Hərb etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Hərb etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Əgər birinə sual versəm ki, dövləti idarə etmək üçün nə edə bilərsən? çox güman ki, o şəxs mənə Partiya quracağını və siyasətlə məşğul olacağını deyəcəkdir. Ancaq o sualı mənə verən şəxs isə, məndən heç kimin eşitməyəcəyi cavabı alacaqdır. Hesab edək ki, mənə bu sualı elə sən verdin.

SƏN:   ­­̶ dövləti idarə etmək üçün nə edə bilərsən?
MƏN:  ­­̶ Əgər idarə etmək istədiyim dövlətin konstitusiyası yenidən qurulursa, onda Partiya söhbətini fikirləşərəm, ancaq mənim fikrimcə ən ağıllı siyasət forması, göz önündə olmadan siyasətlə məşğul olmaqdır. Necə? deyim: Kritik nöqtələrə - kritik adamları yerləştir, hər partiyanın içində iştirak et, hər təşkilatın içində yer al, belə olduqda həm sandıqda qazanarsan, həm də dövlətin içində. Yox birdən Baş Nazir və bunun kimi kreslo istəyirsənsə, onun üçün hələ zaman var.

Sizinlə oldu İ.H /20/04/2014/ - kvp114/01:20:02






Artıq sözlə yanaşı, güc də nümayiş etdirməyin vaxtıdır...

Hələ bir müddət öncə köşələrimin birində qeyd etmişdim ki, Azərbaycan nəyin bahasına olursa olsun, mütləq gizli silahlı təşkilat yaratmalıdır. Məncə, erməni terror təşkilatı olan ASALA-nın son bəyanatından sonra bununla bağlı konkret addımlar atmağın vaxtı çatıb. Ola bilər ki, hansısa səbəbdən kimlərsə təklifimi bəyənməsin və məni əsası olmayan ağır ittihamlarla suçlasın. Lakin buna baxmayaraq, bu gün də bu fikirdəyəm ki, bu cür təşkilat yaratmaqla biz erməni terror qurplaşmalarının təhdidlərinə, həmçinin ölkəmizi hədəfə almış digər qüvvələrin təxribat xarakterli addımlarına anındaca layiqli cavab verə bilərik. Yəni artıq gücə güc, qana qan vaxtıdır!
Bu günün özündə də ermənilərin onlarla bu tip təşkilatı var və Ermənistan lazımi məqamlarda həmin qruplaşmaların vasitəsilə dövlət maraqlarını həyata keçirməyə, hədəflərinə təsir və təzyiq göstərməyə çalışırlar. Təəssüflər olsun ki, onlar əksər hallarda istəklərini reallaşdırmağa nail olurlar. Elə isə bəs, nədən bizdə bu cür təşkilat olmamalıdır? Axı, Ermənistanın və ermənilərin nəyi bizdən artıqdır? Əgər söhbət puldan gedirsə, şükürlər olsun ki, bizdə olan qədər pul düşmən ölkədə yoxdur. Yox, əgər söhbət canlı qüvvədirsə, yenə biz erməniləri üstələyirik. Çünki Azərbaycan əhalisinin sayı düşmənlərimizdən azı 3 dəfə çoxdur. Döyüş qabiliyyətindən, Vətənə, millətə sevgidən və gözüyumulu ölümün üzərinə gedən oğullardan söhbət gedirsə, bu məsələdə də dığalar bizdən xeyli geridə qalır. Yaxşı, bəs o zaman nədən ASALA-nı və digər erməni terror təşkilatlarını yerində oturda biləcək güclü mücahidlər ordusu yaratmayaq? Axı, bizim potensialımız buna imkan verir. Uzağa getməyək. Elə yaxın tarixə, 20-ci əsrin əvvəllərinə nəzər salsanız görərsiniz ki, o zamanlar Azərbaycanda "Fədai" adlı bir cəmiyyət və "Difai" Partiyası fəaliyyət göstərib. Bir müddət sonra onlar "Difai" adı altında birləşsələr də, təşkilatların ən başlıca məqsədi Azərbaycan türklərini öz ərazilərində qətliama və qırğınlara məruz qoyan erməni daşnaklarına qarşı mübarizə aparmaq, zülmə və haqsızlığa son qoymaq olub. Tarixlə az-çox maraqlananlara yaxşı bəllidir ki, "Difai" Partiyası qısa vaxt ərzində millətin və Vətənin qarşısında duran hər bir kəsi məhv etməklə misli görünməmiş qeyrət səhifələri yazır. Məhz onun fəaliyyəti nəticəsində artıq ermənilər Azərbaycan türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar. Müəyyən vaxtdan sonra "Difai"nin ardıcılları - "Müsəlman Xeyriyyə Cəmiyyəti" və "Qarabağ Birlik Məclisi" peyda olur...
Gördüyünüz kimi, hələ yüz il öncə bizim bu cür təşkilatlarımız olub. Deməli, marağında olsaq, bu gün də onların davamçılarını bir araya gətirə bilərik. Nə vaxta qədər ASALA və digər erməni terror təşkilatlarının təhdidlərinə ancaq sözlə cavab verəcəyik? Məncə, artıq sözlə yanaşı, güc də nümayiş etdirməyin vaxtıdır. Bunun üçün isə mütləq və mütləq "Fədai" və "Difai"ni bərpa etmək gərəkdir! Başqa çıxış yolumuz yoxdur.
P.S. Bir neçə gün əvvəl Dünya "Boz Qurd" Təşkilatı ASALA-nın Azərbaycana ünvanlanmış hədələrinə layiqli cavab verib. Qurum birmənalı şəkildə bildirib ki, hər bir sui-qəsdə qarşı dünyanın hər bir nöqtəsində erməni millətindən olan, kimliyindən asılı olmayaraq 2 sui-qəsdlə, hər bir partladılan bombaya 2-siylə cavab veriləcək, hər bir öldürülən azərbaycanlının əvəzinə 2 erməni öldürüləcək. Daha yaxşı olardı ki, Azərbaycanın özünün də bu cür təşkilatları olsun və onlar da eynilə bu cür sərt ifadələrlə çıxış edib ölkəmizin keşiyində durduqlarını cümlə-aləmə bəyan etsinlər.
   ASALA 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.

"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə "Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. 1975-ci ildə Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, fələstinli dəstələrin yardımı ilə yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçiyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir.

Salam əziz oxuyucularım. İndi mənim dəli olduğumu düşünəcəksiz bəlkədə, ancaq elə deyil!
Sizlərə onu deyim ki, birazdan oxuyacaqlarınızı bir yuxum kimi başa düşün ondan artıq bir şey yox. Başlayaq
mənim gələcəkdə Azərbaycanda olan mövqeyimdən. Bu məlum deyil. Onu bilirəm ki, fikrim dövləti idarə edən güclərdən biri olmaqdır. Şərt o deyil ki, Prezident, Baş Nazir və b. kimi vəzifələrdə işləyim. Amma dövləti yaxşı yola yönləndirən dövlətin dərin və görünməyən gözü və sözü ola bilməmdir. Bax mən bunu istəyirəm. Bu cümlələrdən bir şey başa düşmə məcburiyyətində deyilsiz, ancaq onu deyim ki, dünyada 203 ölkə var və ən azından bu ölkələrin 90 ının idarə edəni köhnə kəşfiyyatçılardır. İndi kəşfiyyat haqqında kitab yazma mərhələsindəyəm və onu diyə bilərəm ki, ƏGƏR MƏN BİR DÖVLƏTİN İDARƏÇİSİ OLSAYDIM NƏ EDƏRDİM:  
İlk öncə Dövləti Meydana gətirən ünsürlərdən danışmaq istərdim.


1. Ərazi ( Torpaq sahəsi)
2. Əhali ( Xalq - İnsan )
3. Ordu ( Əsgər - Polis )

Yuxarıdakı tanımlardakı məhsul bunlardır:

İnsan ünsürü : Xalq və ya millət ünsürü olaraq da adlandırıla bilər. Müəyyən bir sahədə birlikdə yaşayan və müxtəlif bağlarla ortaq yaşamaq iradəsi göstərən insan birliyidir . Bir dövləti meydana gətirəcək insanların sayı haqqında bir alt sərhəd olmamaqla birlikdə dövlətin xüsusiyyətinə görə məqbul bir alt sərhəd qəbul edilə bilər. Müasir yanaşmaya görə millət ünsürünün qurula bilməsi üçün mənəvi xüsusiyyətdə bağlar kafi olub bu mənada birlikdə həyata iradəsinin doğulması kifayətdir.

Suverenlik ünsürü : Siyasi iqtidar ünsürü olaraq da adlandırılan bu ünsür , Dövlətin əsas qurucu ünsürüdür. Müəyyən bir yer üzü parçası üzərində yaşayan insan birliyinin üstün iradə çərçivəsində birləşməsinin, Suverenlik anlayışı nüfuzdan fərqli olaraq ölkə içində yeganə qanuni güc qaynağı olmağı ifadə edərkən ölkə xaricində ( beynəlxalq sahədə ) müstəqil olmaq mənasını verməkdədir.

Ölkə ünsürü : Ölkə , coğrafi mənada bir bütünlük təşkil edən və sərhədləri təyin oluna bir quru parçasını ifadə edər. Ancaq dövlətin sərhədləri mövzusunda bir müzakirə tapılması mümkündür. Ancaq dövlət sərhədləri nəzərdə tutula bilər bir torpağa sahib olmalıdır. Dövlətin ölkəsi quru ölkəsi , dəniz ölkəsi və hava ölkəsi olaraq üçə ayrılar.

Həəə. Indi mənim xəyalında olduğum o ölkənin xəritəsini çəkək. Xəyalımda olan O Türküstan adlı dövləti Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Türkmənistanın 100%i. Suriyanın 48%, İraqın 10%, İranın 25%ini bir birinə birləştirərək vahid türk dövləti yaratmaqdı.
Sual verə bilərsiniz ki, Gürcüstan və Ermənistan Türk və ya müsəlman dövlət deyil. Düzdü heçkimin dininə qarışan deyiləm ancaq, o dövlətlərin strateji mövqeyi Türküstan üçün əhəmiyyət daşıyır. Söhbət burda hansı din və ya hansısa millətin türk torpağında yaşamağı deyil. Söhbət burda bu yaradılmış Türküstan adlı dövlətin yolu ilə dünyada sülh və əminamanlığın bərpası və vahid regional dövlət olmasıdır. Nüvə, Qızıl, Almaz, Neft-Qaz və b. Kimi ünsürlərdən istifadə edərək öz Ordu və Strategialarını, ştatlardan əmələ gəlmiş Amerika dövləti kimi güclü və sahibinin məlum olmadığı, əslində dərində yatan bir gizli sahiblərinin olduğu dövləti qurmaq istəyirəm. Buyurun buda sizə Böyük Türküstan adlı dövlətimin xəritəsi.




Google'un ağıllı telefon bazarını ələ keçirən Android əməliyyat sisteminin əvvəlki texnologiya müdürü Andy Rubin, vəzifəsindən ayrıldıqdan sonra səssizliyə bürünmüşdü. Rubin,New York Times'a verdiyi müsahibədə Google ilə səssiz — sədasız davam etdirdikləri yeni layihə haqqında danışıb: Robot istehsal etmək.Android'in əvvəlki müdürü Andy Rubin, Mart ayında vəzifəsindən ayrılacağını açıqladığında texnologiya dünyası çox təəccüblənmişdi. Rubin, vəzifəsini tərk etdikdən sonra səssizliyini qoruyarkən, haqqında «robotlar üzərində çalışdığı» şaiyələri yaranmışdı. O, bu iddiaları doğrulayıb.Google planlarından daha çox öz beynindəki planlardan danışan Rubin, bir çox robot şirkəti alan Google ilə robot texnologiyası üzərində çalışdığını bildirdi.Rubin,Android'i tərk etdikdən sonra Google şirkətinin qurucuları Sergey Brin və Larry Page'i razı sala bildiyini, robot sahəsinə büdcə ayrılması mövzusunda anlaşdıqlarını söylədi. Android'inqurucusu, robot şöbəsinin Google X laboratoriyasından ayrı olacağını ifadə edib. Hətta, robot laboratoriyası bir gün ayrı bir şirkətə çevrilə bilər və Google'un robot firması qurula bilər.
Leonardo da Vinçi ”Son Axşam Yeməyi“ adlı əsərini çəkərkən böyük bir çətinliklə qarşılaşır.
“Yaxşı”nı İsanın bədənində,”Pis”i isə İsanın yoldaşı olan və son axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi.
Əsəri yarım qoyaraq bu iki insana model olaraq istifadə edə biləcəyi birilərini axtarmağa başladı. Bir gün bir xorun verdiyi konsert əsnasında xordakılardan birinin İsa təsvirinə çox uyğun olduğunu gördü. Onu modellik etməsi üçün atelyesinə dəvət etdi. Saysız qaralama və eskiz çəkdi.
Aradan 3 il keçdi. ”Son Axşam Yeməyi“ əsərinin tamamlanmasına az qalmışdı. Ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli tapa bilməmişdi.
Leonardonun işlədiyi kilsənin kardinalı, əsəri bir an əvvəl bitirməsi üçün rəssamı tələsdirməyə başladı.
Günlərlə axtardıqdan sonra Leonardo vaxtından əvvəl yaşlanmış gənc bir adam tapdı. Çınqıllar içindəki bu adam sərxoşluqdan özünü itirmiş vəziyyətdə səkinin kənarına sığınmışdı.
Leonardo köməkçilərinə adamı çətinliklə də olsa kilsəyə gətirmələrini söylədi. Çünki artıq qaralama çəkəcək zamanı qalmamışdı. Kilsəyə çatanda köməkçiləri adamı ayağa qaldırdılar. Yazıq başına gələnləri anlamamışdı.
Leonardo adamın üzündə görülən inancsızlığı, günahı, eqoizmi əsərə əks etdirirdi.
Leonardo işini bitirdiyində, o zamana qədər sərxoşluğun təsirindən xilas olan bərduş gözlərini açdı və bu möcüzə əsəri gördü. Təəccüb və hüzn dolu bir səslə belə dedi:
Mən bu əsəri daha əvvəl görmüşəm.

 Leonardo da Vinçi təəccüblə soruşdu:

 ”Nə vaxt?

Bədbəxt insan dedi:
Əlimdə ovucumda olanı itirmədən əvvəl. O zamanlarda bir xorda mahnı oxuyurdum, bir çox xəyalım vardı. Bir rəssam məni İsanın siması üçün modellik etməyə dəvət etmişdi.”
Yaxşı və pisin siması eynidir… Hər şey insanın yoluna nə vaxt çıxacağından asılıdır…
Xəbər verildiyi kimi, Rusiyada nəşr olunan “Целый мир в твоих руках” adlı atlas-dərginin İrana həsr edilmiş sayında Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Ermənistan ərazisi kimi təqdim edilib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq bu faktla bağlı araşdırmalara başlayıb. Ölkəmizin xarici siyasət idarəsi konkret olaraq müvafiq tədbirlər görmək niyyətindədir.
Nazirliyin mətbuat katibi Elxan Poluxovun sözlərinə görə, məsələ ilə bağlı hazırda müvafiq araşdırma işləri aparılır: “İlk növbədə bu nəşriyyat kimin sifarişi ilə çıxıb, bu səhv yer tutubsa da nə cür yer tutub, aradan qaldırmaq hansı formada ola bilər. Bu suallara cavab tapdıqdan, məlumat əldə edəndən sonra sözsüz nazirlik tərəfindən lazımi tədbirlər görüləcək. Yəni həm nəşriyyatın özü ilə əlaqə saxlanılacaq, eyni zamanda səhvi aradan qaldırmaq təklif ediləcək”.
Qeyd edək ki, nəşriyyat evinin səhvinə Krım Azərbaycanlıları İcması da reaksiya verib. Onların dərginin redaksiyasına göndərdiyi etiraz məktubuna cavab olaraq nəşriyyat səhvin baş verdiyini etiraf edərək, yanlışlığın növbəti saylarından birində düzəldiləcəyinə söz verib.
Xatırladaq ki, “De Aqostini” nəşriyyat evi İtaliyada 100 il bundan əvvəl yaranıb. 1 milyard avroya yaxın illik dövriyyəsi olan qurum 250-yə qədər dərgi buraxır. Onlardan bir qismi Azərbaycanda da yayılır.

Tanınmış “Global Firepower” hərbi nəşri dünyanın ən güclü ordularının yeni siyahısını hazırlayıb. Siyahı ölkələrin hərbi büdcələri, sahib olduqları əsgər, silah və hərbi texnika sayı nəzərə alınaraq hazırlanıb. 

Mən sizlərə həmin siyahını təqdim edirəm:

10. Braziliya ordusu: büdcəsi 31,5 milyard dollar, hərbi personalı 371 min nəfər

9. İtalya ordusu: büdcəsi 31,9 milyard dollar, hərbi personalı 293 min nəfər

8. Cənubi Koreya ordusu: büdcəsi 28,2 milyard dollar, hərbi personalı 653 min nəfər

7. Almaniya ordusu: büdcəsi 43,7 milyard dollar, hərbi personalı 148 min nəfər

6. Fransa ordusu: 58,2 milyard dollar, hərbi personalı 362 min nəfər

5. İngiltərə ordusu: büdcəsi 57,8 milyard dollar, hərbi personal 224 min nəfər

4. Hindistan ordusu: büdcəsi 44,2 milyard dollar, hərbi personal 1,3 milyon nəfər

3. Çin ordusu: büdcəsi 129 milyard dollar, hərbi personal 2,2 milyon nəfər

2. Rusiya ordusu: büdcəsi 64 milyard dollar, hərbi personalı 1,2 milyon nəfər

1. ABŞ ordusu: büdcəsi 689 milyard dollar, hərbi personalı 1,5 milyon nəfər


Bircə təhsüfləndiyim şey Azərbaycanın o qədər milyonu ola ola ordusunun it günündə olmasıdı. Duxları ancaq Ermənistan kimi aciz bir ölkəyə xox gəlməyə çatır. Şərt o deyil ordun olsun! şərt odur ki, o ordunu yaxşı bir şəkildə idarə edə biləsən.! Əsgər ölümləri olur. Cammat 18 il uşaq böyütmür ki, bəzi ruşvətxor zabitlər o igidləri öldürsün. mən o əskərlərə şəhid adı verərəm, çünki onlar vətəni qorumağa getdikləri üçün öldürülüblər.!!! 
Nəysə sizlərə uğurlar.! rəy yazmağı unutmayın.

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X