakinləri kimi, palçıq evlərdə yaşayır, əsasən heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Adətlərin çoxu isə, demək olar ki, eynidir. Məsələn, orada da, Şahtaxtıda olduğu kimi, sürüyə qoçqatma adəti böyük şadyanalıqla qeyd olunur… Eyni zamanda Hərzən ətrafındakı bir neçə yerin adına eynilə Şahtaxtıda və ona yaxın ərazilərdə rast gəlinir: məsələn, «İydəli Pir» Şahtaxtıda da var, Hərzəndə də; hazırda Şahtaxtının üst hissəsində «Gavurqala» deyilən yer olduğu kimi, eynilə Hərzənin də üst hissəsində «Gavurqala» mövcuddur...
Yeri gəlmişkən, uzun müddət ermənilər bu qalanın adındakı «Gavur» sözünün onlara xitabən deyildiyini iddia etsələr də, Hərzəndəki araşdırmalarımız zamanı öyrəndik ki, bu söz daha çox ərazinin müsəlmanlaşdırılmasından sonra dağlarda məskunlaşmağa məcbur olmuş «zərdüştilər»lə bağlıdır. Ümumiyyətlə, tarixi sənədlər Şahtaxtının istər birinci, istərsə də ikinci məskunlaşma dövründə bir nəfər də olsun burada erməni millətindən olan şəxsin yaşamadığını sübut edir. Şahtaxtı kənd əhalisinin 1831-ci il siyahısındakı 43 ailədən yalnız ikisi kürdmənşəli olub ki, onların da qarşısında xüsusi qeyd - «ömərilər» yazılıb.
Beləliklə, bizim araşdırmalarımız zamanı üzə çıxan faktlar göstərir ki, ən azı iki məskunlaşma dövrü keçən Şahtaxtı kəndinin əsas tayfaları İsa Sultanın törəmələri «Şahtaxtinskilər», “Böyük Seyid” Mir Abdulla Ağanın törəmələri olan seyidlər və Məhəmməd Rza bəyin başçılıq etdiyi Kəngərlilərin «Cəmşidli» qolu olub.
Daha bir maraqlı fakt isə hələ 1831-ci ildə kənddə yaşayan əksər ailə başçılarının və onların atalarının adlarının qarşısında «Məşədi» və «Kərbəlayi» sözlərinin yazılmasıdır. Bu faktın özü də bir daha onun təsdiqləyir ki, Şahtaxtı kəndinin ilk əhalisi Həzrəti Əli və onun övladlarına xüsusi ehtiramla, hörmətlə yanaşan kəsim olub...
Elxan Şükürlü
jurnalist-tədqiqatçı

m: http://virtualaz.org/medeniyyet/19964
Bir neçə saat xoşbəxt olmaq istəyirsənsə, balıq ovuna get... Bir neçə gün xoşbəxt olmaq istəyirsənsə, tətilə get... Bir neçə ay xoşbəxt olmaq istəyirsənsə, evlən... Ömür boyu xoşbəxtlik üçün isə, işini çox sev!
Yağış yağır... Qış yağışı...
Bu elə Yapışdır ki, qışda etdiklərin bütün pislikləri yuyacaq... Amma unutdurmayacaq. lazımdır köhnə dost, tanışlarla vaxt keçirmək. Onların dərdlərini öyrənmək. Öz derdlerivi danışmaq.!
Inci qəlbli insanlara yaxşılıq etmək.
Fəxriyyəsi zəif olan insanlara arxa dayaq durmaqdir.
Iller kecsede unuda bilməyəcəyin insanlar vardır ki, o insanlar səni heç yadında salmayacaq. Vaxt keçirtməyə dəyməz! Iş görmək lazımdır.
10.02.14
Salam əziz oxuyucularım. indi sizlərə Google Playda olan pullu oyun və proqramları necə pulsuz və təhlükəsiz endirmək olar, onu öyrədəcəyəm.
1. Bizə normal kompyuter lazımdır. Onuda qeyd edim ki, Android tipli telefonunuzla da bunu etmək mümkündür. Ancaq rahat olsun deyə dediklərimi kompyuterdə icra etsəniz daha effektli olar. 
2. Google Playda tapdığımız hər hansı Pullu proqram və ya oyunun adını Google Playda  tapıb onun Adını bir qıraqda saxlayırıq. Mən indi pullu bir proqramı endirmənin necə olduğunu öyrədəcəyəm:

şəkli böyütmək üçün üstünə tıklayın...

Bu şəkildəndə göründüyü kimi lazım olan proqramı tapdıq. proqramın adın kopyalayıb bu sayta daxil oluruq: http://apkgalaxy.com/.

Və orda aşağıdakı şəkilə uyğun birinci, reklamı bağlayıb. Sonra axtarış bölməsində bizə lazım olan proqramın adını ora yazıb, ENTER daxil edirik.

ENTER daxil etdikdən sonra, aşağıdakı şəkildəki axşarış nəticəsində OX ilə göstərdiyim ən yuxarıdakı proqram linkinə daxil oluuq.

Yuxarıdakı linkə daxil olduqdan sonra, yeni səhvənin aşağısına enin. Endikdə aşağıdakı linklər görünəcək:

Linklərdən ən birinciyə və ya alternativlərinə daxil olduqdan sonra, aşağıdakı səhvə açılacaq.
Mən birinci linkə daxil oldum...

Göstərdiyim linkə daxil olun və proqramın .APK formtında endirin. Kompyuterə və ya telefonunuza... Proqramın yünklənməsi isə isə qalıb. Çox asand olduğu üçün onu deməyəcəm.

İndi mən sizə ancaq bir saytdan pulsuz endirməyi dedim. ANcaq android üçün NETdə 100lərcə vebsayt var. Onlardan da endirmək anasddır. mən bu yazımı bu işdə heç sərişdəsi olmayanlar üçün yazmışam və yaxında Android üçün lazımlı saytların siyahısını yazacağam... 

Yeri gəlmişkən saytın ANDROİD proqramını endirib işlədə bilərsiniz. ENDİR

Bu qədər... Salamat qalın!!!










Bəzən fikrim çox yayınır, ətraf aləmdən tcrid olurmuş kimi. Yanımdakılar mənə səslənsədə eləbil eşitmirəm, eşidəndədə
-Hə Nə? kimi suallar verirəm. Yanımdakı yenə unutdun hə deyir və mən
-Unutdurmayan, unudulmuru dostum. deyərək həyatıma qaldığım yerdən davam edirəm. Dostlarımın bu sözlərdən heçnə anlamadığını bilirəm ancaq yenədə Gərcəklik və Xəyal,  Həqiqət və Məcazilik arasındakı fərqləri anlamaq üçün beynimdə fırtınalar edirəm.
Soruşa bilərsiz ki, Həqiqət və Məcazilik nədir?
Məcaz - Sən və Mən, Mən və Dostlarım. Biz bir yuxuyuq, hamımız bir yuxuyuq. Ölən kimi oyanırıq və onda Həqiqət başlayar. Birdə ölmədən öncə ölənlər var ki, onlar üçün Həqiqət bu dünyadan başlayır.
Soruşa bilərsiz ki, O zaman Həqiqəti axtarmaq ölməyi istəməkmidir?
Yox dostum, ölməyi istəmək olmaz! Ölmədən öncə ölməyi istəmək olar. Ölmədən öncə ölməyi istəməksə, fani olana bağlanmamağı öyrənməkdir. Buda SEVGİ dir. Yəni ölümsüz olmaqdır.
Soruşa bilərsiz ki, Mənim sevgilimə bağlanmam məcazdır?
Bəli! sadəcə məcaz.
Soruşa bilərsiz ki, Yəni gərcək deyil.?
Sonlu olan, fani olan heçbirşey gərçək deyildir.
Soruşa bilərsiz ki, ama niyə mən sevgilimi həyatımın ən gərçəyi kimi hiss edirəm.
Bax elə məcazında böyük fintəsidə burdadır dostum. Özünü Həqiqətin özü olaraq göstərir. Biz gərçək deyilik dostum. Biz gərçəyin surətləriyik, yansımalarıyıq. Böyük danışmamq lazım deyil.
Soruşa bilərsiz ki, Həqiqəti mənmi sevdim? 
Həqiqəti sənə sevdirən kimsə, gərçək yalnızca odur. Ona aşiq oluncaya qədər daha çoox məcaz yaşayarsan.

İH / Kharkov / 25.12.2013
 İndicə bir yaxşı filmə baxdım. Film, film dedikdə çox güman ki, ağlınıza romantika və melodramma gəlir. Ancaq bu filmdə həm dram həm romantika həmdə hər şey var idi. Filmə baxdım və çox şey öyrəndim. yadıma bəzi həyatımda etdiyim yalnış və düz əməllərim düşdü. İçicmi çəkərək, düzələr deyib o əsrarəngiz filmə baxmağa davam etdim. Filmim hansı film olduğunu deməmişdən qabaq onu deyə bilərəm ki, filmin əsas qəhramanı cansız ROBOTdur. Bəli robot!
O robot ki, hissləri var. O robot ki, ağlı ilə hərəkət edir, istədiyini icra edir. Düzdü 1999cu ilin fantastik filmi olmağına baxmayaraq, çox düşündürücü filmdir.
İndi gələk filmin məndə oyatdığı təsuratlara:.
1. Sevgi! biz insan ola ola bir sevgini qoruya bilmirik, ən azından mən. ancaq bir robot sevdiyi qızdan yana ölümü gözə alır. hansıkı 200 il robot kimi yaşayıb və sonsuza kimi qocalmadan, ölmədən yaşaya bilər. ama bu robot insan olmağı, hiss etməyi, ölməyi seçir
2. İnsanara qarşı sadiqliyi və dürüstlüyü! Martin adlı robotumuz yalan danışmağı bacarmır. ancaq yalanıda sevmir. Ancaq biz insanlar yalan danışıb, yalanı sevirik. Düzdü məndə yalanı sevmirəm, ancaq hərdən danışdığım olur. Bax elə sənin kimi!
3. Filimdən çıxartdığım nəticə: 
3.1. Həyatımda indi tanıdıqlarımnan başqa yeni tanışlıqlara qadağa.
3.2. Kürəyimi divardan başqasına dayamamaq.
3.3. Sevgi dediyin şeyə inanmamaq, çünki başımı çox ağrıtdığı kimi, fərdlər arasında problemlərədə səbəb olur.
bu qədər. ancaq filmin izləmə linklərini aşağıda paylaşım sizdə baxın deyə.

RUSCA dublaj HD720p: http://goo.gl/zj6cQy

Türkcə dublaj HD720p: http://goo.gl/ej8WF0

Film haqqında: http://tr.wikipedia.org/wiki/Robot_Adam

23.12.2013 / kharkov/ IH




Bir avtobus dayanacağında qarşılaşmışlar idi ilk dəfə… Biri tibbdə oxuyurdu, o birisi memarlıqda. O ilk qarşılaşmadan sonra, bir daha, bir daha, bir daha, daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər. Gənc idilər, çox gənc… Bir-biriləriylə danışacaq cəsarəti tapmaları bir az zaman aldı. Amma nəhayət bacardılar. İkisi də hər səhər avtobusa mindikləri səmtdə yaşamırdılar əslində. Qarşılaşdıqları ilk səhər cavan oğlan dotsugildə qaldığı üçün o dayanacaqdan minmişdi avtobusa, qız isə bacısıgildə qaldığı üçün...
Sırf bir-birilərini görə bilmək üçün, hər səhər tezdən evlərindən çıxıb, şəhərin o biri ucundakı o dayanacağa, onların dayanacağına gəldiklərini, gülərək etiraf etdilər bir müddət sonra...
Universitetlərini bitirdikdən sonra dərhal evləndilər. Xoşbəxt idilər həm də çox xoşbəxt… Bəzən işsiz, bəzən pulsuz qaldılar amma elə möhkəm birləşmişdi ki ürəkləri və əlləri, hər bir şeyi əhəmiyyətsiz hesab etdilər. Ayın sonunu çətin gətirdikləri günlərdə də məşhur bir həkim və məşhur bir memar olduqlarında da həmişə xoşbəxt idilər. Zaman parçalamasına uğrayan, vərdişlərə məğlub olan, bank hesabında pul qalmadığı üçün ya da tam tərsinə o hesabı daha da qabarıq hala gətirmək uğuruna bitib-tükənən sevgilərdən deyildi onlarınki… Heç bir şey onların sevgisini azalda bilmirdi… 
Günlər günləri, illər illəri qovduqca sevgiləri də böyüdü, böyüdü… Tək əskikləri uşaqlarının olmaması idi. Çətin bir müalicə müddətinə baxmayaraq uşaq sahibi olmayanda, «bütün xoşbəxtliklərin bizim olmasını gözləmək, eqoizm olar» deyərək davam etdilər həyatlarına. Uşaq yerinə, sevgilərini böyütdülər… «Sənin üçün ölərəm» deyərdi qadın, sıx sarılıb sevdiyinə və sevdiyi; «Xeyr, mən sənin üçün ölərəm» deyə cavab verərdi həmişə...
Qadın bəzi zamanlar evə gəldiyində, aynanın üzərində bir yazı görərdi, «Bir dənəm, kitabxananın ikinci rəfinə bax...» Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı; «Mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi əsla unutma.» Mətbəxdəki masadan, salondakı rəfə sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, sonunda bəzən bir dəstə çiçək, bəzən ən sevdiyi şokoladlar, bəzən də bahalı hədiyyələrlə qarşılaşardı… Aldığı hədiyyənin nə olduğu əhəmiyyətli deyildi onsuz da...
Həyat nə qədər sürətli axsa da, işləri nə qədər çox olursa olsun həmişə bir-birlərinə ayıracaq zaman tapırdılar tapmasına amma 40 yaşların ortalarına gəldiklərində, daha az işləməyə qərar verdilər. Kişi, xəstəxanadan ayrıldı və müayinəxanasında xəstə qəbul etməyə başladı. Qadın da memarlıq bürosunu bağladı və yalnız xüsusi proyektlərdə vəzifə götürdü. Artıq daha çox birlikdə ola bilirdilər.
Bir gün sahildə gəzərkən qadın, üzərində “satılır” lövhəsi asılı olan xarab vəziyyətdə bir ev gördü.
«Necə düşünürsən, bu evi alaqmı?» dedi yoldaşına. «Bu viranəni yıxdırar, möcüzə bir ev edərik. Proyekti beynimdə çəkdim artıq. Böyük terası olan, qağayıları nahara dəvət edəcəyimiz bir dəniz evi edək buranı...»
«Sən istəyərsən də mən heç yox deyə bilərəmmi?» deyə cavab verdi yoldaşı. «Amerikadakı tibb konqresindən qayıdan kimi əlaqə saxlayacam əmlakçıyla… Nə qədər pul olursa olsun, bura bizimdir artıq...»
Amerikaya gedərkən yalnız bir həftə ayrı qalacaqlarını bildikləri halda, hər ikisi üçün ayrılmaları çətin oldu. Hər gün, hər saat danışdılar telefonla…
Gözyaşları içində qucaqlaşdılar hava limanında..
Gözyaşları içində qucaqlaşdılar hava limanında.

Lakin bir neçə gün sonra… ərində bir qəribəlik olduğunu hiss etdi qadın. Əvvəlki qədər xoşbəxt görünmür, danışmaqdan qaçınırdı. Onu sevindirmək üçün, sahildəki evi xatırlatdı və çəkdiyi proyekti verdi qadın amma heç gözləmədiyi bir cavab aldı: «Canım, o ev bizim büdcəmizi aşır. Sən ən yaxşısı o evi unut...»

Bədbəxtlik, xoşbəxtliyin dadına alışmış insanlara daha da ağrılı, daha da çəkilməz gəlir. Qadın, heç bəyənmədi bu gözlənilməz qonağı. Dərdini söyləməsi üçün yalvardı adama. «Bilirsən ki, sənin üçün ölümə də gedərəm… nə olar izah et» deyə dil tökdü boş yerə...
İllərdir sevdiyi adam, laqeyd və sevgisiz biriylə əvəz olunmuşdu sanki. Ona çatmağa çalışdıqca, beton divarlara dəyirdi qadın, hər dəyəndə də daha çox aldanırdı ürəyi...
Bir gün, uşaqlığının, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi rəfiqəsinə ürəyini açarkən; «Artıq dözə bilmirəm, sənə danışmaq məcburiyyətindəyəm» deyə sözünü kəsdi yoldaşı: «O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta. Sonra qucaqlaşıb minirlər avtomobilə...»
«Sus, sus tez, eşitmək istəmirəm bu yalanları» deyə qışqırdı qadın. Neçə illik rəfiqəsini, onu qısqanmaqla günahlandırdı...
Sabahısı gün, günorta vaxtı o restoranın dərhal qarşısına səssizcə gəldi və pəri nağıllarının, yalnız nağıl olduğunu anladı… Ərinin köhnədən eyni xəstəxanada işlədiyi gənc uşaq həkimini dərhal tanıdı. Ərinin bəzən evlərində qonaq etdikləri bu qadını necə qucaqladığını gördü...
Axşam əri evə gələn kimi, gah qışqırıb, gah ağlayaraq, gah ona sıx sarılıb gah da yumruqlayaraq qışqırdı sifətinə hər şeyi. İnkar etmədi əri… Zamanla duyğuların dəyişə bildiyi, insanların orta yaşa gəldiklərində fərqlilik axtardığı kimi bir şeylər söylədi ağızında və çamadanını götürüb getdi evdən. Qapıdan çıxarkən, «son bir dəfə qucaqlamaq istəyərəm səni» demək istədi amma qadın, «rədd ol» dedi nifrətlə...
İlk məhkəmədə boşandılar… Müasir bir eşq hekayəsinin belə sona çatmasına kimsə inana bilmədi. Dostlarının dəstəyiylə ayaqda qalmağa çalışdı qadın. Keçmiş ərinin, sevgilisiylə birlikdə Amerikaya köçdüklərini öyrəndi. Bəzən tək qaldığında, onu hələ sevdiyini hiss edincə, sevgisinin yerini ən az onun qədər qüvvətli bir duyğu olan nifrətin alması üçün dua edirdi.
Aradan bir il keçdi… Hər şeyin dərmanı olduğu deyilən zaman belə, qadının dərdinə çarə ola bilməmişdi. Bir səhər, israrla çalan zəngin səsiylə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü.
«Sən, bura nə yüzlə gəlirsən» deyə qışqırmaq istədi amma səsi çıxmadı. 
«Xahiş edirəm, içəri girməyimə icazə ver, biz mütləq danışmalıyıq.» dedi gənc qadın.
Divana əyləşdi və çətin eşidilən bir səslə danışmağa başladı:
«Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf edirəm… amma o 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqres əsnasında öyrəndi xəstəliyini və təxminən bir illik ömürü qaldığını… Buna dözə bilməyəcəyini, həmişə söylədiyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün, məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanı yaydı. Halbuki ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə görür və xilas olacağına inanırdı amma olmadı. Gecə halı pisləşibmiş, baxıcısı məni axtardı, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi...»
Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi qadın. Dərhal ordaca ölmək istəyirdi. Əlinə alovlandırılan qutunu açmağa başladı. Etinayla dözmüş bir çox kağız dayanırdı qutuda. İlk kağızda,
«Xahiş edirəm bütün qeydləri sırayla oxu birdənəm» yazırdı..
Sırayla oxudu;
«Səni çox sevdim
Səni sevməkdən heç vaxt bezmədim,
Sənin üçün ölümə gedərəm deyərdin həmişə, doğru söylədiyini bilirdim.
Lakin mənim üçün ölməyini istəmədim.
İndi mənə söz verməyini istəyirəm. Mənim üçün yaşayacaqsan, razılaşdıqmı?»
Son kağızı əlinə alarkən, qutuda bir açar olduğunu gördü qadın… Və son kağızda bunlar yazılı idi:
«Sahildəki evimizi sənin çəkdiyin proyektə görə tikdirdim. Böyük terasta qağayılarla nahar edərkən, mən həmişə səni seyr edəcəyəm...»

Qeyd: Gözlərnizin yaşaracağına əminəm. Rəy yazmağı unutmayın!

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X