Xəbər verildiyi kimi, Rusiyada nəşr olunan “Целый мир в твоих руках” adlı atlas-dərginin İrana həsr edilmiş sayında Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Ermənistan ərazisi kimi təqdim edilib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq bu faktla bağlı araşdırmalara başlayıb. Ölkəmizin xarici siyasət idarəsi konkret olaraq müvafiq tədbirlər görmək niyyətindədir.
Nazirliyin mətbuat katibi Elxan Poluxovun sözlərinə görə, məsələ ilə bağlı hazırda müvafiq araşdırma işləri aparılır: “İlk növbədə bu nəşriyyat kimin sifarişi ilə çıxıb, bu səhv yer tutubsa da nə cür yer tutub, aradan qaldırmaq hansı formada ola bilər. Bu suallara cavab tapdıqdan, məlumat əldə edəndən sonra sözsüz nazirlik tərəfindən lazımi tədbirlər görüləcək. Yəni həm nəşriyyatın özü ilə əlaqə saxlanılacaq, eyni zamanda səhvi aradan qaldırmaq təklif ediləcək”.
Qeyd edək ki, nəşriyyat evinin səhvinə Krım Azərbaycanlıları İcması da reaksiya verib. Onların dərginin redaksiyasına göndərdiyi etiraz məktubuna cavab olaraq nəşriyyat səhvin baş verdiyini etiraf edərək, yanlışlığın növbəti saylarından birində düzəldiləcəyinə söz verib.
Xatırladaq ki, “De Aqostini” nəşriyyat evi İtaliyada 100 il bundan əvvəl yaranıb. 1 milyard avroya yaxın illik dövriyyəsi olan qurum 250-yə qədər dərgi buraxır. Onlardan bir qismi Azərbaycanda da yayılır.
Yazıya Bloqdan keçid
Dəfə Olub.
0 коммент.:
Yorum Gönder
Rəy üçün Təşəkkür edirəm =)