Kəşflər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Kəşflər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

İllər öncə axırıncı yazımı yazdım və illər sonra bu yazım.
İnsanlar üçün cənnət anlayışını az-çox hamımız bilirik. Belə ki, bəzi dinlərdə olduğu kimi İslamdada cənnət anlayışı belədir:

Orda Allahdan istədiyin hər şey sənə anında tədarük olunur, istədiyin xırda pişik sığallamaqdırsa Allahdan istəyirsən və o sənə onu verir. Hər şey limitsiz olaraq sənin bu dünyadakı dindarlığınla qazandığın nemətlərdir. Bu hissəyə diqqət edin. Dindarlıq vəya İslama bağlılıq cənnətə gedən yol kimi sayılır. Bu mözuya qayıdacağam.

İndi isə bu mövzunun açar nöqtəsi olan yüksən texnalogiya ilə cənnətin əlaqəsini sizlərə çatdırmaq istəyirəm. Mən illərdir yüksək texnalogiya, İT sferasında olan kəşflər və yeniliklərlə dərindən maraqlanıram və illərdir bir xəbəri belə olsun qaçırtmamışam. Bu haqqda yazılan yazılar, məqalələr və jurnalları daima izləmişəm. Və bu qənaətə gəldim ki, gələcək texnalogiyalar cənnəti hamı üçün əlçatan edəcək və heç dindarlığa ehtiyac qalmayacaq.

Əgər insanların texnalogiya ilə dirilməsi və dondurulmuş milyonerlər haqqında xəbərləri oxumusuzsa onda bu dediyim tam üstünə düşür. 2015 cü ildə Amerika alimləri yeni bir ideya ortaya atdı, beləki beyni ölmüş insanın dəyişən və zənginləşən texnalogiya ilə 2150 ci illərdə virtual olaraq beyinin canlandırlıacağını həmçinin o ölmüş beyinin robot bədənə birləşdirilərək bizim kimi fiziki bədənə sahib ola biləcəyi haqqda teorem ortaya atdılar. Və buda bəzi milyonerləri bu mövzuda düşündürdüyü üçün pullar ayırdılar və ilk müştərilərinin özləri olma şansını əldə etdilər. Hal-hazırda DeepWeb qaranlıq forumlarından əldə etdiyim məlumatlara görə 80 nəfərdən çox tanınmış və tanınmamış milyoner və milyarderin başı dondurulub və oyanmağı gözləyir. Həmçinin bu gün bu mövzuda qanuni şəkildə Yaponiya və Amerika alimlərinin ölmüş insanlar üstündə bu testləri apardığı bilinməkdədir.

Bu fikir məni düşündürdü və texnaloji fantastika sevdiyim üçün virtual cənnət fikri məntiqli göründü və ona görədə bu yazını yazmaq fikrinə düşdüm. Mənim fikrimcə bu belə olacaq. Bu donmuş başlar bu cənnətin içində yer aldığı kimi, yeni ölmüş insanlarda bu cənnətdə yaşaya biləcək və bunun üçün dindar olmaq bir rol oynamayacaq, pulu olan öldükdən sonra bu cənnətdə yaşaya biləcək. Yuxarıda bu haqqda danışacağımızı demişdim =)
Bildiyiniz kimi, hər bir texnaloji yenilik üçün bu cür şirkətlərə resurs lazımdır yəni maddi dəstək. Bu cənnətin test versiyasını hazırladıqdan sonra hər bir insan bunu beş dəqiqəliyinə yoxlaya biləcək və ölməmişdən qabaq virtual cənnətdə olmaq üçün qabaqcadan pul ödəyəcək.
Bəs virtual cənnət nə olacaq? necə olacaq? nə ilə fərqlənəcək?

Bu sualın cavabı dövrümüzə və gördüklərimə görə dəyişə bilər. Bugünkü dövr üçün mənim fantaziyam belədir:
GTA oyununu xəyal edin, hansıki ürəyiniz nə istəyir onuda edirsiz. Bax cənnənt tam mənasında elə olacaq, ancaq siz öz fiziki bədənizinizi oyunda hiss edəcəksiniz eyni ilə minlərlə hətta milyonlarla insan bunu  sizin kimi hiss edəcək, və həmçinin eyni dünyada yaşayacaqsınız. Belə düşünürəm ki, tam olaraq virtual dünya inşa ediləcək, evlər, yeməklər, yaşam tərzləri, şəhərlər və s. İnsanlar nə istəsə olacaq, əgər bir maşını vurmusansa bir göz qırpımında o düzələcək oda sənin istəyinlə olacaq. Düzəlməyədə bilər.
Ölmüş Alim və Yazarlar öldükdən sonrada problemsiz və xəstə olmadan həyatlarını bir CLOUD*un içində yaşadıqları üçün onların hər növ labaratoriyaları var olduğuna görə, cənnətdən belə öz dünyamıza kəşflər, yeniliklər edəcək. Belə ki, Xlor qazı bu dünyada insanı zəhərləyib öldürə bilər, ancaq orda ölmək və zəhərlənmək funksiyası olmadığı üçün yeni kəşflərin surəti ikiqat artacaq. Həmçinin orda mentallitet anlayışıda olmadığı üçün, istədiyiniz adamalarla yaşaya, evlənə tanış ola həmçinin cinsi əlaqədə ola biləcəksiniz. Bu dünyada istəmədiyiniz adamları isə blok etdiyiniz üçün o dünyada o var olsa belə sizin qabağınıza çıxmayacaq, dəlicə səsləndiyinin fərqindəyəm.

   Əgər sizin və qohumlarınızın virtual cənnətə getməmişdən qabaq qarşılıqlı razılığı olarsa, siz Skypeyə oxşar bir proqram vasitəsi ilə ordan bura əlaqə saxlaya bilər və həmçinin yaşayan qohumlarınızı yanınıza dəvət edə bilərsiz, hansıki müvəqqəti verilmiş vaxtda yaşayan qohumlarınız yanınıza gəlir və qayıdır. Belə düşünürəm ki, o dünyada pul və buna bənzər dəyərli şey, şirkətə verdiyiniz xeyir olacaq. Məsələn, proqramçısınızsa sistem içində səhvləri tapıb GTA oyunundakı kimi xal yığıb və bu xalları cənnətin yeni əlavə olunmuş şeylərindən istifadə üçün xərcləyə bilərsiz. 

   Alim vəya Yazarsızsa yeni kəşflər edin, bu dünyada tətbiq olsa, yazınız bu dünyada rəğbət görsə xal qazanırsız. Hətta xalı bu dünyadakı qohumlarınızın hesabına pul olaraq köçürə bilərsiz.
Qısa deyişlə, bu virtual cənnətdə bacarmadığınız və edə bilmədiyiniz hər şeyi edə biləcək, olmadığınız ölkələrdə bir göz qırpımında olacaq və gəzəcəksizniz.
Cənnət daxilində nəzarətçilər olacaq dini terminlə mələklər. Bu nəzarətçilər sorğu aparacaq, səhvləri düzəldəcək, cənnətdən bezənləri seçmə kimi funksiyaları olacaq. Bu kimi halları cənnətin yaradıcısına bildirəcək. Yəni şirkət proqramçılarına.
Bax bu məsələnin kritik vəya böhran nöqtəsi o olacaq ki, biz ağıllı yaradılış olduğumuz üçün belə virtual olsada hərşeyə sahib olduğumuz üçün bezə bilərik. Bununda qarşısını almaq üçün, biz belə proqramlanacağıq. Məsələn 22 yaşında cənnətdə doğulacağıq 30 yaşında bizə reset atılacaq və yenidən 22 yaşından sıfırdan başlayacağıq. Əvvəlki həyatlarımızdan xəbərimiz olmayacaq, çünki beynimiz kodlarla və kodlu əmrlərlə yaşadığı üçün belə olmağı şərt olacaq.
  Eyni vaxtda milyonlarla, ayrı həyat axışı və lentaları olacaq.

·        * CLOUD – yuxaıda qeyd etdiyim BigCloud texnalogiyası deməkdir, böyük severlərdə məlumatın saxlanması üçün yaradılmış texnalogiyadır. Hal-hazırda bunun misalı olaraq DropBox, Google Drive və buna bənzər servisləri göstərmək olar. Cloud sözünün mənası Buluddur və Cənnət də bulutların üstündə deyə bilirik.

Xoşbəxt olun, əziz oxuyucularım


Tanınmış araşdırmaçı-jurnalist Elxan Şükürlü Naxçıvanın tarixi yerləri ilə bağlı keçirilən yazı müsabiqəsində iştirak etmək üçün Naxçıvan MR-in Kəngərli rayonundakı Şahtaxtı kəndi barədə olduqca maraqlı bir tədqiqat aparıb və onun əsasında hazırladığı geniş materialı virtualaz.org saytına göndərib.
Maraq doğuracağını nəzərə alaraq ciddi elmi dəlil və mülahizələrə əsaslanan həmin məqaləni oxucularımıza təqdim edirik: 
Azərbaycanın ayrılmaz, füsunkar guşələrindən olan, “Böyük İpək Yolu”nun üzərində strateji mövqeyə malik qədim türk yurdu Naxçıvan təkcə zəngin keçmişi və mədəniyyəti ilə deyil, həm də tarixin ayrı-ayrı dönəmlərində öz fərdi keyfiyyətləri, nüfuzu sayəsində bütövlükdə hadisələrin axarını, istiqamətini dəyişəcək şəxsiyyətlər – sərkərdələr, ictimai-siyasi xadimlər, övliya və ruhanilər, elm, sənət adamları yetişdirməsiylə fərqlənib, diqqət çəkib. Heç uzağa getmədən, ən yaxın və müasir tariximizdə Naxçıvan bölgəsində doğulan bir çox insanın Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında oynadıqları fəal rola, idarəetmədə tutduqları üstün və təsirli mövqeyə ötəri baxmaq kifayətdir ki, deyilənlərin faktların diliylə gerçəkliyi nə dərəcədə əks etdirdiyi aydınlaşsın.
Əlbəttə, Azərbaycanın hər bir qarış torpağı və damarında azərbaycanlı qanı axan, Vətənimiz üçün azacıq xidməti olan bütün insanlar bizim üçün əzizdir, doğmadır və biz heç də hansısa bölgənin adamlarını xüsusi fərqləndirmək, ayrıca götürərək fövqəladə qabiliyyət sahibi kimi təqdim etmək niyyətində deyilik. Əksinə, Azərbaycanın bölgələrində olan fərqlilik və oxşarlığa böyük sərvət, milli dəyər, gözəl bir tabloya ahəng gətirərək onu tamamlayan çalarlar kimi yanaşır, bununla qürur duyuruq. Ancaq danılmaz həqiqətdir ki, müəyyən tarixi, iqtisadi və təbii amillərin, həmçinin məşğuliyyətin təsiriylə hər bir bölgənin insanlarının ümumiləşmiş xüsusiyyətləri formalaşır və bu, onların məişətinə, ictimai həyatına çox ciddi təsir göstərir. Bu baxımdan, inkarolunmaz faktdır ki, əslən Naxçıvandan olan insanların passionarlığı, ictimai-siyasi həyatda aktivliyi, xüsusən də konfliktli situasiyalarda mübarizliyi artıq əksəriyyətin şüurunda fomalaşmış ümumi bir fikir və qənaət halındadır.İnsan xarakterinin formalaşmasında təbiətin rolunu əhəmiyyətli sayan alimlər bu halı daha çox təbii-coğrafi  amillərlə – xüsusən Naxçıvanın malik olduğu iqlim şəraiti ilə izah edir,Naxçıvanda doğulub boya-başa çatan şəxslərin passionarlığını, dinamikliyini, ictimai-siyasi mühitdəki fəallğını da məhz bununla bağlayırlar. Onlar hesab edirlər ki, Naxçıvanın kəskin kontinental iqlim tipinə malik olması, üstəlik, yerləşdiyi coğrafiya – daim xarici təhdidlərlə üz-üzə qalması və bu şəraitin doğurduğu özünümüdafiə instinktinin güclülüyü, istər-istəməz, burada doğulan və yaşayan insanların həyat tərzinə təsir göstərərək, mütləq şəkildə xarakterlərində öz əksini tapır. Xarakter isə insan taleyini müəyyənləşdirən ən əsas şərtlərdən biri və bəlkə də, birincisi sayılır...
Təbii-coğrafi amillərə paralel olaraq, başqa bir önəmli xüsusiyyət odur ki, Naxçıvan həm də qədim ənənələri olan və uzun müddət bu ənənələri qoruyub saxlayan, ən qiymətli sərvət kimi birindən digərinə ötürən tayfa və nəsilllərin yaşadığı, məskunlaşdığı bir məmləkətdir. Bu gün Naxçıvanda onlarla, yüzlərlə ailə var ki, əsrlərin sınağından, tarixin ən qalmaqallı, keşməkeşli dövrlərindən alnıaçıq, üzüağ çıxaraq, həm öz qan təmizliyini, gen bağlılığını qoruyub saxlayıb, həm də o dövrlərin yaddaşına çevrilərək, öz adət və ənənələri, məişətləriylə tarixi yaşadıb canlı salnaməyə çevriliblər.
Xalqlarda olduğu kimi, tayfa və nəsillərdə də belədir: adətən, ənənələrini, dəyərlərini yaşadanlar və nizamlı həyat tərzi sürənlər möhkəm xarakterə malik olurlarsa, nəinki tarixin amansız burulğanında itib batmır, özlərini qoruyub saxlayırlar, həm də bütövlükdə kütlənin, cəmiyyətin lokomotivinə çevrilərək, daim ön cərgədə, aparıcı statusda olurlar. İstər yəhudilərin, istər ingilislərin, istər yaponların, istərsə də çinlilərin nümunəsindən bunu aydın görə bilərik – adıçəkilən xalqların hər biri məhz öz ənənələrini yaşatdıqlarına və nizamlı həyat tərzlərinə görə daim öndə olmağı bacarıblar…
Bəlkə də elə ənənələrinə, dəyərlərinə ifrat sadiqliyindən və onların uğrunda sonadək çarpışmaq xüsusiyyətinə malik olmasındandır ki, Naxçıvan bölgəsi həm də dünyanın ən böyük və sonuncu dini sayılan İslamın çox dərin kök atdığı, ümumlikdə İslam ideyalarının geniş yayıldığı və xüsusən də Məhəmməd Peyğəmbərin (s.) əmisi oğlu və kürəkəni Həzrəti Əlinin tərəfdarlarının sıx məskunlaşdığı, sığındığı məkan olub. Mistikaya inananlar hətta bunu Naxçıvanın«müqəddəs torpaq»,«svilizasiyanın ilk məskəni» olmasıyla da izahlayır, bölgəni «ilahi enerjidən qidalanan müqəddəs məkan»lardan biri kimi xarakterizə edirlər. Son vaxtlar Nuh peyğəmbərin gəmisinin qalıqlarının və məzarının məhz Naxçıvanda tapılması faktı isə bölgəni «seçilmiş müqəddəs məkan»lar kateqoriyasına daxil edən tədqiqatçıların fikir və mülahizələrini bir qədər də möhkəmləndirib, onları öz qənaətlərində daha da israrlı olmağa stimullaşdırıb.
Elə aşağıda yazacaqlarımız da bu Müqəddəs Diyarın sayılıb-seçilən, qoca tarixin amansız dönəmlərində itib-batmayan, öz adət və ənənələrini qoruyub saxlayaraq günümüzədək gətirib çıxaran, maraqlı hadisələrə şahidlik etməklə Naxçıvanın İslam dəyərlərinin təbliğində tutduğu çox önəmli rola işıq salan və həm də Azərbaycana bir neçə tanınmış, nüfuzlu şəxsiyyət bəxş edən böyük bir yurd yeri - Naxçıvan MR, Kəngərli rayonunun Şahtaxtı kəndi haqda olacaq.
«Şahtaxtı» nə deməkdir?
Şahtaxtı kəndi tarixən Naxçıvandan İrana, İrandan Naxçıvana gedib-gələn qədim karvan yolunun üzərində yerləşən əsas məntəqələrdən sayılıb. Üzərində taxta və dəmir körpülər tikilənədək, at və dəvə karvanları Araz çayının məhz bu hissəsindən – indiki Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə adlayar, o tay-bu taya keçərmişlər.Kəndin yaşlı nəsil nümayəndələrinin söylədiklərinə görə, TürkiyəninBingöl dağlarından, təxminən, 3 min metr yüksəklikdən başlayanAraz çayının suyu Şahtaxtının cənubundan keçən hissəsində aramlaşar, xüsusən yay və payızın ilk ayında isə heç atların dizlərinə də çatmazmış.
Şahtaxtının ibtidai insanların məskən saldığı ən qədim yaşayış məntəqələrindən biri olması ehtimalı 1936-cı ildə arxeoloq Ələsgər Ələkbərov, 1979-1989-cu illərdə isə tanınmış arxeoloq, fəsəfə elmləri doktoruQəhrəman Ağayev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı (2006-cı ildən qazıntılar yenidən bərpa olunub) konkret dəlil-sübutlarla təsdiqlənib. Aparılan bu tədqiqat işləri barədə elmi ədəbiyyatdageniş bəhs edildiyindən, təkrarçılığa yol verməmək məqsədiylə bu haqda danışmayacağıq. Bizim üzərində dayanmaq istədiyimiz məsələdaha çox «Şahtaxtı» adının mənşəyi və bu kəndin əsasını qoyan tayfalarla bağlıdır. Çünki vaxtilə bir ucu Araz çayına gəlib dirənən və «Qarahasar» deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəninin sonralar niyə «Şahtaxtı»adlandırılması haqda o qədər də səhih olmayan məlumatlar yayılır ki, bu da mühüm tarixi hadisələrin üzə çıxmasına imkan vermir.
Hazırda yerli əhali arasında “Şahtaxtı” adının meydana çıxması ilə bağlı bir neçə maraqlı rəvayət, elm adamlarının, ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların əsərlərində isə konkret fikir və mülahizələr var. Məsələn, Şahtaxtıda daha çox yayılmış rəvayətlərdən birində deyildiyinə görə, bu ad kəndə Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı ələ keçirən İsmayıl, Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin Naxçıvana 30 min nəfərlik qoşunla yürüş etdiyi xəbərini alır və dərhal özünün 7 minlik seçmə qızılbaş süvarisiylə Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtıya yaxın yerdə- «Şərur düzü»ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib gəlirlər və bununla da qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Arazı keçərək Təbrizi tutan qızılbaşlar İsmayılı taxta çıxararaq, onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar.
Şahtaxtıda əsrlərdir dildən-dilə keçən bir rəvayətə görə, İsmayıl Şirvandan Naxçıvana gələndə və «Şərur düzü»ndəki qələbəsindən sonra Şahtaxtının kənarında indi «İydəli Pir» adlandırılan, əsasən iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar «Şahı taxta çıxaran yer» - «Şahtaxtı» adlandırılmışdır…
Başqa rəvayətlər isə Şah Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə bağlıdır. Demək olar ki, hər üç şahla bağlı rəvayətlər mahiyyət etibarilə eyni məzmunu ifadə edir və kəndin adı da “şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması” ilə izah olunur.
Tədqiqatçılar - Naxçıvan ərazisinin toponimlər sistemini araşdıran AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun «Onomastika» şöbəsinin müdiri, filologiya elmləri doktoru hörmətli Adil Bağırov«Naxçıvanın oykonimləri» adlı kitabında Şahtaxtı kəndinin həm xalq, həm də elmi etimologiyasını verib. O, xalq etimologiyasında «Şahtaxtı» sözünün «şahın taxtı», «şahın oturduğu yer» mənasında işləndiyini, elmi etimologiyada isə«hündür, uca yer» anlamını verdiyini yazıb. Tanınmış alim Q.Qeybullayevin «Şahtaxtı» sözünün farsca «şah» və Azərbaycanca «taxt» sözlərinin birləşməsindən əmələ gələrək «dağ döşündə çıxıntı»«dağ döşündə düzənlik» kimi işləndiyi fikrinə istinad edən hörmətli Adil Bağırov yekunda özünün «hündür yerdə olan taxt, düzənlik» variantı üzərində dayandığını qeyd edib. O, fikrini belə əsaslandırıb ki, «Əlincəqala»nın zirvəsindəki düzənliyə də «Şahtaxtı» deyilir (aşağıda “Əlincəqala”dakı yerlə bağlı məqama da aydınlıq gətirəcəyik- E.Ş.).
Digər tanınmış alim - hörmətli akademik Hacı Qadir Qadirzadə isə Babək rayonunun Cəhri kəndində «Şahtaxtı» adlı yerin olduğunu və Cəhridəki yerin daha çox Nadir şahın burada daş üzərinə çıxıb qoşununa müraciət etməsiylə bağlırəvayətəəsaslandığınıyazıb.
Azərbaycandakı yer və tayfa adlarının mənşəyindən bəhs edən üçcildlik topluda da «Şahtaxtı»nın izahı «dağ döşündə düzənlik» kimi verilib - baxmayaraq ki, ərazini yaxşı tanıyanlar Şahtaxtının heç də dağlıq ərazidə yerləşmədiyini, daha çox maili təpəlik üzərində qərarlaşdığını bilirlər.
Bəlkə də elə ziddiyyətli məqamların çoxluğundandır ki, nə «Şahtaxtı»nın «dağ döşündə düzənlik» kimi izahını verən tədqiqatçılar yazdıqlarının həqiqət olduğunda israr ediblər, nə də xalq etimologiyasına əsaslanaraq «Şahtaxtı»nın «Şah taxtının qurulduğu yer» mənasında işləndiyi arqumenti üzərində duranlar söhbətin hansı şahdan getdiyini dəqiqləşdiriblər. Halbuki, elmi mənbələrdə adları çəkilən şahların Qafqaz istiqamətindəki yürüşləri və düşərgə yerləri haqda kifayət qədər geniş məlumatlar, hətta xəritələr olsa da, hələlik onların sırasından yalnız Səfəvi Şahı İsmayılın «Şərur düzü»ndəki döyüş öncəsi Şahtaxtı kəndinə yaxın ərazidə düşərgə qurması faktı qeydə alınıb.
«Şahtaxtı» adının mənşəyi və tarixi haqda daha əsaslı, fundamental araşdırmalara aparıb çıxaracaq və indiyə qədərki rəvayətlərdən fərqli məlumata isə xüsusən İran tarixinin mükəmməl araşdırıcısı sayılan məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovun 1934-cü ildə yazılmış«Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar» kitabında rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu üzə çıxan K.N.Smirnov bu kitabında «Şahtaxtı» adının Şah İsmayıldan daha əvvələ – əsası XIV əsrdə qoyulmuş «Nemətullahi»təriqətinə mənsub dərvişlərə gedib çıxdığını və kəndin adının da məhz özünü «Şah» adlandıran dərvişin təkyəsinin burada yerləşməsi ilə bağlı olduğunu göstərib. O, həmçinin kəndin yanında «Şah bağı» adlı yerin və Arpaçayından Böyük-Düz istiqamətində «Şah arxı» adlı köhnə kanalın olduğunu da yazıb və bütün bunların hamısının eyni kökdən qaynaqlandığı fikri üzərində durub.
Təəssüf ki, rus tədqiqatçının, daha doğrusu, nəyi qeydə almağın vacibliyini çox yaxşı bilən bu hərbi kəşfiyyatçının gözəl bir elmi tədqiqat mövzusu olacaq qiymətli fikirləri müstəqillik dövründə belə, hansısa səbəblərdən Azərbaycan alimlərinin diqqətindən kənarda qalıb və əslində, Naxçıvanın və Şahtaxtının orta əsrlər dövründə İslam dəyərlərinin təbliğindətutduğu çox vacib əhəmiyyətə işıq salan olduqca mühüm bir faktın üzərindən sükutla keçilib.
Qeyd edək ki, biz də elə Şahtaxtının adının mənşəyi ilə bağlı daha çox məhz K.N.Smirnovun üzərində durduğu və indiyədək araşdırılmamış variant istiqamətində axtarışlar aparmaq qərarına gəldik və xeyli maraqlı tarixi faktlarla rastlaşdıq.
«Şah» kimdir?
Məlumat üçün bildirək ki, orta əsrlərdə el arasında dərviş kimi tanınan şəxslər, əslindəsə sufi təriqətlərinin təmsilçiləri öz ideyalarını yaymaq üçün mühüm ticarət və karvan yollarının üzərini seçər, orada özlərinin təkyə, xanəgah adlandırdıqları məntəqələri qurardılar. Əsas yaşayış məntəqələrindən nisbətən aralıda qurulan bu təkyə və xanəgahlar sufi dərvişlərinin fövqəladə qabiliyyətləri və mükəmməl dini-dünyəvi bilgiləri sayəsində tez bir zamanda insanların toplaşdıqları, inam, ümid yeri kimi baxdıqları ünvanlara, onların ölümlərindən sonra isə pirlərə çevrilərdi.Yuxarıda qeyd etdiyimiz kimi, indiki Şahtaxtı kəndi orta əsrlərdə Şimal-Cənub və Şərq-Qərb istiqamətində ən çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Kənd elə bir coğrafi nöqtədə qərarlaşıb ki, cənubdan Araz çayını keçib şimal istiqamətində hərəkət edən karvan Şərqdən Qərbə gedən “Qədim İpək Yolu”na çıxmaq üçün mütləq şəkildə buradan keçməlidir.
Eyni zamanda, elmi mənbələr vasitəsilə tam sübuta yetirilib ki, Naxçıvan sufizmin geniş yayıldığı, məşhur sufi şeyxlərinin yaşadığı və dəfn olunduğu əsas məkanlardan olub. Bu haqda AMEA-nın Naxçıvan bölməsininTarix və Etnoqrafiya İnstitutunun direktoru, hörmətli professor Hacıfəxrəddin Səfərli özünün «Orta Əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolu» monoqrafiyasında ətraflı bəhs edərək, Naxçıvanda «Səfəvilik», «Hürufilik», «Bəktaşilik», «Şeyxilik», «Nöqtəviyyə», «Qələndəriyyə» və s. kimi sufi təriqət və qardaşlıqlarının geniş yayıldığını, hətta bir çox sufi şeyxlərinin Naxçıvan ərazisində dəfn olunduqlarını faktlarla göstərib.
Sonuncu səmavi kitab olan «Qurani-Kərim»in həm zahiri, həm də batini mahiyyətinin, o cümlədən şəriət hökmlərinin kamil biliciləri və izahediciləri sayılan sufilər müxtəlif dərviş ordenlərində, ayrı-ayrı qardaşlıq və birliklərdə cəmləşsələr də, ümumən İslam ideyalarının, mədəniyyət və dünyagörüşünün daha geniş arealda yayılmasında müstəsna rol oynayıblar.Xüsusən də Məhəmməd Peyğəmbərin (s.) əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talibə, həmçinin onun övladlarına – nəvə və nəticələrinə, 12 nəfərlik imamətə məhəbbətləriylə və orijinal yanaşma tərzləriylə seçilən sufilər bu xəttin qorunmasında və həm elmi, həm də siyasi baxımdan tərəqqisində əvəzsiz xidmət sahibləri kimi qəbul edilirlər.Təsadüfi deyil ki, bəzi sufi birliklərinin yaranmasının əsas məqsədi Əməvi (661-750) və Abbasi (750-1258)xəlifələrinin təqiblərinə məruz qalan Həzrəti Əliövladlarının ideyalarının qorunması və onların haqq mübarizəsinin qələbə çalması istiqamətində təşkilatlanma və təbliğetmə olub.Sonradan get-gedə bu birlik və qardaşlıqlar konkret ideya və şəriət məsələləri üzərində sıx birləşən, özünəməxsus həyat tərzi sürən təriqətlərə, hətta elmi-siyasi cərəyanlara, məktəb və mərkəzlərə çevriliblər…
Elmi qaynaqlarda K.N.Smirnovun Şahtaxtı kəndində məskunlaşdıqlarını yazdığı «Nemətullahi» təriqətinin yaradıcısı məşhur sufi Əmir Nurəddin Nemətullah ibn Mir Abdulla sayılır və onun nəsil şəcərəsinin Həzrəti Əlinin oğlu İmam Hüseynin nəvəsi İmamMəhəmməd Baqirə gedib çıxdığı bildirilir. Elə bu mənbələrdə Əmir Nurəddin Nemətullahın 1330-cu ildə Suriyanın Hələb şəhərində doğulması, atası Mir Abdullanın sufi mürşidi, anasının isə məşhur fars zadəganlarından olması, Nemətullahın hələ gənc yaşlarında İslam ölkələrinə səyahətə çıxması, Məkkə ziyarətinə gedərkən Şeyx Abdulla əl-Yəfi ilə tanışlığı və 7 il ona müridlik etməsi haqda da məlumatlar var. Nemətullahın Məkkə ziyarətindən sonra yenidən Şərq ölkələrinə səyahətə çıxdığı, İraqda, Qahirədə, o cümlədən də Azərbaycanda olduğu və ömrünün son 25 ilini İranda – Kirman şəhərinin Mahan kəndində keçirdiyi qeyd olunur. O da bildirilir ki, 1431-ci ildə - 101 yaşında dünyasını dəyişən Nemətullah fitri istedadı və İslami bilikləri sayəsində ətrafına xeyli mürid toplamağa və öz təriqətini yaratmağa müvəffəq olub, ona «Vəli» deyilib. Eyni zamanda, Nemətullah Vəli sufizmdə ən yüksək mərtəbəyə – təriqət başçısı səviyyəsinə çatdığından, sufi qaydalarına uyğun olaraq, ona həm də «Şah» titulu verilib. Təsəvvüf fəlsəfəsi ilə tanış olanlar yaxşı bilirlər ki, sufilərdə«Şah» titulu Həzrət Əlinin ünvanına işlədildiyindən, əksər sufi təriqətlərinin başçılarına da onun şərəfinə «Şah» deyə müraciət olunması o dövr artıq qayda halını alıbmış. Elə indinin özündə də xüsusən «Ələvilər» arasında Həzrəti Əliyə «Şahım» deyə müraciət olunur, onun İslamın yayılmasındakı xidməti, qabiliyyət və istedadı geniş şəkildə vəsf edilir...
Yazılı mənbələrin məlumatına görə, XIV əsrdə yaradılan«Nemətullahiyyə» qardaşlığı XVIII əsrdə tam şəkildə «Səfəviyyə» təriqətinin təsiri altına keçib və xeyli zəifləyib. “Nemətullahiyyə” təriqəti yalnız məşhur sufi Məsum Əli Şahın Hindistandan İrana köçməsi ilə yenidən dirçəlib. Artıq bu təriqətə Məsum Əli Şah yeniliklər də gətirib: o, hər bir təriqət üzvünün adının sonuna «Əli Şah» titulunun əlavə edilməsini zəruri bilib. Bu, həm də Peyğəmbərimizdən sonra xilafətə rəhbərliyin – imamlığın və şahlığın Həzrəti Əliyə çatmasını ifadə edən sufi simvolunun ictimailəşdirilməsi olub.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, əksər sufi təriqətlərində simvollaşdırılmış söz və ifadələrlə, rəqəmlərlə danışığa və hərəkətlərə çox böyük üstünlük verilib. Hər bir simvol – hərf, söz, anlayış və ya rəqəm İslam tarixində böyük bir hadisəni, fikir və ya ideyanı ifadə edib. Bu səbəbdən də məşhur sufi şair və yazıçılarının əsərlərinin zahiri əlamətlərə görə şərhi bir çox hallarda doğru anlaşılmır, yanlış istiqamətlərə yozulur. Məsələn, «nemətullahi»lərdə «Əli Şah» Həzrəti Əlinin ilk xəlifə və imam olması haqqının tanınmasını ifadə edirdisə, bu təriqətin digər görkəmli siması Nur Əli Şahın 12 nəsr və 12 nəzm əsəri yazması təriqət üzvlərinin 12 imamı, onların haqq işini bu rəqəmdə simvollaşdırılması anlamındadır.Elə ətrafında «12» kəhrizin yerləşdiyi bir «Pir»in mövcud olduğu «Şahtaxtı» adına sufi simvolları və deyimləri ilə yanaşılsa, bu, təriqət başçısının – «Şah»ın «taxt, məkan, xanəgah, sığınacaq qurduğu yer» mənasına gəlir.
Böyük ehtimalla, K.N. Smirnovun yazdığı kimi, «nemətullahi» təriqətinin banisi Nemətullah Vəli və yaxud da onun «Şah» titullu müridlərindən hansısa biri Azərbaycana məhz Araz çayının indiki Şahtaxtı kəndi ərazisinə yaxın hissəsindən keçərək gəliblər və təbliğat üçün olduqca əlverişli mövqe tutan bu qədim karvan yolu üzərində bir neçə bulaqla əhatələnmiş iydəlikdə – indi «İydəli Pir» adlandırılan yerdə məskunlaşaraq, öz xanəgahlarını qurublar.Elə əvvəllər iydəlik olan bu yerin sonradan pirə çevrilərək «İydəli Pir», yaxınlıqdakı yaşayış məskəninin isə «Şahtaxtı» adlandırılması da məhz burada sufi «Şah»ın xanəgahının qurulmasıyla bağlı olub.
Mümkün ehtimallardan biri isə budur ki, səfalı yer olan bu iydəliyi sufi dərvişləri «Şah», «Şahım» deyə müraciət etdikləri, adını daim yaşatmağa çalışdıqları Həzrəti Əlinin şərəfinə «Şahtaxtı» adlandırıblar və bu ad sonradan dindar əhali tərəfindən bütövlükdə yaşayış məskəninə şamil edilib.
“Şahtaxtı” toponiminin sufizmlə bağlı olduğunu təsdiqləyən daha bir fakt isə, yuxarıda vurğuladığımız kimi, Naxçıvanın Culfa rayonunda yerləşən və sufilərin əsas toplanış və yaşayış məntəqəsi kimi qəbul edilən “Əlincəqala”da da eyni ada – “Şahtaxtı”na rast gəlinməsidir.
«İydəli Pir» - sufi xanəgahı, seyid məkanı
Qeyd edək ki, Naxçıvanın tarixi abidələrindən bəhs edən kitabda Şahtaxtı kəndinin yaxınlığında yerləşən «İydəli Pir» qısaca olaraq, b.e.ə. II-I minilliyə aid olan və əhalinin daş və su inanclarına bağlı abidə kimi göstərilib.«İydəli Pir» barəsində yazılı mənbələrdə çox az məlumatlar yer alsa da, bu möcüzəli məkan haqda yerli əhali və ətraf kəndlərin camaatı arasında hələ heç yerdə dərc olunmamış xeyli əfsanələr, rəvayətlər indi də dolaşmaqdadır. Məsələn, deyilənə görə, elə 1501-ci ildə Şah İsmayılın «Şərur düzü»ndəki döyüş öncəsi düşərgə kimi «İydəli Pir» ərazisini seçməsi də təsadüfi deyilmiş, məhz bu yerin qədim tarixi, müsbət aurası və düşərliliyi – Həzrəti Əli adına bağlanan sufi xanəgahı olmasıyla bağlıymış. Hətta belə rəvayətlər var ki, İsmayılın 7 minlik qoşunla 30 minlik qoşun üzərinə əmin şəkildə hücum çəkməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə yüksək inamı olub və bu inamı, əhval-ruhiyyəni də onda «İydəli Pir»də gecələməsi yaradıb…
Doğrudur, elmi mənbələrdə Şah İsmayılın «İydəli Pir»də gecələdiy haqda yazılı olaraq konkret dəlil-sübut yoxdur və bu, ancaq rəvayət şəklindədir. Ancaq ərazini yaxşı tanıyanların, həmçinin orta əsr dövrünün döyüşlərinin tədqiqatçılarının söylədiklərinə görə, «Şərur düzü» adlandırılan ərazini müşahidə etmək, eyni zamanda fövqəladə situasiyada özünümüdafiə, yaxud geri çəkilmək üçün ən münasib məkan məhz «İydəli Pir»dir.
«İydəli Pir»lə bağlı araşdırmalarımız zamanı ortaya çıxan həqiqətlərdən biri budur ki, bu yer illər uzunu yerli əhalinin xüsusi inam, məhəbbət bəslədiyi müqəddəs ziyarətgah olub. Hətta məşhur «Əshabi-Kəhf» ziyarətgahında olduğu kimi, işləri dolaşığa düşən, qəlbində hansısa niyyətin həyata keçməsini tutan kəslər bu yerə gələr, qurban kəsər, yerdən xırda daşları götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin adamda niyyətinin qəbul olunacağına böyük inam yaranarmış. Sonralar bu «daş yapışdırma» adəti «şam yandırma» ilə əvəz olunub və bu, indi də davam edir. Kənd ağsaqqallarının və ağbirçəklərinin dediklərinə görə, dəfələrlə sınaqdan çıxarıldığından, «İydəli Pir»in müqəddəs yer olduğuna artıq heç kimdə şübhə yaranmazmış.
Xatırladaq ki, indiki Şahtaxtı kəndinin təxminən 2 kilometrliyində yerləşən bu ziyarətgah ətrafı qayalıqlardan ibarət təpənin Araz çayına baxan hissəsində qərarlaşıb. Qayalığın çıxıntısının altındakı mağara tipli yerdə indi də bir neçə nəfər rahat şəkildə yağışdan, külək və qardan qoruna, gecələyə bilər. Təpənin üstü hər hansı düşərgənin təhlükəsiz yerləşməsi üçün ideal şəraitə malik olmaqla bərabər, həm də gözəl mənzərəyə açılır: buradan dörd bir tərəf, o cümlədən Araz çayının hər iki sahilində yerləşmiş yaşayış məntəqələri, əkin yerləri ovuc içindəki kimi aydınca görünür. Təpənin üstündə üç qədim məzar (!), əhatəsində isə İslamda mühüm rəqəm sayılan «12» ədəd kəhrizin yeri qalıb və bir neçəsindən hələ də Araz çayı istiqamətinə su axır.
Qeyd edək ki, kəndin «Şahtaxtı», iydəliyin də pirə çevrilərək «İydəli Pir» adlandırılmasının məhz bu məkanda sufi xanəgahının yerləşməsiylə əlaqəli olduğu haqda K.N. Smirnovun yazdıqlarını sonradan baş verən bir sıra mühüm hadisələr – nəsil şəcərəsi Həzrəti Əlinin nəvəsi İmam Zeynəlabidinə gedib bağlanan və Hicaz – Məkkə və Mədinə bölgəsindən əvvəlcə İraqa, oradan İrana - Xorasana, oradan Mərənd yaxınlığındakı Hərzən deyilən bölgəyə, oradan da Naxçvanadək gəlib çıxmış böyük bir seyidocağının bu torpaqları uzun əsrlər özlərinin daimi yurd yerləri seçmələri də təsdiqləyir.
Seyidlər kimlərdir, haradan və hansı səbəbdən Azərbaycana, o cümlədən Naxçıvana – Şahtaxtıya gəliblər və niyə məhz bu məkanlarda yerləşiblər – bu haqda ayrıca geniş araşdırmamız mövcuddur. Qısaca olaraq onu deyək ki, Peyğəmbər soyunun davamçıları sayılan seyidlərin Şahtaxtı kəndinin ikinci dövr məskunlaşmasında (niyə “ikinci məskunlaşma” deyilir, bu haqda da aşağıda geniş bəhs edilib – E.Ş.)və kəndə rəhbərliyin həyata keçirilməsində çox əhəmiyyətli rolları olub və bu fakt hazırda Azərbaycan Milli Arxiv İdarəsində saxlanan sənədlərdə də öz əksini tapıb.Həmin sənədlərdə Şahtaxtı kəndindəki üç nüfuzlu tayfa başçısından - Yüzbaşı Məhəmməd Rza bəydən, I İsa Sultandan və «Böyük Seyid» ləqəbli Mir Abdulla Ağadan bəhs edilir.
Rus çarının fərmanına uyğun olaraq, Naxçıvan ərazisində olan bəy, sultan, axund, molla, seyid və keşişlərin 1842-ci ildə ayrıca qeydiyyatının aparıldığı siyahıda da o dövrdə Şahtaxtıda bir nəfər bəyin – Hüseyn bəy Məmməd Rza bəy oğlunun, bir nəfər seyidin – Mir Abdulla Ağa Mir Məhəmməd oğlunun və bir nəfər sultanın – Məşədi Tağı Sultan Hacı İsa Sultan oğlunun adları qeyd olunub.
Arxiv sənədlərindən məlum olur ki, Şahtaxtı kəndinin sonrakı inkişafında bu üç şəxsin, eləcə də onların başçılıq etdiyi tayfaların özünəməxsus rolu olmaqla yanaşı, həm də hər biri Azərbaycana neçə-neçə tanınmış sima bəxş edib.
Məsələn, 1831-ci ilin siyahısında Məşədi Tağı Sultanın atası kimi adı çəkilən Hacı İsa Sultan sonradan «Şahtaxtinski» soyadını daşıyan məşhur nəslin başçısı sayılır. İsa Sultanın nəslinin davamçıları – övladları və nəvələri Naxçıvanın Rusiyaya ilhaq edilməsindən sonra Çar Rusiyasının «yeni zadəganlıq sinfi yaratmaq» siyasətinə uyğun olaraq, XIX əsrin ortalarında «Şahtaxtinski» soyadını alıblar və elə son 170 ildə də daha çox bu soyadla tanınıblar. Bu tayfa Məmmədağa Şahtaxtinski, Behbudağa Şahtaxtinski, Əbülfət Ağa Şahtaxtinski, II İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Elmira Şahtaxtinskaya, Leyli Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya kimi məşhur simaları Azərbaycana bəxş edib və onların xidmətləri barəsində elmi ədəbiyyatda kifayət qədər geniş materiallar var...
1831-ci ilin siyahıyalınmasında “Böyük Seyid” ləqəbiylə göstərilən Mir Abdulla Ağa isə Şahtaxtıdakı ilk seyidlər sülaləsinin əsasını qoymuş şəxsdir. Sonradan bu ocaqdan bütün Naxçıvan, İrəvan, Maku, Xoy və Mərənd istiqamətində məşhur olan Hacı Seyid Mir Mehdi Ağa çıxıb ki, onun bütün mahalda nüfuzlu, sülhpərvər, barışdırıcı şəxs kimi tanınması faktınıtanınmış Cənubi Azərbaycan yazıçıPənahi MakuluŞeyx Məhəmməd Xiyabanidən bəhs edən «Xiyabani» romanında da qeydə alıb. Məlumat üçün bildirək ki, Pənahi Makulu bu tarixi romanında Hacı Seyid Mir Mehdi Ağanı erməni-müsəlmandavasının qarşısının alınmasında kömək üçün üz tutulan “Şahtaxtılı ağsaqqal” kimi təqdim edib (Bax. P.Makulu, «Xiyabani», səh.196).1842-ci ildə Şahtaxtıda doğulan Hacı Seyid Mir Mehdi Ağanın özü və övladları, eləcə də qardaşı Seyid Abbasın özü və övladları, onların fəaliyyətləri barədə də ayrıca geniş araşdırmamız var. Qısaca olaraq, bildirək ki, həm Hacı Seyid Mir Mehdi Ağanın, həm də Seyid Abbasın nəslindən nəinki Naxçıvan və Azərbaycan, eləcə də keçmiş SSRİməkanında kifayət qədər yaxşı tanınan bir neçə nüfuzlu şəxs çıxıb...
1831-ci ilin kameral siyahıyaalınmasında Şahtaxtıdakı 43 ailədən 19-nun başçısı kimi göstərilən Yüzbaşı Məmməd Rza bəy İmamqulu bəy oğlunun isə Kəngərli tayfasının «Cəmşidli» qoluna aidliyi qeyd edilib ki, kəngərlilər haqda da elmi-tarixi ədəbiyyatlarda kifayət qədər geniş və olduqca maraqlı,qürurvericiməlumatlar var...
«Böyük köç» və Şahtaxtıda ikinci məskunlaşma dövrü
Qeyd edək ki, 1828-ci ildə imzalanan «Türkmənçay»müqaviləsiylə Rusiyaya birləşdirilən Naxçıvan ərazisində 1831-ci ildən başlayaraq, hər 10 ildən bir keçirilən əhali siyahıyaalınmalarında Şahtaxtı kəndi əhalisinin say tərkibi haqda kifayət qədər maraqlı, həm də ciddi araşdırmalara rəvac verən məlumatlara rast gəlinir. Məsələn, 1831-ci ildə Şahtaxtıda 43 evdə 171 nəfərin yaşadığı və onların da 91-nin kişi, 80-nin qadın olduğu göstərilib.1873-cü il siyahıyaalınmasında isə Şahtaxtıda 83 ailənin (731) yaşadığı, onların 371 nəfərinin kişi, 360 nəfərin qadın olduğu göstərilib. Diqqət yetirsək, görərik ki, 42 ildə fərq 40 ailə və 560 nəfərdir! Deməli, bu rəqəmlər onu təsdiqləyir ki, Şahtaxtıda sürətli məskunlaşma XIX əsrin ortalarından sonrakı dövrə təsadüf edir. Belədə isə haqlı olaraq ortaya sual çıxır: görəsən, e.ə. VI-IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdə isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş bu qədim yaşayış məskənində XIX əsrin əvvəllərində nədən bu qədər az adam yaşayıb?!
Araşdırmalarımız zamanı biz bu sualın da cavabını tapdıq. Məlum oldu ki, Şahtaxtının tarixində əslində iki məskunlaşma dövrü olub: birinci mərhələ 1605-ci ilə qədərki dövrü, ikinci mərhələ isə XVII əsrin ortalarından ta XIX əsrin sonlarınadək olan dövrü əhatə edir.Tarixdən məlumdur ki, 1605-ci ildə Səfəvi şahı Şah Abbas Osmanlı imperatorluğunun hücumundan narahat olaraq, Arazın sol sahilinin tamamilə yandırılması, dağıdılması, ərzağın və əhalinin bölgədən çıxarılması haqda fərman imzalamışdı və bu, Azərbaycan tarixinə «Böyük sürgün» kimi düşüb. Elmi mənbələrdə yer alan məlumatlarda bildirilir ki, həmin vaxt Naxçıvan ərazisindən 70 minə qədər adam İranın cənub və şərq vilayətlərinə, o cümlədən Xorasana köçürülüb. Elə sərhəddə yerləşən Şahtaxtı kəndi də Səfəvi-Osmanlı müharibələrində mühüm rol oynayan məntəqələrdən biri kimi, 1605-ci ilin məşhur «Böyük sürgün»ündən ən çox ziyan çəkən və tamamilə dağıdılan, əhalisi isə bütünlüklə köçürülən yaşayış məskənlərindən olub.
Maraqlıdır ki, Şahtaxtı kəndinin tarixindən bəhs edən rəvayətlərdə də daha çox hansısa «köç hadisəsi»ndən geniş bəhs olunur. Həmin rəvayətdə deyilir ki, bu kəndin sakinləri əsas etibarilə qan düşmənçiliyi əsasında İrandan köçüb gələnlər olub, ancaq onların qan düşmənləri olan «Zavallar» tayfası hücum edərək, kənd əhalisini tamamilə qırıb, sərvətini də talan edərək gediblər. Guya, hücum zamanı kənddən yalnız çöldə cüt sürən iki nəfər – ata və oğul sağ qalıblar ki, onlar da qorxularından öküzlərini də götürərək, Məkkəyə qaçıblar.Həmin rəvayətə görə, Məkkədə məskunlaşan bu ata-oğul bir gün ziyarətə gələnlər arasında həmvətənləri İsa Sultan adlı şəxsi görürlər və hətta ona şahtaxtılıların toplayıb gizlətdikləri qənimətin yerini də deyirlər. Şərtləri də bu olur ki, İsa Sultan həmin qənimətin hesabına sağlamlıq rəmzi sayılan hamamlar tikdirməlidir. İsa Sultan Məkkədən qayıtdıqdan sonra qəniməti tapır və sözünə əməl edərək, təkcə Şahtaxtıda yox, hətta Naxçıvanda, Cəhri və Yengicədə də hamam tikdirir.
Qeyd edək ki, bu rəvayətdə kəndin tarixi ilə bağlı müəyyən həqiqətlər olsa da, tam reallığı əks etdirmir və qismən təhrif olunmuş şəkildə çatdırılır.Əsl həqiqətdə isə rəvayətdə bəhs edilən köç və talançılıq məhz tarixi sənədlərdə yer almış 1605-ci ildəki «Böyük sürgün» hadisəsi – Səfəvilərin Osmanlılara qarşı tez-tez tətbiq etdikləri «yandırılmış torpaq» taktikası olub. Orta əsrlər dövründə rəqib ölkələrin bir-birlərinə qarşı istifadə etdikləri bu taktikanın əsas özəlliyi o idi ki, hücum edən qoşunun ac-susuz qalması, yerli əhalinin onları ərzaqla təmin etməməsi və əsir alınmaması üçün qoşunların keçdiyi istiqamət boyu bütün əhali köçürülür, ot-ələf yandırılır, sığınacaqlar, qalalar dağıdılır, hətta quyu suları da zəhərlənirdi. Və tarixi mənbələr göstərir ki, I Şah Abbasın Araz boyu Osmanlılara qarşı tətbiq etdiyi bu taktika özünü doğruldub –Naxçıvana yürüş edən Osmanlı ordusu xeyli çətinliklərlə üzləşərək, sonda məğlub olaraq geri çəkilib…
Osmanlı-Səfəvi müharibələri zamanı bütün Naxçıvan ərazisində sabitlik yalnız 17 may 1639-cu ildə - «Qəsri-Şirin»də imzalanmış sülh müqaviləsindən sonra mümkün olub. Bu müqaviləyə görə, Naxçıvan Səfəvilərin nəzarətinə keçib, dağıdılmış ərazilərdə, o cümlədən Arazboyu bölgələrdə təkrar məskunlaşma, quruculuq işləri isə müqavilədən sonrakı illərdə olub. Keçid məntəqəsi kimi ən çox dağıntıya məruz qalan Şahtaxtıdan da İranın müxtəlif bölgələrinə köçənlərin tədricən öz yerlərinə qayıtması, təkrar məskunlaşma və quruculuq işləri məhz bu dövrə təsadüf edib1747-ci ildə İran şahı Nadirin ölümündən və Kəngərli tayfasının başçısı Heydərqulu xanın rəhbərliyi ilə Naxçıvan xanlığının yaranmasından sonra isə proses daha sürətlə aparılıb.
Xatırladaq ki, Şahtaxtı kəndi də Naxçıvanın digər əraziləri kimi, o vaxt bölgənin əsas hakim tayfası olan Kəngərli xanlarına və bəylərinə məxsus torpaqlar sayılırdı. Ümumiyyətlə, 1603-cü ildən etibarən, istər İran şahlarının, istərsə də Osmanlıların işğalı dövründə Naxçıvan əldən-ələ keçsə də, bölgənin idarəçiliyi həmişə o dövrün ən cəsur və igid tayfası sayılan Kəngərlilərə tapşırılırdı. Tarixi qaynaqlar göstərir ki, istər Səfəvilərin, istərsə də Əfşarların və Qacarların dövründə Kəngərlilər şah sarayında ən önəmli postları tutublar, sədaqətlərinə və igidliklərinə görə, süvari qoşunun özəyini təşkil ediblər. Bu səbəbdən də, Naxçıvanın idarəçiliyi həmişə Kəngərli tayfasının öhdəsində olub.Öz növbəsində, Kəngərlilər də bölgənin idarəçiliyini İran şahlarıyla razılaşdırmaqla,onların sədaqətlərinə güvəndikləri nüfuzlu tayfa başçılarının vasitəsi ilə həyata keçirirdilər ki, şahtaxtılı I İsa Sultan da belələrindənsayılırdı. Onun özünün və babalarının İran şahının qoşununda xidmət keçdikləri və buna görə şah sarayında yüksək nüfuza malik olduqları, «Sultan» titulunun da onlara məhz şah tərəfindən verildiyi söylənilir.İsa Sultanın doğum tarixi hələlik bizə bəlli olmasa da, Naxçıvan Dövlət Arxivində saxlanılan sənədlərdə onun ölüm tarixi kimi, 1839-cu il göstərilib. Şahtaxtinskilərin nəsil şəcərəsini hazırlayan Naxçıvan Dövlət Universitetinin rektoru, hörmətli akademik İsa Həbibbəyli və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, yorulmaz tədqiqatçı Musa Quliyev I İsa Sultanın atasının adının Şahsultan olduğunu yazıblar. Ancaq təəssüf ki, Şahsultanın ata-babalarının kimliyi haqda hələlik tədqiqatçılar qəti söz deməyə çətinlik çəkirlər.Hazırda Naxçıvanda İsa Sultanın tayfasını yerli Kəngərlilərin bir qolunun törəməsi kimi qəbul edənlər də var, əslən Cənubi Azərbaycandan gəldiyini iddia edənlər də…
İki tayfa başçısının dostluğunun açılmayan sirri…
Onu da qeyd edək ki, Şahtaxtıdakı tayfa başçılarından iksinin - «Şahtaxtinski»lərin əcdadı İsa Sultanla “Böyük Seyid” Mir Abdulla Ağa arasında həm də uzun illər dillərdə dolaşan sıx dostluq münasibətləri olub və bu dostluq hər iki şəxsin övladları arasında da davam etdirilib. I İsa Sultanın «Böyük Seyid» Mir Abdulla Ağa və qardaşları ilə (1831-ci ilin arxiv sənədlərində «Böyük Seyid»in qardaşları Mir Əsəd və Mir Fətulla olaraq göstərilib) sıx dostluq münasibətlərində olması daha çox onun Peyğəmbər nəslinə, Həzrəti Əli övladlarına hörməti ilə izah edilsə də, əslində bunun daha dərin – ciddi araşdırmaya ehtiyacı olan kökləri, səbəbləri var. Daha doğrusu, Naxçıvanda orta əsrlər dövründə mövcud olan dini-siyasi cərəyanları araşdıran bəzi tədqiqatçıların fikrincə, İsa Sultanın babalarıyla «Böyük Seyid»in babaları vaxtilə eyni dini təriqətin – «səfəviyyə»nin təmsilçiləri olublar və bu ideoloji yaxınlıq sonradan onların övladlarını da birləşdirib.Hətta K.N. Smirnova istinad edən bəzi tədqiqatçılar XIX əsrinəvvələrində Naxçıvanda mütərəqqi dini cərəyan sayılan «şeyxilik»in geniş yayıldığını və Kəngərli xanlarından Ehsan xanın və onun oğlu İsmayıl xanın, həmçinin əksər Kəngərli bəylərinin bu təriqətin davamçıları olması haqda fikirləri əsas gətirərək, Şahtaxtıdakı iki tayfa başçısını birləşdirən xətt kimi, «şeyxilik»in üzərində dururlar…
İsa Sultanla «Böyük Seyid» arasındakı dostluğun səbəbləriylə bağlı söylənən daha bir ehtimal isə hər ikisinin əcdadlarının Cənubi Azərbaycanın Hərzən deyilən ərazisindən gəlməsi və yaxud aralarında hansısa qohumçuluq münasibətlərinin mövcudluğu ilə bağlıdır.
Daha ciddi və bizim də yaşlı nəsllərin söylədiklərinə əsasən üzərində dayandığımız ehtimal odur ki, həm İsa Sultanın, həm də “Böyük Seyid”in babaları 1605-ci ilin «Böyük Sürgün»ü vaxtı Naxçıvandan Hərzənə göçüblər, ikinci məskunlaşma dövrü isə yenidən birgə Naxçıvana - Şahtaxtıya qayıdıblar. Çünki Hərzən tanınmışları kimi, İsa Sultanın da Şahtaxtıda və digər yerlərdə hamam tikdirməsi, Şahtaxtı əhalisinin isə məşğuliyyətində və yaşayış tərzlərində daha çox hərzənlilərsayaq davranmaları və xüsusən də İsa Sultanla hərzənli «Böyük Seyid» Mir Abdulla və eləcə də onların sonrakı nəsilləri – övladları arasında qorunub saxlanan olduqca xoş, ilıq münasibətlər az şey demir. Tarixi qaynaqlar şahidlik edir ki, Mir Abdulla Ağanın özü və övladları ilə Hacı İsa Sultanın özü və övladları arasında çox möhkəm dostluq, bağlılıq olub. Bu haqda Naxçıvan Dövlət Arxivində o dövrün əmlak mübahisələri, məhkəmələrlə bağlı saxlanan sənədlərdə kifayət qədər geniş məlumatlar var.
Eyni zamanda, tədqiqatlar göstərir ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra hər iki şəxsin nəinki Şahtaxtıda, ümumiyyətlə, Mərənd-Maku-İrəvan-Naxçıvan bölgəsində yüksək nüfuzları Çar Rusiyası tərəfindən də nəzərə alınaraq, kəndin siyasi idarəçiliyinin İsa Sultanda, dini işlərə rəhbərliyin isə “Böyük Seyid”də qalmasına razılıq verilərək, onları Rusiya təbəəçiliyinə keçiriblər və bütün əmlaklarının toxunulmazlığına da təminat veriblər.
Şahtaxtı əhalisinin bir hissəsinin Hərzəndən gəlməsi ehtimalını gücləndirən daha bir fakt isə 1842 və 1852-ci illərin kameral siyahıyaalınmalarında Şahtaxtıya köçən sakinlərin bəzilərinin adının qarşısında gəliş yeri kimi «Çay Hərzən», «Daş Hərzən», «Mərənd» və «Persiya» sözlərinin yazılmasıdır. Təəssüf ki, Şahtaxtının tədqiqatçıları indiyədək bu faktları nəzərə almayıb, Hərzəndən bu qədər insanın niyə məhz Şahtaxtıya köçməsinin səbəblərini izah etməyiblər. Halbuki, həm İsa Sultanın və Şahtaxtıda «hərzənli» kimi qeydə alınan adamların, həm də “Böyük Seyid” Mir Abdulla Ağanın babalarının elə 1605-ci ildə Naxçıvandan İranın içlərinə doğru, o cümlədən Hərzənə köçürülən ailələrdən olduqları və sonradan – sabitlik yarandıqdan sonra təkrarən öz doğma torpaqlarına - Şahtaxtıya qayıtmağa qərar verdikləri daha çox ağlabatandır.
Cənubi Azərbaycanın «Qədim Hərzən»i…
Məlumat üçün bildirək ki, həm Daş Hərzən, həm də Çay Hərzən hazırda Cənubi Azərbaycanın Mərənd bölgəsində bir-birinə yaxın ərazidə yerləşən kəndlərdir. Hər iki kəndin əhalisi vaxtilə «Hərzəni-ətiq», yəni «Qədim Hərzən» deyilən yerdən köçüb məskunlaşanlardır. Bəzi mənbələrdə «Qədim Hərzən»in 5, bəzilərində isə 7 min ilə yaxın yaşının olduğu iddia edilir. Hazırda Hərzəndə əhali eynilə Şahtaxtının qədim sakinləri kimi, palçıq evlərdə yaşayır, əsasən heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Adətlərin çoxu isə, demək olar ki, eynidir. Məsələn, orada da, Şahtaxtıda olduğu kimi, sürüyə qoçqatma adəti böyük şadyanalıqla qeyd olunur… Eyni zamanda Hərzən ətrafındakı bir neçə yerin adına eynilə Şahtaxtıda və ona yaxın ərazilərdə rast gəlinir: məsələn, «İydəli Pir» Şahtaxtıda da var, Hərzəndə də; hazırda Şahtaxtının üst hissəsində «Gavurqala» deyilən yer olduğu kimi, eynilə Hərzənin də üst hissəsində «Gavurqala» mövcuddur...
Yeri gəlmişkən, uzun müddət ermənilər bu qalanın adındakı «Gavur» sözünün onlara xitabən deyildiyini iddia etsələr də, Hərzəndəki araşdırmalarımız zamanı öyrəndik ki, bu söz daha çox ərazinin müsəlmanlaşdırılmasından sonra dağlarda məskunlaşmağa məcbur olmuş «zərdüştilər»lə bağlıdır. Ümumiyyətlə, tarixi sənədlər Şahtaxtının istər birinci, istərsə də ikinci məskunlaşma dövründə bir nəfər də olsun burada erməni millətindən olan şəxsin yaşamadığını sübut edir. Şahtaxtı kənd əhalisinin 1831-ci il siyahısındakı 43 ailədən yalnız ikisi kürdmənşəli olub ki, onların da qarşısında xüsusi qeyd - «ömərilər» yazılıb.
Beləliklə, bizim araşdırmalarımız zamanı üzə çıxan faktlar göstərir ki, ən azı iki məskunlaşma dövrü keçən Şahtaxtı kəndinin əsas tayfaları İsa Sultanın törəmələri «Şahtaxtinskilər», “Böyük Seyid” Mir Abdulla Ağanın törəmələri olan seyidlər və Məhəmməd Rza bəyin başçılıq etdiyi Kəngərlilərin «Cəmşidli» qolu olub.
Daha bir maraqlı fakt isə hələ 1831-ci ildə kənddə yaşayan əksər ailə başçılarının və onların atalarının adlarının qarşısında «Məşədi» və «Kərbəlayi» sözlərinin yazılmasıdır. Bu faktın özü də bir daha onun təsdiqləyir ki, Şahtaxtı kəndinin ilk əhalisi Həzrəti Əli və onun övladlarına xüsusi ehtiramla, hörmətlə yanaşan kəsim olub...
Elxan Şükürlü
jurnalist-tədqiqatçı

m: http://virtualaz.org/medeniyyet/19964

Artıq sözlə yanaşı, güc də nümayiş etdirməyin vaxtıdır...

Hələ bir müddət öncə köşələrimin birində qeyd etmişdim ki, Azərbaycan nəyin bahasına olursa olsun, mütləq gizli silahlı təşkilat yaratmalıdır. Məncə, erməni terror təşkilatı olan ASALA-nın son bəyanatından sonra bununla bağlı konkret addımlar atmağın vaxtı çatıb. Ola bilər ki, hansısa səbəbdən kimlərsə təklifimi bəyənməsin və məni əsası olmayan ağır ittihamlarla suçlasın. Lakin buna baxmayaraq, bu gün də bu fikirdəyəm ki, bu cür təşkilat yaratmaqla biz erməni terror qurplaşmalarının təhdidlərinə, həmçinin ölkəmizi hədəfə almış digər qüvvələrin təxribat xarakterli addımlarına anındaca layiqli cavab verə bilərik. Yəni artıq gücə güc, qana qan vaxtıdır!
Bu günün özündə də ermənilərin onlarla bu tip təşkilatı var və Ermənistan lazımi məqamlarda həmin qruplaşmaların vasitəsilə dövlət maraqlarını həyata keçirməyə, hədəflərinə təsir və təzyiq göstərməyə çalışırlar. Təəssüflər olsun ki, onlar əksər hallarda istəklərini reallaşdırmağa nail olurlar. Elə isə bəs, nədən bizdə bu cür təşkilat olmamalıdır? Axı, Ermənistanın və ermənilərin nəyi bizdən artıqdır? Əgər söhbət puldan gedirsə, şükürlər olsun ki, bizdə olan qədər pul düşmən ölkədə yoxdur. Yox, əgər söhbət canlı qüvvədirsə, yenə biz erməniləri üstələyirik. Çünki Azərbaycan əhalisinin sayı düşmənlərimizdən azı 3 dəfə çoxdur. Döyüş qabiliyyətindən, Vətənə, millətə sevgidən və gözüyumulu ölümün üzərinə gedən oğullardan söhbət gedirsə, bu məsələdə də dığalar bizdən xeyli geridə qalır. Yaxşı, bəs o zaman nədən ASALA-nı və digər erməni terror təşkilatlarını yerində oturda biləcək güclü mücahidlər ordusu yaratmayaq? Axı, bizim potensialımız buna imkan verir. Uzağa getməyək. Elə yaxın tarixə, 20-ci əsrin əvvəllərinə nəzər salsanız görərsiniz ki, o zamanlar Azərbaycanda "Fədai" adlı bir cəmiyyət və "Difai" Partiyası fəaliyyət göstərib. Bir müddət sonra onlar "Difai" adı altında birləşsələr də, təşkilatların ən başlıca məqsədi Azərbaycan türklərini öz ərazilərində qətliama və qırğınlara məruz qoyan erməni daşnaklarına qarşı mübarizə aparmaq, zülmə və haqsızlığa son qoymaq olub. Tarixlə az-çox maraqlananlara yaxşı bəllidir ki, "Difai" Partiyası qısa vaxt ərzində millətin və Vətənin qarşısında duran hər bir kəsi məhv etməklə misli görünməmiş qeyrət səhifələri yazır. Məhz onun fəaliyyəti nəticəsində artıq ermənilər Azərbaycan türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar. Müəyyən vaxtdan sonra "Difai"nin ardıcılları - "Müsəlman Xeyriyyə Cəmiyyəti" və "Qarabağ Birlik Məclisi" peyda olur...
Gördüyünüz kimi, hələ yüz il öncə bizim bu cür təşkilatlarımız olub. Deməli, marağında olsaq, bu gün də onların davamçılarını bir araya gətirə bilərik. Nə vaxta qədər ASALA və digər erməni terror təşkilatlarının təhdidlərinə ancaq sözlə cavab verəcəyik? Məncə, artıq sözlə yanaşı, güc də nümayiş etdirməyin vaxtıdır. Bunun üçün isə mütləq və mütləq "Fədai" və "Difai"ni bərpa etmək gərəkdir! Başqa çıxış yolumuz yoxdur.
P.S. Bir neçə gün əvvəl Dünya "Boz Qurd" Təşkilatı ASALA-nın Azərbaycana ünvanlanmış hədələrinə layiqli cavab verib. Qurum birmənalı şəkildə bildirib ki, hər bir sui-qəsdə qarşı dünyanın hər bir nöqtəsində erməni millətindən olan, kimliyindən asılı olmayaraq 2 sui-qəsdlə, hər bir partladılan bombaya 2-siylə cavab veriləcək, hər bir öldürülən azərbaycanlının əvəzinə 2 erməni öldürüləcək. Daha yaxşı olardı ki, Azərbaycanın özünün də bu cür təşkilatları olsun və onlar da eynilə bu cür sərt ifadələrlə çıxış edib ölkəmizin keşiyində durduqlarını cümlə-aləmə bəyan etsinlər.
   ASALA 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.

"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə "Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. 1975-ci ildə Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, fələstinli dəstələrin yardımı ilə yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçiyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir.

Bəlkə zamanında yaxşı bir fikir kimi qəbul etdik , ancaq indi kimsə onların üzünə baxmır ...

Tədavüldən qalxalı uzun zaman oldu desək və sizə ən gərəksiz 20 aləti söyləsəm ...

Qatıq maşını , dəsmal isidicisi , yumurta doğrayıcı , lazerli qayçı və daha nələr nələr ... Başda 'parlaq bir fikir' olduqları düşünülüb həyata keçsələr də gündəlik istifadədə çox da ehtiyacımız olmayan alətdirlər.

Əla bir seqment üçün lazerli qayçıya ya da şalvarınızın qırış qırış olmaması üçün şalvar ütüsüne nə deyirsiz?

 Cazibədar təkliflər , cazibədar dizaynlar ... Ancaq gəlin baxın! baxın ki ən gərəksiz alətlər siyahıdanə var.

Məncə 'ən gərəksiz alətlər ' siyahısındakı bəzi alətlərin həqiqətən faydalı olduğu , birçoğununsa pul tələsindən başqa bir şey olmadığı qənaətinə gəldim.

Məsələn təxminən 400 dollara satılan bir elektrikli dırnaq törpüsünün 'ən gərəksiz alətlər ' siyahısındabirinci yerdə olması təəcüblü deyil. Dost tanışdan soruşub, eşitdiyim cavabın çoxluğu isə elektriklə ya da baterya ilə çalışan şamları bu siyahıda üçüncü sıraya oturdur. Normal şama görə daha etibarlı olan bu şamlar , yenə də yararsızdırlar məncə.


Budu ən gərəksiz 20 alət :


1. Elektrikli dırnaq törpüsü

2. Lazerli qayçı

3. elektrikli şam

4. Soda buxarı maşını

5. Spa masajı aləti

6. fondue seti

7. saç şəkilləndirici

8. yumurta kaynatıcı

9. Elektrikli parça düzləşdirici

10. elektrikli bıçaq

11. şalvar ütüsü

12. Üz buxar maşını

13. Saatlı çay maşını

14. Mini disk çalar

15. Üz gerdirici maşın

16. yumurta doğrayıcı

17. Elektrikli konserv açacağı

18. qatıq maşını

19. dəsmal isidicisi

20. kürək kaşıyıcı


Bu qədər məncə, Əlavə varsa rəy olaraq yazın.
Yaponiyanın Naqoya Universitetinin əməkdaşları Suyoşi Şimmura və Takaşi Yoşimura xoruzların səhərin açılmasını necə öyrəndiklərini araşdırıb. Araşdırma çərçivəsində bir neçə xoruz içinə kamera yerləşdirilmiş qaranlıq otaqda saxlanılıb.
Bu zaman xoruzlar günün bütün vaxtı banlasa da, çoxu Günəş doğarkən banlayıb. Günəş işığı görmədən 2 həftə qaranlıq otaqda saxlanılan xoruzların bioloji ritmləri getdikcə pozulub və onlar daha az banlamağa başlayıblar.
Daha 2 həftə qaranlıq otaqda qalan xoruzlar 24 saatlıq bioloji ritmlərini tamamilə itirib və nəticədə Günəşin çıxmasını ayırd edə bilməyiblər. Ümumilikdə, 1 aya yaxın qaranlıq otaqda saxlanılan xoruzların işıq görmədikləri üçün bioloji ritmlərinin tam pozulduğu məlum olub. Bu ritmin yenidən işə düşməsi üçün xoruzların işığa ehtiyac duyduqları öyrənilib.


Google'un ağıllı telefon bazarını ələ keçirən Android əməliyyat sisteminin əvvəlki texnologiya müdürü Andy Rubin, vəzifəsindən ayrıldıqdan sonra səssizliyə bürünmüşdü. Rubin,New York Times'a verdiyi müsahibədə Google ilə səssiz — sədasız davam etdirdikləri yeni layihə haqqında danışıb: Robot istehsal etmək.Android'in əvvəlki müdürü Andy Rubin, Mart ayında vəzifəsindən ayrılacağını açıqladığında texnologiya dünyası çox təəccüblənmişdi. Rubin, vəzifəsini tərk etdikdən sonra səssizliyini qoruyarkən, haqqında «robotlar üzərində çalışdığı» şaiyələri yaranmışdı. O, bu iddiaları doğrulayıb.Google planlarından daha çox öz beynindəki planlardan danışan Rubin, bir çox robot şirkəti alan Google ilə robot texnologiyası üzərində çalışdığını bildirdi.Rubin,Android'i tərk etdikdən sonra Google şirkətinin qurucuları Sergey Brin və Larry Page'i razı sala bildiyini, robot sahəsinə büdcə ayrılması mövzusunda anlaşdıqlarını söylədi. Android'inqurucusu, robot şöbəsinin Google X laboratoriyasından ayrı olacağını ifadə edib. Hətta, robot laboratoriyası bir gün ayrı bir şirkətə çevrilə bilər və Google'un robot firması qurula bilər.

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X