Salam oxucularım. Yazılarımı oxumağa davam etdiyiniz üçün təşəkkürlər. həəə gəlim bugünkü yazıma:
Dünən axşam evə gələndə yemək yanığı iyi hiss etdim və o iy məni uzaqlara apardı, əlim ayaqqabımda 1saat qaldı. 1 Saat fikrə getdim. O fikirlər isə o iydən gəlirdi, eləbil o yemək yanığı iyi dilsiz danışırdı. Yadıma düşən birinci şey Anamın o soğan qoxan əlləri ilə mənim saçımı oxşaması, bayram vaxlarında bacım olmadığı üçün bizim hərşeyə kömək etməyimiz, bayram saatını səbirsizliklə bir fikirlə gözləyib sonra, bayramın ən gözləlini qeyd edib, yenə həyatımıza qaldığımız yerdən davam etməmiz idi. Düzdü bütün bayramlar eyni olmurdu. Ancaq Anamın bişirdiyi Plov və çürbəcür salatların dadı hələdə damağımdadı. Olardı yenə yeyərdim. Ehhhh yəqin yenə o yeməkləri yemək və Rəhmətlik Nənəmin o soyuq qış axşamlarında danışdığı qorxulu nağıllara birdə qulaq asmasamda, yadıma sala bilmək. Unutmamaq istərdim! Hərşeyi! Hərkəsi!
Ancaq mən başqaları kimi normal olmadığım üçün hər şeyi yazıram =)
Nəisə bu qədər, yəqin xoşunuza gəldi =) Qalın Salamat...
Bayramınızda Mübüş olsun =)

İH/28.12.2013/Kharkiv
Bəzən fikrim çox yayınır, ətraf aləmdən tcrid olurmuş kimi. Yanımdakılar mənə səslənsədə eləbil eşitmirəm, eşidəndədə
-Hə Nə? kimi suallar verirəm. Yanımdakı yenə unutdun hə deyir və mən
-Unutdurmayan, unudulmuru dostum. deyərək həyatıma qaldığım yerdən davam edirəm. Dostlarımın bu sözlərdən heçnə anlamadığını bilirəm ancaq yenədə Gərcəklik və Xəyal,  Həqiqət və Məcazilik arasındakı fərqləri anlamaq üçün beynimdə fırtınalar edirəm.
Soruşa bilərsiz ki, Həqiqət və Məcazilik nədir?
Məcaz - Sən və Mən, Mən və Dostlarım. Biz bir yuxuyuq, hamımız bir yuxuyuq. Ölən kimi oyanırıq və onda Həqiqət başlayar. Birdə ölmədən öncə ölənlər var ki, onlar üçün Həqiqət bu dünyadan başlayır.
Soruşa bilərsiz ki, O zaman Həqiqəti axtarmaq ölməyi istəməkmidir?
Yox dostum, ölməyi istəmək olmaz! Ölmədən öncə ölməyi istəmək olar. Ölmədən öncə ölməyi istəməksə, fani olana bağlanmamağı öyrənməkdir. Buda SEVGİ dir. Yəni ölümsüz olmaqdır.
Soruşa bilərsiz ki, Mənim sevgilimə bağlanmam məcazdır?
Bəli! sadəcə məcaz.
Soruşa bilərsiz ki, Yəni gərcək deyil.?
Sonlu olan, fani olan heçbirşey gərçək deyildir.
Soruşa bilərsiz ki, ama niyə mən sevgilimi həyatımın ən gərçəyi kimi hiss edirəm.
Bax elə məcazında böyük fintəsidə burdadır dostum. Özünü Həqiqətin özü olaraq göstərir. Biz gərçək deyilik dostum. Biz gərçəyin surətləriyik, yansımalarıyıq. Böyük danışmamq lazım deyil.
Soruşa bilərsiz ki, Həqiqəti mənmi sevdim? 
Həqiqəti sənə sevdirən kimsə, gərçək yalnızca odur. Ona aşiq oluncaya qədər daha çoox məcaz yaşayarsan.

İH / Kharkov / 25.12.2013
 İndicə bir yaxşı filmə baxdım. Film, film dedikdə çox güman ki, ağlınıza romantika və melodramma gəlir. Ancaq bu filmdə həm dram həm romantika həmdə hər şey var idi. Filmə baxdım və çox şey öyrəndim. yadıma bəzi həyatımda etdiyim yalnış və düz əməllərim düşdü. İçicmi çəkərək, düzələr deyib o əsrarəngiz filmə baxmağa davam etdim. Filmim hansı film olduğunu deməmişdən qabaq onu deyə bilərəm ki, filmin əsas qəhramanı cansız ROBOTdur. Bəli robot!
O robot ki, hissləri var. O robot ki, ağlı ilə hərəkət edir, istədiyini icra edir. Düzdü 1999cu ilin fantastik filmi olmağına baxmayaraq, çox düşündürücü filmdir.
İndi gələk filmin məndə oyatdığı təsuratlara:.
1. Sevgi! biz insan ola ola bir sevgini qoruya bilmirik, ən azından mən. ancaq bir robot sevdiyi qızdan yana ölümü gözə alır. hansıkı 200 il robot kimi yaşayıb və sonsuza kimi qocalmadan, ölmədən yaşaya bilər. ama bu robot insan olmağı, hiss etməyi, ölməyi seçir
2. İnsanara qarşı sadiqliyi və dürüstlüyü! Martin adlı robotumuz yalan danışmağı bacarmır. ancaq yalanıda sevmir. Ancaq biz insanlar yalan danışıb, yalanı sevirik. Düzdü məndə yalanı sevmirəm, ancaq hərdən danışdığım olur. Bax elə sənin kimi!
3. Filimdən çıxartdığım nəticə: 
3.1. Həyatımda indi tanıdıqlarımnan başqa yeni tanışlıqlara qadağa.
3.2. Kürəyimi divardan başqasına dayamamaq.
3.3. Sevgi dediyin şeyə inanmamaq, çünki başımı çox ağrıtdığı kimi, fərdlər arasında problemlərədə səbəb olur.
bu qədər. ancaq filmin izləmə linklərini aşağıda paylaşım sizdə baxın deyə.

RUSCA dublaj HD720p: http://goo.gl/zj6cQy

Türkcə dublaj HD720p: http://goo.gl/ej8WF0

Film haqqında: http://tr.wikipedia.org/wiki/Robot_Adam

23.12.2013 / kharkov/ IH




Yaponiyanın Naqoya Universitetinin əməkdaşları Suyoşi Şimmura və Takaşi Yoşimura xoruzların səhərin açılmasını necə öyrəndiklərini araşdırıb. Araşdırma çərçivəsində bir neçə xoruz içinə kamera yerləşdirilmiş qaranlıq otaqda saxlanılıb.
Bu zaman xoruzlar günün bütün vaxtı banlasa da, çoxu Günəş doğarkən banlayıb. Günəş işığı görmədən 2 həftə qaranlıq otaqda saxlanılan xoruzların bioloji ritmləri getdikcə pozulub və onlar daha az banlamağa başlayıblar.
Daha 2 həftə qaranlıq otaqda qalan xoruzlar 24 saatlıq bioloji ritmlərini tamamilə itirib və nəticədə Günəşin çıxmasını ayırd edə bilməyiblər. Ümumilikdə, 1 aya yaxın qaranlıq otaqda saxlanılan xoruzların işıq görmədikləri üçün bioloji ritmlərinin tam pozulduğu məlum olub. Bu ritmin yenidən işə düşməsi üçün xoruzların işığa ehtiyac duyduqları öyrənilib.
1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır
1. Fransada insan siması olmayan gəlinciklərin satışı qadağandır.
2. Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən ideal ölkə seçilib.
3. Peyğəmbərimiz (s) buyurub: “Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur:  Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.
4. Qədim Romada xəstə cərrahiyyə əməliyyatı zamanı ölərdisə, cərrahın əllərini kəsirdilər.
5. Sienada (İtaliya) Mariya adlı qadın fahişə ola bilməz.
6. Dünyadakı canlıların 70%-i bakteriyalardır.
7. Fil yeganə heyvandır ki, 4 dizi vardır.
8. Tokioda zooparklar il ərzində 2 ay bağlanır ki, heyvanlar insanlardan dincəlsinlər.
9. Arının çalmağından hər il çox adam ölür, nəinki ilanın çalmağından.
10. Akulalarda xərçəng xəstəliyinə qarşı immunitet vardır.
 
11. Qorillalara hamiləliyə qarşı dərman təsir edir.
12. Ən çox susuz qala bilən heyvan siçovuldur.
13. Straus yumurtasını bişirmək üçün 4 saat vaxt lazımdır.
14. 1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır.
15. Şimpanze yeganə heyvandır ki, güzgüdə özünü tanıya bilir.
16. Aranqutanq sözü afrikalıların dilində meşədən gəlmiş adam deməkdir.
17. Krokodillər daş udurlar ki, daha dərinə bata bilsinlər.
18. Həzrət Rəsulullah (s) buyurub: “Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdə, sənə kömək edən və onu unutduqda səni yad edən”.
19. Sara Bernar 13 yaşlı Julietta rolunu 70 yaşında canlandırıb.

20. Bethoven bir dəfə xuliqanlıq üstündə həbs edilib.
21. D.Vaşinqton öz bağında marixuanna yetişdirirmiş.
22. Burun insanda bütün ömrü boyu inkişaf edir.
23. 20 uşaqdan yalnız biri həkimin dediyi tarixdə doğulur.
24. Dil izləri bütün insanlarda fərdidir.
25. Bədən temperaturunun 80%-i insanın başından çıxır.
26. Beynin 80%-i sudan ibarətdir.
27. Bir insanın bədənində dünyada yaşayan insanların sayından çox canlı orqanizm var.
28. İnsan başının orta çəkisi 3.6kq-dır.
29. İnsan ömrü boyu iki böyük basseyni doldura biləcək qədər tüpürcək ifraz edir.
30. Peyğəmbərimiz (s) buyurub: “Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir”.
31. Dünyanın ən böyük gölü 375.000 kvadrat km-ə sahib olan Xəzər gölüdür.
32. Dünyada ən uzun çay Nil çayıdır. 


Google'un ağıllı telefon bazarını ələ keçirən Android əməliyyat sisteminin əvvəlki texnologiya müdürü Andy Rubin, vəzifəsindən ayrıldıqdan sonra səssizliyə bürünmüşdü. Rubin,New York Times'a verdiyi müsahibədə Google ilə səssiz — sədasız davam etdirdikləri yeni layihə haqqında danışıb: Robot istehsal etmək.Android'in əvvəlki müdürü Andy Rubin, Mart ayında vəzifəsindən ayrılacağını açıqladığında texnologiya dünyası çox təəccüblənmişdi. Rubin, vəzifəsini tərk etdikdən sonra səssizliyini qoruyarkən, haqqında «robotlar üzərində çalışdığı» şaiyələri yaranmışdı. O, bu iddiaları doğrulayıb.Google planlarından daha çox öz beynindəki planlardan danışan Rubin, bir çox robot şirkəti alan Google ilə robot texnologiyası üzərində çalışdığını bildirdi.Rubin,Android'i tərk etdikdən sonra Google şirkətinin qurucuları Sergey Brin və Larry Page'i razı sala bildiyini, robot sahəsinə büdcə ayrılması mövzusunda anlaşdıqlarını söylədi. Android'inqurucusu, robot şöbəsinin Google X laboratoriyasından ayrı olacağını ifadə edib. Hətta, robot laboratoriyası bir gün ayrı bir şirkətə çevrilə bilər və Google'un robot firması qurula bilər.

Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərib ki, həyatın travmatik anları və hadisələrinin izi nəsildən nəslə genetik yaddaşın mexanizmi əsasında keçə bilir.
Tədqiqatların nəticəsinə görə, travma effekti sperma hüceyrələrinin DNT-də iz buraxa bilər və nəticədə növbəti nəsillərdə özünü biruzə verə bilər.
Nature Neuroscience jurnalında dərc olunmuş tədqiqatın nəticələri göstərib ki, müəyyən iydən, qoxudan qorxmağa vərdiş etmiş siçanların balalarında və növbəti törəmələrində də həmin reaksiya özünü biruzə verməkdədir.
Ekspertlərin qənaətincə, tədqiqatın nəticələri xof, əndişə və təşviş kimi hisslərin araşdırılması üçün mühümdür.
Heyvanlar tədqiqatlar zamanı albalı ağaçı çiçəklərinin iyindən xoflanmağa alışdırılıb.
Bu qoxu gələndə siçanlar o vaxtadək cərayanla vurulurdu kı, onlarda bu iyə qarşı qorxu refleksi yaransın.
Nəticədə həmin qoxunu duyan kimi siçanlar həmin yerdən sürətlə uzaqlaşıblar.
Bundan sonra tədqiqatçılar siçanların spermasını tədqiq edərək, müəyyən ediblər ki, DNT-də iy duymaya cavabdeh reseptor Olfr151, «qorxudulmuş» siçan törəmələrində olduqca fəal rejimdə işləyir və nəticədə müəyyən iyə həssas reseptorun da fəaliyyət əmsalı normadan yüksəkdir.
Bu araşdırrma ABŞ-ın Emory Universitetində aparılıb.
Elmi araşdırmalar genlərin DNT ilə yanaşı beyin strukturlarında da dəyişiklik aşkar edib.
Hesabatda vurğulanır kı, «valideynlərin mayalanmayadək təcrübəsi, hər iki struktura, o cümlədən, gələcək nəsillərin sinir sisteminin strukturuna da nəzərəçarpan dərəcədə təsir edir» .
Araşdırmanın nəticələri «epigenetic irsilik» nəzəriyyəsini təsdiqləyir, beləki mühitin canlı orqanizmlərin genlərinə təsir etməsi və həmin təsirin izlərinin gələcək nəsillərə keçməsi sübut edilib.
Tədqiqatçılardan biri — doktor Brian Dias BBC-ə deyib ki, «bu elə bir mexanizmdir ki, onun nəticəsində törəmələr özlərində əcdadlarının izlərini daşıyır».
«Heç bir şübhə yoxdur kı, sperma və yumurtada baş verən dəyişiklər gələcək nəsillərə keçir».
London University College-dən professor Marcus Pembrey deyib ki, əldə olunan nəticələr «fobia, həyacan və post-travmatik stres kimi xəstəliklərin müalicəsi üçün» vacibdir və yaddaş formasında nəsildən nəslə keçə bilməsini «birmənalı dəlillərlə» sübut edir.
Onun təbirincə, alimlər «insan genlərində dəyişiklərin təsiredici effektini ciddi tərzdə nəzərə almalıdırlar».
«Düşünürəm ki, sinir sistemi və beyin, neyro-psixiatriya, piylilik, şəkər və metabolizm xəstəlikləri kimi pozuntuları ümumilikdə nəsildən-nəsilə keçmə effekti nəzərə alınmadan anlamaq mümkün deyil».
Alimlərin qənaətincə, iydən xoflanma effektinin irsilikcə keçməsini qoxunun qan-damar sisteminə hopması və qan vasitəsilə sperma strukturuna təsir etməsilə və ya beyindən göndərilən sinir siqnalı vasitəsilə spermadakı DNT-ə təsirilə izah etmək mümkündür.
Danışacağım bu heyrətləndirici hekayəyə inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm.   Mənim, özümün inanmadığım bir şeyə sizləri inandırmağa qalxışmağım dəlilik olar. Bununla belə dəli deyiləm və xəyal da görmədim. Amma sabah öləcəyim üçün, bugün içimi boşaltmaq istəyirəm. Məqsədim hərkəsə açıq, qısaca, çeşidli düşüncələr, görüşlər irəli sürmədən, evimdə olub-bitənləri başa salmaqdır. Bu hadisələr, ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çökməyimin səbəbi oldular. Yenə də, bunları açıqlamağa çalışmayacam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr, başqalarına qorxunc gəlmədiyi kimi, şişirdilmiş də gələ bilər. Bəlkə, irəlidə, məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan biri, Danışacağım şeylərin bir-birlərini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub, gördüyüm qarabasmanı gerçəklik sadəliyinə endirəcəkdir.
Uşaqlığımdan bəri, itaətkarlığım və hər kəsə, hər şeyə mərhəmət hissim diqqət çəkirdi. Bu mərhəmət hissi məndə o qədər çox idi ki, dostlarımın ələ salmalarından yaxamı qurtara bilməzdim. Xüsusilə də heyvanlara qarşı belə idim və ailəm bir çox heyvan bəsləməyimə göz yummaq məcburiyyətində qalırdı. Vaxtımın çoxunu bu heyvanlara ayırır, ən zövqlü dəqiqələrimi onları bəsləyib əzizləyəndə duyardım. Bu əcayib xüsusiyyət yaşım artdıqca zövqlərimdən biri oldu, insana çox bağlı və düşkün bir iti sevmiş olanlara bu zövqü anlatmağım gərəksizdir. Eqoistlikdən tamamiylə uzaq və heçbir mənafe gözləməyən heyvanın sevgisi ilə, insanın heç də sağlam təməllərə dayanmayan dostluğu bir-birindən çox fərqlidir.
Gənc yaşımda evləndim və arvadımın zövqlərinin də mənimkilərə uyğun olduğunu görərək çox sevindim. Mənim ev heyvanlarına düşkünlüyümü görən arvadım rastlaşdığı əcaib heyvan çeşidlərini evə daşıdı. Quşlarımız, mərcan balığımız, gözəl bir itimiz, dovşanlarımız, kiçik bir meymunumuz və bir pişiyimiz oldu. Qeyri-adi iri və gözəl olan bu pişik qapqara və son dərəcədə hiyləgər idi. Hiyləgərliyindən söhbət açılmışkən, köhnə inanclara heç də bel bağlamayan arvadım qədim bir inanca görə bütün qara pişiklərin başqa cildə girmiş cinlər olduğunu deyirdi. Adı Pluto olan bu pişik ən çox sevdiyim, baxdığım heyvan idi. Onu sadəcə mən bəsləyərdim. Evin içində hara getsəm, arxamca gələrdi. Küçədə belə məni izləyərdi.
Dostluğumuz bu yolla illərlə davam etdi. Təəssüflər olsun ki, içki aludəçisi oldum, (söyləməyə utanıram) xasiyətim tamamiylə dəyişdi, pisliyə tərəf yönəldi. Hər keçən gün biraz daha əsəbi,cəncəl, başqalarının hisslərinə qarşı sayğısız oldum. Arvadıma da ağzıma gələni deyirdim. Zamanla daha da pisləşərək döymək həddinə qədər çatdım. Bu arada evdəki heyvanlar da xasiyətimdəki dəyişiklikdən paylarını almaqda gecikmədilər. Yalnız baxımsız qoymaqla qalmayaraq, onlarla pis davranmağa da başladım. Bununla belə Pluto'ya olan hədsiz sevgim, ona qarşı sərt davranmağımı demək olar ki, mane oldu. Amma dovşanları, meymunu və hətta iti ətrafımda görüncə təpikləmədən dayana bilmirdim. Alkoqolun təsirilə xəstəliyim getdikcə artdı. Artıq xeyli yaşlanmış Pluto da, təpiklərdən «payını» almağa başladı.
Bir gecə şəhərin meyxanalarını gəzib evə dönəndə, pişiyin məndən qaçmaq istədiyini gördüm. Heyvanı tutdum; pişik qorxudan çaş- baş qalıb əlimi dişlədi. O anda sanki şeytan qəlbimə girdi və sanki bir pislik ruhuma sahib olmuş kimiydi, hər tərəfim pislik etmək zövqüylə titrədi. Cibimdən iti çınqılı çıxardım, açdım və yazıq heyvanın boynundan tutaraq bir gözünü oydum. Bu yabanılıq anında titrəyir, utancımdan yerin dibinə girirdim. Səhər vaxtı ağlım başıma gələndə etdiklərimi qorxu və peşmanlıqla xatırladım. Amma bu duyğular çox çəkmədi, yenidən içki aləmlərinə qərq olaraq etmiş olduğum bu pisliyi yaddaşımdan sildim. Bu arada pişik yavaş-yavaş sağaldı. Oyulmuş olan gözünün çuxuru nə qədər qorxunc görünsə də, iztirab çəkməli vəziyyətdə deyildi. Həmişəki kimi evin içində gəzirdi, çox təbii olaraq məni görəndə qorxuyla qaçırdı. Əvvəllər məni çox sevən heyvanın bu hərəkətini görəndə üzüldüm, amma bu hissiyat gedərək diksinməyə çevrildi. Bundan sonra məni uçurumun sahilinə gətirən PİSLİK bütün ruhumu əhatə etdi. Bu ruhi vəziyyəti fəlsəfədə tapmaq mümkün deyil. Yaşadığıma inandığım qədər, pisliyin də insanlığın ilk və təməl instinktlərindən biri olduğuna, insan xarakterinə istiqamət verən duyğuların birini əmələ gətirdiyinə inanıram. Bütün şüurumuzda və məntiqimizdə sırf qəbul edilmiş olduqları üçün pozmağa meyilli olduğumuz adət-ənənələr, sistemlər yoxdurmu? Məhz bu pislik istəyi məni uçuruma sürükləyən son güc oldu. Sırf əziyyət etmək, xarakterimə zidd davranış göstərmək üçün məsum heyvanlara pislik edirdim. Bir gün səhər, pişiyin boynuna bir ip keçirib, onu bir ağacın budağına asdım. Bunu edərkən gözlərimdən yaşlar boşaldı və acı bir peşmanlıq duydum. Bu günahı, ruhumun heç bir şəkildə bağışlanma ehtimalına qovuşmaması üçün işləmişdim.
Eyni günün gecəsi «Yanğın var!» çığırtıları ilə oyandım. Alov hər tərəfi əhatə etmişdi və bütün ev yanırdı. Arvadım, mən və xidmətçi, özümüzü çətinliklə çölə ata bildik. Nəyisə xilas etmək mümkün olmamışdı. Əlimdə, ovcumda nə varsa yanğın hamsını silib süpürmüş, məni acınacaqlı bir vəziyyətdə salmışdı. Bu zərbə ilə, işlədiyim cinayət arasında bir əlaqə qura bilməyəcək qədər məğlub vəziyyətdəydim. Amma hər şeyi əksiksiz demək, sizə tam məlumat vermək istəyirəm. Yanğının ertəsi günü dağıntının ətrafında dolaşdım. Evin bütün divarları dağılmışdı. Dağılmayan, sadəcə evin ortasındakı yatağımın söykəndiyi divar idi. Suvaq yeni olduğundan, yanğın buranı dağıda bilməmişdi. Bu divarın ətrafına bir çox insan toplanmış, böyük bir diqqətlə gözlərini bir yerə dikib-baxırdılar. "Çox qəribədir, çox təəccüblüdür.." sözləri məndə maraq oyandırdı. Yaxınlaşdım və divara baxanda, sanki xüsusilə çəkilmiş kimi görünən, böyük bir pişik əksi gördüm. Forması qüsursuz idi. Heyvanın boynunda bir ip var idi.
Bunu görəndə çaşqınlıq və qorxu içində qaldım. Pişiyi, evə bitişik olan baxçadaki ağaca asmışdım. Yanğın çıxar-çıxmaz bir çox insan bağçaya dolmuşdu. Bunlardan biri pişiyin boynundakı ipi kəsmiş və hər halda, evdə yatanları oyandırmaq məqsədilə, heyvanı pəncərədən içəri atmışdı. Bu arada dağılan divarlar öldürdüyüm heyvanı sağlam qalan divara sıxışdırmış və alovların təsirilə fosfor gördüyüm formanı ortaya çıxarmışdı. İşi məntiqimi və düşüncəmi işlədərək həll etməyimə baxmayaraq, faciəvi mənzərə düşüncələrimi alt-üst etməkdəydi. Aylarla pişiyin qorxunc şəkli ağlımdan çıxmadı və bu arada peşmanlığa bənzər amma ondan çox uzaq bir hissiyata qapıldım və pişiyin yoxluğunu hiss etməyə başladım. Daha tez-tez baş çəkdiyim meyxanalara gedib-gələrkən eyni rəng və bənzərlikdə bir pişik axtarmağa başladım. Bir gecə, yarı ayıq vəziyyətdə pis bir meyxanada oturanda gözüm böyük bir rom çəlləyinin üstündə duran qara bir cismə sataşdı. Çəlləyə yaxınlaşdım və bu qara cismin qara bir pişik olduğunu gördüm. Bu, Pluto qədər iri və Plutoya bənzəyən bir pişik idi. Plutonun bütün tükləri qapqaraydı, bu pişiyinsə sinəsini əhatə edən ağ tükləri vardı. Heyvana toxunanda o saat yatdığı yerdən qalxdı, miyoldadı, əlimi oxşadı və bu tanışlıqdan duyduğu sevinci hiss etdirdi. Tam istədiyim, axtardığım pişik idi bu. Meyxanaçıya, heyvanı mənə satmağı təklif etdim. Pişiyin sahibi olmadığını və onu ilk dəfə gördüyünü söyləyərək, aparmağıma icazə verdi.
Heyvanı sığallamağa davam edirdim. Evə getmək üçün qalxanda baxdım ki, mənimlə gəlmək istəyir. Çıxdım, heyvan da arxamca gəlməyə başladı. Arabir dayanaraq, onu əzizləyirdim. Sonra birlikdə gəzişirdik. Evə tezliklə alışdı və arvadımın sevimlisi oldu. Mən bundan təsirləndim və heyvandan diksinməyə başladım, istədiyimin tam tərsi olmuşdu. Heyvanı görmək belə istəmirdim. Amma Pluto'ya etdiklərimi düşünəndə xeyli utanır, buna görə pişiyə pis davranmaqdan çəkinirdim. Bir müddət heyvana vurmadım, amma vaxt keçdikcə ona qarşı böyük bir kin bəsləməyə və qaçmağa başladım. Bu kinimin səbəbi, pişiyi evə gətirdiyim gün, eynən Pluto kimi, bir gözünün oyuq olduğunu görməyim oldu. Lakin bu vəziyyət arvadımın pişiyə qarşı daha həssas, qoruyucu davranmağına səbəb oldu. Çünki daha əvvəl söylədiyim kimi, arvadımın da həssaslığı hədsiz idi. Pişiyə olan nifrətim artdıqca, heyvan mənə daha çox yarınırdı. Evdə hara getsəm addım-addım arxamca gəlir, oturduğum stulun yanına uzanır ,ya da qucağıma çıxaraq yaltaqlanırdı. Ayağa qalxıb gəzişəndə ayaqlarımın arasına dolanır yada dırnaqlarını şalvarıma keçirərək üstümə dırmaşmağa çalışırdı. Belə anlarda pişiyi bir vuruşda yox etmək istəyirdim; amma tənhalıq və heyvana qorxuma görə belə bir şey etməyi bacarmırdım. Arvadım bir neçə dəfə pişiyin ağ tüklərinə işarə etmişdi.
Ağ tüklər, asdığım Pluto ilə bu pişik arasındakı yeganə fərqi göstərirdi, ilk günlər diqqətimi çəkməmişdi, amma zamanla yavaş-yavaş bu tüklər gözümdə müəyyən bir forma almağa başladı. Bu forma, qorxu və dəhşətin özünü təmsil edən ölüm və qarabasma darağacının forması idi. Artıq insanlıq hissiyatını tamamiylə itirmiş bir məxluq vəziyyətinə gəlmişdim. Mənim yerimi sanki canavar ruhlu bir məxluq almışdı. Gecə-gündüz bir dəqiqə belə rahatlıq qalmamışdı məndə. Gündüzlər bu canavar ruhlu məxluq mənim yerimi alır, gecələr isə sonu gəlməyən qorxunc qarabasmaların ağırlığı altında əzilirdim. Bu daimi qarabasmaların təsirilə, yaxşılıq anlayışının son qırıntıları da silindi getdi ruhumdan. Beynimdə sadəcə pislik düşüncələri yerləşdi. Uğursuz və qorxunc düşüncələr bir an belə yaxamı buraxmadı. Hər kəsdən, hər şeydən getdikcə daha çox iyrənib diksinməyə başladım. Nəticədə, davamlı bir böhran içində olurdum və arvadım bütün bunlara sinə gəlmək məcburiyyətində qalırdı.
Bir gün arvadımla birlikdə oturduğumuz dağılmış evin zirzəmisinə düşdük. Pişik ayaqlarımın arasında dolaşaraq məni az qalsın nərdivanlardan aşağı yıxacaqdı. Hirsimdən dəliyə dönərək orada olan bir baltannı götürdüm və qorxumu unudaraq heyvana vurmaq həddində qaldırdım. Əgər qaldırdığım kimi də endirə bilsəydim, pişiyi o anda öldürəcəkdim. Lakin arvadım qolumu tutaraq vurmağıma mane oldu. Onun araya girməsinə çok pis əsəbiləşərək qolumu çəkdim və baltanı bütün şiddətilə arvadımın beyninə yerləşdirdim, yıxıldı və öldü. Bu cinayəti işlədikdən sonra heç bir vicdan əzabı duymadan ölünü gizlətmək işinə girişdim. Nə gündüz, nə də gecə, qonşular görmədən cəsədi evdən çıxara bilməyəcəyimi bilirdim. Müxtəlif yollar düşündüm. Bir müddət, cəsədi kiçik parçalara bölərək yandırmağı planlaşdırdım. Daha sonra, zirzəminin altını qazaraq ora basdırmağı düşündüm. Bundan başqa, ölünü bağçadakı quyuya atmaq, bir sandığa yerləşdirib, sanki bir əşyamış kimi bir hambal çağıraraq daşıtmaq da ağlıma gəldi. Nəhayət, bütün bunlardan çox daha yaxşı olduğunu düşündüyüm bir yol tapdım. Cəsədi, orta əsrlərdə keşişlərin etdiyi kimi divara hörməyə qərar verdim.
Doğurdan da, bu iş üçün zirzəmi çox uyğun idi. Divarları tökülmüş və çoxlu suvaq ilə yenidən əhənglənmişdiı. Islanmış olduğuna görə suvağın sərtləşmə ehtimalı yox idi. Bundan başqa, divarlardan birində əvvəllər ocaq kimi istifadə olunmuş bir çıxıntı var idi. Bu çıxıntı sonradan doldurulmuşdu və boşluğun o biri hissələrindən ayırd edilmirdi. Bu çıxıntını örtən kərpicləri yerlərindən çıxararaq cəsədi o boşluğa yerləşdirmək, sonra kərpiclərlə divarı yenidən hörmək asan idi. Beləcə, heç kim işin fərqinə varmazdı. Hesablamalarımda aldanmadım; bir alətlə kərpicləri yerlərindən söküb, ölünü divarın içinə yerləşdirdim və çox əziyyət çəkmədən divarı yenə əvvəlki kimi hördüm. Heç kim divarın yenidən hörüldüyünü anlaya bilməzdi, iş bitəndə bacardığıma xeyli sevinmişdim. Divarın əvvəlki vəziyyəti ilə yeni vəziyyəti arasında fərq yox idi. Yerə düşmüş parçaları böyük bir həssaslıqla tək-tək yığdım, sağa-sola bir göz gəzdirdim, hər şey öz yerində idi.
Daha sonra, bütün bu işlərin səbəbi olan pişiyi axtarmağa başladım. Çünki bu pis heyvanın canını cəhənnəmə yollamaqda tam olaraq qərarlı idim.
Əgər o dəqiqə əlimə keçirə bilsəydim, işi bitmişdi. Pişiyin ortalıqda olmaması məni rahatlaşdırdı. İlk əvvəl, vicdanımda cinayətin ağır yükünü daşımadan rahat yuxuladım, ikinci və üçüncü gecə pişik yenə görünmədi. Mən də, rahat bir nəfəs aldım. Heyvan hər halda qorxmuş, evdən qaçmışdı. Artıq rahat idim, etdiyim cinayət heç vecimə deyildi. Bu arada üzdən bir araşdırma olsa da, şübhə yaradacaq heçbir şey çıxmadı. Üstəlik, evdə bir axtarış da etdilər, amma təbiî olaraq, bir şey tapmadılar. Gələcəyə güvənlə baxırdım artıq. Cinayətdən sonrakı dördüncü gün polislər yenə gəldilər və evi başdan aşağı araşdıracaqlarını bildirdilər. Gördüyüm işin vəziyyətindən əmin olduğum üçün heç təlaş keçirmədim. Polislər axtarışda məni də yanlarınca apardılar. Baxılmayan künc-bucaq qoymadılar. Ən sonda üçüncü yada dördüncü dəfə, yenidən zirzəmiyə düşdük. Tüküm belə tərpənmədi. Vicdanı rahat bir adam kimi təlaşlanmadım. Zirzəmini başdan-ayağa dolaşdım. Qollarımı sinəmdə çarpazlayaraq baş verənləri seyr etdim. Polislər bir şey tapmamışdılar, getməyə hazırlanırdılar. Sevincimdən yerimdə dayana bilmirdim. Heç olmasa bir şeylər söyləyib onların təqsirsiz olduğumla bağlı inanclarını bir qat daha artırmaq istəyirdim. Polislər zirzəminin nərdivanlarını çıxmağa başlamışdılar. Ən sonda özümü saxlaya bilməyib:
— Bəylər! dedim. Şübhələrinizi yox etdiyim üçün çox sevincliyəm. Hamınıza can sağlığı, yaxşı günlər arzu edirəm. Sizdən biraz daha mədəni olmağınızı da diləyirəm. Gülə-gülə bəylər, bu ev çox sağlam düzəldilmişdir. (Tez bir zamanda bir şeylər söyləmək istədiyimdən, nə söyləyəcəyimi bilmirdim. Bəli bəylər, çox möhkəm düzəldilmiş bir evdir bu. Bu divarlar, nə oldu, gedirsizmi bəylər? bu divarlar çok möhkəmdir.
Sonra əlimdəki əsa ilə ölünün yerləşdiyi yerə sürətlə vurdum. Tanrı məni şeytanın qəzəbindən qorusun. Divardan əvvəlcə körpə ağlamasına bənzər qopuq-qopuq iniltilər, sonra davamlı çığırtı səsi yüksəlməyə başladı. Bu səs sanki cəhənnəmin dibindən gələn və zəbanilərin toppuzları altında inləyən pis ruhların ulaşmalarına bənzəyirdi. O an düşündüklərimi izah etməyə qadir deyiləm. Bayılma həddinə gələrək qarşı divara tərəf səndələdim.
Nərdivanları çıxmaqda olan polislər bir an qorxu və çaşqınlıqdan donub qaldılar. Sonra vaxt itirmədən altı cüt qol həmin an işə başladı. Az bir müddətdə alçıları söküb kərpicləri yerlərindən çıxardılar. Çürüməyə başlamış və irinli qana bulanmış arvadımın ölüsü dimdik bir vəziyyətdə, polislərin çaşmış və qorxu dolu baxışları arasında, ortaya çıxdı. Başının üstündə, məni cinayətə sürükləyən, indi də dar ağacına göndərəcək olan uğursuz pişik, kəskin dişlərini göstərir və parıldayan tək gözü ilə mənə baxırdı!..
Hist. 2011 / dek / 11
İki uşaq evlərinin arxasında böyük bir quyu qazmağı qərara aldılar. Qazmağa başlayan kimi, başqa iki uşaq onlara tamaşa etməyə gəldilər. Bir qədər tamaşa etmişdilər ki:
— Nə etmək istəyirsiniz? — deyə «qonaqlardan» biri maraqla soruşdu. 
— Dünyanın mərkəzindən keçən bir quyu qazmaq istəyirik, — deyə uşaqlardan biri həyəcanla cavabEarthworm  verdi.
Bunu eşidən «qonaqlar» qəhqəhə ilə gülməyə başladılar və belə bir şeyin qeyri-mümkün olduğunu dedilər.
Uzun bir səssizlikdən sonra uşaqlardan biri quyudan içi hörümçək, soxulcan və başqa həşəratlarla dolu şüşə bir qab gətirdi və bu şüşə qabı bayaqdan onlara istehza ilə baxan «qonaqlara» göstərdi. Sonra da özündən arxayın bir şəkildə:
— Düzdür, axıra qədər qaza bilmədik. Ancaq görün, yolda nələr taqdıq, — dedi.
Doğrudan da, şüşə qabın içində heç kimin təsəvvür edə bilməyəcəyi gözəl bir mənzərə var idi. Onların hədəfləri, əlbəttə ki, çox iddialı idi. Ancaq bu hədəf, onlar üçün məqsəd təşkil edirdi. Əslində, hədəflər də, elə bunun üçün deyilmi?...
İndi siz də özünüzdən soruşun: «Hədəfinizə ancaq bir hədəf kimi baxanlardansınız, yoxsa, hədəfinizə ancaq bir məqsəd kimi baxanlardan?»
Bir vaxtlar Meyn balıqçısı adlı bəxti ilə məşhur olan bir adam var idi. Çünki bu adam nə vaxt balığa çıxsafisher boat with sunset(hətta Meyn sahillərində balıq çox az olsa belə), səbət-səbət balıqla qayıdırdı. Çox keçmədi ki, adam bu yolla həm varlandı, həm də dillərdə dastan oldu. Hətta o qədər ki, birinin bəxtindən danışanda «Meyn balıqçısı kimi bəxti var» demək adətə çevrildi…
Bir gün Meyn balıqçısı öldü. Cənazə üçün evə gələnlər balıqçının evində balıq və su ilə bağlı çox böyük bir kitabxana olduğunu gördülər. Və elə o vaxt adamın niyə balıqdan boş qayıtmadığını başa düşdülər.
P.S. «Bir il sonrasını düşünürsünüzsə, toxum yetişdirin. On il sonrasını düşünürsünüzsə, ağac yetişdirin. Yüz il sonrasını düşünürsünüzsə, insan yetişdirin. Bir dəfə toxum yetişdirsəniz, bir dəfə məhsul alarsınız. Bir dəfə ağac yetişdirsəniz, on dəfə məhsul alarsınız. Bir dəfə insan yetişdirsəniz, yüz dəfə „məhsul“ alarsınız...»      Xuan Tszı

Öyrənmək üçün istəkli və qabiliyyətli olmaq müvəffəqiyyətə təsir edən ən əsas faktordur. Bəzən qabiliyyətli şagirdlər kifayət qədər çalışdıqları halda gözlədikləri nəticəni əldə edə bilmirlər. Bu vəziyyət dərs oxumaq üsullarını bilməməkdən irəli gəlir. Dərs oxuma və öyrənmənin ən başlıca şərti şübhəsiz ki, istəkli və qərarlı olmaqdır. Bunlar dərs oxuma və qavrama qabiliyyətimizi müsbət yöndə dəyişəcək. Bunun üçün şərtlərimizə uyğun dərs oxuma sistemi qurmalı və buna uyğun vərdiş qazanmalıyıq.
Hər insanın qavrama qabiliyyəti müxtəlif olduğundan, quracağınız sistemi özünüzə uyğun formalaşdırmalısınız. İnsan hansı limana gedəcəyini bilməsə, heç bir külək onun üçün əhəmiyyətli ola bilməz. Uğur əldə etmək üçün mütləq hədəfə ehtiyacımız var. Müvəffəqiyyət qazanmaq üçün hədəf seçilməlidir. Zamanın qənaətlə istifadə olunmasının əsas şərti dərs oxuma saatlarının nizamlı proqrama salınmasıdır.  Məktəbdə keçən saatlar xaricində qalan saatlar ayrılmalıdır. Çalışma, əylənmə və istirahət vaxtlarını nizamlı bir proqrama sala bilməyən şagird vaxtının çoxunu dostları ilə gəzərək, əylənərək keçirməyə meyil edə bilər.
Dərs oxuma vaxtını müəyyənləşdirmək ən başlıca şərtlərdən biridir. Məsələn, hər gün saat 15-dən 18-ədək nizamlı şəkildə dərs oxuyan şagird nüvbəti gün həmin vaxt gələndə bunu xatırlayacaq. Hətta bu vərdiş halını alandan sonra günün həmin saatı gəlib çatan kimi, dərs oxuma vərdişi özünü biruzə verməyə başlayacaq.
Araz dərgiləri

«IBM”in qurucusu Tom Vatsonun köməkçilərindən biri, şirkətə 10 milyon dollara başa gələn böyük bir səhv edir. Onu dərhal müdirin kabinetinə çağırılar. Hər kəs onun işdən qovulacağından son dərəcə əmindir və adamın özü belə, otağa girər-girməz başına nə gələcəyindən əmin bir şəkildə, „Bilirəm ki, istehfamı istəyirsiniz“- deyir. 

Ancaq Vatson, edilən səhvlərdən alınan dərslərin ən yaxşı bilik olduğunu izah edən və hər kəsi şoka salan bu cavabı verir: „Zarafat edirsən? Sənin 1 dərsin üçün 10 milyon dollar xərclədik və təhsilinə bu qədər pul xərclədiyimiz birinin işdən ayrılmasına əsla icazə verə bilmərəm...“   


Bu həqiqətən baş vermiş bir əhvalatdır və həyatda başımıza gələn xoşagəlməz hallara qarşı, necə münasibət bəsləmək lazım olduğunu başa salan ibrətamiz bir hekayədir. Aldığımız zərbə nə qədər ağır olsa da, dəymiş zərər nə qədər böyük olsa da, əvəzinə o qədər böyük dərs almış oluruq. Belə olan halda, o dərsin haqqını vermək, daha da böyük qüvvə ilə ayağa qalxmaq, daha sərt bir zərbəylə həyata cavab vermək lazımdır. Əgər, belə acı təcrübələr nəticəsində lazım olan dərsi ala bilsək, istənilən işin öhdəsindən bacarıqla gəlmək üçün bizə heç bir şey maneə ola bilməz. 

Amma lazım olan dərsi ala bilməsək, deməli pis tələbəyik və „dərs prosesi” getdikcə uzanar, “təhsil xərcləri” artar, həyat dözülməz olar. Eyzenhauer demişkən: „Zəfərlər ucuz qiymətlərə alına bilməz”. “Dəyərini əvvəlcədən ödədiyiniz dərslərinizi yaxşı mənimsəyin!»
Nöqtə… Durğu işarəsi. 
Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.
Nöqtəli vergül (;)  — nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. 
Qoşa nöqtə (:)  — fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.
Üç nöqtə (...)  — bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi… O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm 
Bu gün varsınız. “Olum!” məqamındasınız. Hər şey haqqında “olumlu” düşünürsünüz. Bu olacaq, o olacaq, bunu edəcəm, onu edəcəm… Davamlılıq bildirən arzu və xəyallar qurursunuz. Çünki “olmusunuz”. Sabah da olacağınıza inanırsınız. Artıq bütün arzu və planlarınız bu günlə deyil, sabahla, gələcəklə bağlıdır. Bəlkə bir il sonranı, bəlkə on il sonranı, bəlkə də yüz il sonranı artıq planlamısınız. Hər gün o planınıza bir az əlavələr edir, arzularınızı daha da dəqiqləşdirirsiniz. Üç il bundan qabaq son model telefon almağı planlaşdırmışdınız. İndi o plan və arzunuz sizə gərəksiz gəlir. Texnika inkişaf etdikcə sizin xəyallarınız da dəyişir. Daha da inkişaf etmiş olur. Arzularınız bitmir, tükənmir...

Arzular, ümidlər, istəklər... 
Burada bir nöqtə qoya bilməzsiniz. Bu cümlənin sonunda mütləq üç nöqtə qoyulmalıdır. Natamamlığı bildirən üç nöqtə. 
Amma birdən nəsə olur. O nəsəni siz planlaşdırmamısınız, sizin arzuların içində o yox idi. Onun olacağını bilirdiniz. Amma onun olmasının nə sizə, nə də sizin arzulara heç bir adiyatı yox idi deyə, onu düşünməməyə çalışırdınız. Axı o nəsə başqasının planıdır. Və həmin o nəsə “o və u”nun üzərinə iki nöqtə qoyur. 

Və bütün arzularınız bu nöqtə ilə yarıda qırılır. Arzularınızın sonuna yenə üç nöqtə qoyulur. Amma bu üç nöqtə fikrin natamamlığını yox, aqibətin məchulluğunu bildirir.
Ölüm… Bu son deyil. Olumdan sonra yeni bir başlanğıcın başladığını bildirir. Ölüm və sonrası...
Quran ölümdən son kimi danışmır. Ölümdən yeni həyat kimi danışır. Elə bir həyat ki, alışdığımız hər şeyi dəyişəcək. Biz Günəşin yanmağına, Ayın nur saçmağına alışmışıq. Ulduzlar bizim üçün uzaq göy bəzəyi olublar. Biz dağları güc simvolu bilmişik, yeri sabit bildiyimiz üçün ayağımızı yerə möhkəm basmışıq. Biz əlimizi, ayağımızı, dilimizi… idarə etmişik. 
Allahsa qiyamətlə onlara başqa bir həyat da qazandıracaq. Qiyamət hər yaradılanın ölüm anını yaşamaqla gerçəkləşəcək.
Günəş diriləcək, Ay işığını itirəcək, göy çatlayacaq, dağlar yerindən oynayıb yun kimi didiləcək, əlimiz, ayağımız, dilimiz, dərimiz bizə şahidlik edəcək. Ay dilə gəlib gördüklərini danışacaq, Günəş şahid olduqlarını bir-bir anladacaq, Yer içindəkiləri boşaldacaq, Cəhənnəm danışdırılacaq… Hər şey yeni həyat qazanacaq. 
Və bu qiyamətin qopması ilə ölümün üzərindən iki nöqtə silinəcək. Hər şey yenidən “ol”mağa başlayacaq. 
Bu “olum” əvvəlki “olum”a heç bənzəməyəcək. Bu, iki nöqtəsini itirmiş, ölümdən sonra DİRİldilmiş bir “olum” olacaq. Bu dəfə insan anlayacaq: Bu dəfəki “olum”un əsl olduğunu, əvvəlkinin isə müvəqqəti...
Daha heç bir nöqtəyə ehtiyac qalmayacaq: olumu bitirən iki nöqtəyə də...

Yeni həyat ölümdən sonra gələcək və bu həyatı biz birinci “olum”la özümüz seçirik. Bu dünyaya göndərilməyi seçmək şansımız olmadı. Nə ata-ana seçə bildik, nə bacı-qardaş, nə vətən, nə dil. Amma ölümdən sonrakı olumu seçmək şansımız var. Onu biz özümüz seçirik. “Necə yaşayarsınızsa, elə də ölərsiniz, necə ölərsinizsə elə də həşr olunarsınız” deyir, Allah Rəsulu. Bəli, necə həşr olunmağı biz özümüz seçirik, seçə bilirik. 
Lazımı anda, lazımı yerdə bir fikri kəsib kiçik bir nöqtə qoya bildiyimiz kimi...
Bir anda bir həyatı dəyişə bilən cümləni deyib, sonunu eşitməmək üçün qoyduğumuz son nöqtə kimi...
Keçmiş həyatımıza nöqtə qoyub, yeni həyata başlaya bildiyimiz kimi. 
Əslində bütün bunlar bir dəyişimlə başlayır: “Nəzər nöqtəsi”nin dəyişməsi ilə.
Dünən görmədiklərimizi görərək, dünən anlamadıqlarımızı anlayaraq dünənə nöqtə qoyub, həyata yeni baxışlarla başlaya bilmək arzusu ilə...
... 

P.S. Sonla başlanğıcı iki nöqtə ayıracaq: ölüm və olum. Yanlış oxumadınız. Ölüm əvvəl gələcək.
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq. 
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm...
Bir avtobus dayanacağında qarşılaşmışlar idi ilk dəfə… Biri tibbdə oxuyurdu, o birisi memarlıqda. O ilk qarşılaşmadan sonra, bir daha, bir daha, bir daha, daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər. Gənc idilər, çox gənc… Bir-biriləriylə danışacaq cəsarəti tapmaları bir az zaman aldı. Amma nəhayət bacardılar. İkisi də hər səhər avtobusa mindikləri səmtdə yaşamırdılar əslində. Qarşılaşdıqları ilk səhər cavan oğlan dotsugildə qaldığı üçün o dayanacaqdan minmişdi avtobusa, qız isə bacısıgildə qaldığı üçün...
Sırf bir-birilərini görə bilmək üçün, hər səhər tezdən evlərindən çıxıb, şəhərin o biri ucundakı o dayanacağa, onların dayanacağına gəldiklərini, gülərək etiraf etdilər bir müddət sonra...
Universitetlərini bitirdikdən sonra dərhal evləndilər. Xoşbəxt idilər həm də çox xoşbəxt… Bəzən işsiz, bəzən pulsuz qaldılar amma elə möhkəm birləşmişdi ki ürəkləri və əlləri, hər bir şeyi əhəmiyyətsiz hesab etdilər. Ayın sonunu çətin gətirdikləri günlərdə də məşhur bir həkim və məşhur bir memar olduqlarında da həmişə xoşbəxt idilər. Zaman parçalamasına uğrayan, vərdişlərə məğlub olan, bank hesabında pul qalmadığı üçün ya da tam tərsinə o hesabı daha da qabarıq hala gətirmək uğuruna bitib-tükənən sevgilərdən deyildi onlarınki… Heç bir şey onların sevgisini azalda bilmirdi… 
Günlər günləri, illər illəri qovduqca sevgiləri də böyüdü, böyüdü… Tək əskikləri uşaqlarının olmaması idi. Çətin bir müalicə müddətinə baxmayaraq uşaq sahibi olmayanda, «bütün xoşbəxtliklərin bizim olmasını gözləmək, eqoizm olar» deyərək davam etdilər həyatlarına. Uşaq yerinə, sevgilərini böyütdülər… «Sənin üçün ölərəm» deyərdi qadın, sıx sarılıb sevdiyinə və sevdiyi; «Xeyr, mən sənin üçün ölərəm» deyə cavab verərdi həmişə...
Qadın bəzi zamanlar evə gəldiyində, aynanın üzərində bir yazı görərdi, «Bir dənəm, kitabxananın ikinci rəfinə bax...» Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı; «Mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi əsla unutma.» Mətbəxdəki masadan, salondakı rəfə sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, sonunda bəzən bir dəstə çiçək, bəzən ən sevdiyi şokoladlar, bəzən də bahalı hədiyyələrlə qarşılaşardı… Aldığı hədiyyənin nə olduğu əhəmiyyətli deyildi onsuz da...
Həyat nə qədər sürətli axsa da, işləri nə qədər çox olursa olsun həmişə bir-birlərinə ayıracaq zaman tapırdılar tapmasına amma 40 yaşların ortalarına gəldiklərində, daha az işləməyə qərar verdilər. Kişi, xəstəxanadan ayrıldı və müayinəxanasında xəstə qəbul etməyə başladı. Qadın da memarlıq bürosunu bağladı və yalnız xüsusi proyektlərdə vəzifə götürdü. Artıq daha çox birlikdə ola bilirdilər.
Bir gün sahildə gəzərkən qadın, üzərində “satılır” lövhəsi asılı olan xarab vəziyyətdə bir ev gördü.
«Necə düşünürsən, bu evi alaqmı?» dedi yoldaşına. «Bu viranəni yıxdırar, möcüzə bir ev edərik. Proyekti beynimdə çəkdim artıq. Böyük terası olan, qağayıları nahara dəvət edəcəyimiz bir dəniz evi edək buranı...»
«Sən istəyərsən də mən heç yox deyə bilərəmmi?» deyə cavab verdi yoldaşı. «Amerikadakı tibb konqresindən qayıdan kimi əlaqə saxlayacam əmlakçıyla… Nə qədər pul olursa olsun, bura bizimdir artıq...»
Amerikaya gedərkən yalnız bir həftə ayrı qalacaqlarını bildikləri halda, hər ikisi üçün ayrılmaları çətin oldu. Hər gün, hər saat danışdılar telefonla…
Gözyaşları içində qucaqlaşdılar hava limanında..
Gözyaşları içində qucaqlaşdılar hava limanında.

Lakin bir neçə gün sonra… ərində bir qəribəlik olduğunu hiss etdi qadın. Əvvəlki qədər xoşbəxt görünmür, danışmaqdan qaçınırdı. Onu sevindirmək üçün, sahildəki evi xatırlatdı və çəkdiyi proyekti verdi qadın amma heç gözləmədiyi bir cavab aldı: «Canım, o ev bizim büdcəmizi aşır. Sən ən yaxşısı o evi unut...»

Bədbəxtlik, xoşbəxtliyin dadına alışmış insanlara daha da ağrılı, daha da çəkilməz gəlir. Qadın, heç bəyənmədi bu gözlənilməz qonağı. Dərdini söyləməsi üçün yalvardı adama. «Bilirsən ki, sənin üçün ölümə də gedərəm… nə olar izah et» deyə dil tökdü boş yerə...
İllərdir sevdiyi adam, laqeyd və sevgisiz biriylə əvəz olunmuşdu sanki. Ona çatmağa çalışdıqca, beton divarlara dəyirdi qadın, hər dəyəndə də daha çox aldanırdı ürəyi...
Bir gün, uşaqlığının, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi rəfiqəsinə ürəyini açarkən; «Artıq dözə bilmirəm, sənə danışmaq məcburiyyətindəyəm» deyə sözünü kəsdi yoldaşı: «O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta. Sonra qucaqlaşıb minirlər avtomobilə...»
«Sus, sus tez, eşitmək istəmirəm bu yalanları» deyə qışqırdı qadın. Neçə illik rəfiqəsini, onu qısqanmaqla günahlandırdı...
Sabahısı gün, günorta vaxtı o restoranın dərhal qarşısına səssizcə gəldi və pəri nağıllarının, yalnız nağıl olduğunu anladı… Ərinin köhnədən eyni xəstəxanada işlədiyi gənc uşaq həkimini dərhal tanıdı. Ərinin bəzən evlərində qonaq etdikləri bu qadını necə qucaqladığını gördü...
Axşam əri evə gələn kimi, gah qışqırıb, gah ağlayaraq, gah ona sıx sarılıb gah da yumruqlayaraq qışqırdı sifətinə hər şeyi. İnkar etmədi əri… Zamanla duyğuların dəyişə bildiyi, insanların orta yaşa gəldiklərində fərqlilik axtardığı kimi bir şeylər söylədi ağızında və çamadanını götürüb getdi evdən. Qapıdan çıxarkən, «son bir dəfə qucaqlamaq istəyərəm səni» demək istədi amma qadın, «rədd ol» dedi nifrətlə...
İlk məhkəmədə boşandılar… Müasir bir eşq hekayəsinin belə sona çatmasına kimsə inana bilmədi. Dostlarının dəstəyiylə ayaqda qalmağa çalışdı qadın. Keçmiş ərinin, sevgilisiylə birlikdə Amerikaya köçdüklərini öyrəndi. Bəzən tək qaldığında, onu hələ sevdiyini hiss edincə, sevgisinin yerini ən az onun qədər qüvvətli bir duyğu olan nifrətin alması üçün dua edirdi.
Aradan bir il keçdi… Hər şeyin dərmanı olduğu deyilən zaman belə, qadının dərdinə çarə ola bilməmişdi. Bir səhər, israrla çalan zəngin səsiylə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü.
«Sən, bura nə yüzlə gəlirsən» deyə qışqırmaq istədi amma səsi çıxmadı. 
«Xahiş edirəm, içəri girməyimə icazə ver, biz mütləq danışmalıyıq.» dedi gənc qadın.
Divana əyləşdi və çətin eşidilən bir səslə danışmağa başladı:
«Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf edirəm… amma o 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqres əsnasında öyrəndi xəstəliyini və təxminən bir illik ömürü qaldığını… Buna dözə bilməyəcəyini, həmişə söylədiyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün, məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanı yaydı. Halbuki ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə görür və xilas olacağına inanırdı amma olmadı. Gecə halı pisləşibmiş, baxıcısı məni axtardı, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi...»
Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi qadın. Dərhal ordaca ölmək istəyirdi. Əlinə alovlandırılan qutunu açmağa başladı. Etinayla dözmüş bir çox kağız dayanırdı qutuda. İlk kağızda,
«Xahiş edirəm bütün qeydləri sırayla oxu birdənəm» yazırdı..
Sırayla oxudu;
«Səni çox sevdim
Səni sevməkdən heç vaxt bezmədim,
Sənin üçün ölümə gedərəm deyərdin həmişə, doğru söylədiyini bilirdim.
Lakin mənim üçün ölməyini istəmədim.
İndi mənə söz verməyini istəyirəm. Mənim üçün yaşayacaqsan, razılaşdıqmı?»
Son kağızı əlinə alarkən, qutuda bir açar olduğunu gördü qadın… Və son kağızda bunlar yazılı idi:
«Sahildəki evimizi sənin çəkdiyin proyektə görə tikdirdim. Böyük terasta qağayılarla nahar edərkən, mən həmişə səni seyr edəcəyəm...»

Qeyd: Gözlərnizin yaşaracağına əminəm. Rəy yazmağı unutmayın!
baris_cocuklarSevgi hər bir insanın istədiyi Allah’ın çox böyük nemətidir. Əxlaqından, şəxsiyyətindən, inancından, mədəniyyətindən, həyat tərzindən asılı olmayaraq, bütün insanlar ətrafındakı insanlarda sevgini axtarırlar.
Ancaq sevgini dəyərli görən insanların çox az qismi bilir ki, hörmət də sevgi qədər əhəmiyyətlidir.
Sevgi nə qədər gözəl nemət olsa da, hörmət olmadan bu hiss tam mənada və daim yaşana bilməz. Bir insana duyulan sevginin həqiqi sevgi olması üçün bu insana hörmət etmək vacibdir.
İnsan həyatda çox şeyi sevə bilər. Pişiklərə, itlərə, çiçəklərə, yeməklərə, evlərə, maşınlara və bir çox şeyə qarşı coşğun sevgi bəsləyə bilər. Ancaq bunlar bir insana qarşı duyulan sevginin dərinliyinin və bu dərinliyin insanın ruhunda yaratdığı gözəlliyin həzzi ilə müqayisə edilə bilməz.
Allah insanı digər varlıqlardan fərqli olaraq ruh ilə yaratmışdır. Buna görə də, hər bir insan ruhundakı zənginliklə qarşı tərəfdə müxtəlif təsir meydana gətirir. Hər bir insan ruhunun gözəlliyi nisbətində sevgini yaşayır. Özündə nə qədər çox seviləcək və hörmət ediləcək xüsusiyyət varsa, insanlar onu bu nisbətdə sevirlər. Eyni şəkildə, öz ruhunda sevilib hörmət ediləcək xüsusiyyətlərə qarşı nə qədər həssaslıq varsa, insanlardakı gözəllikləri də o nisbətdə görüb, onları o nisbətdə sevə və hörmət edə bilər.
İnsan dünyadakı bütün varlıqlara sevgi bəsləyə bilər, amma dərin sevgini və ondan qaynaqlanan hörməti ancaq ruh sahibi olan insana bəsləyə bilər.
Sevilən insana verilən dəyərin ifadəsi hörmətdir. O insana nə qədər dəyər və nə qədər əhəmiyyət verilməsinin sübutudur. İnsanlar həyatları boyu bir çox insana müxtəlif cəhətdən sevgi və simpatiya bəsləyə bilərlər. Amma bunların çoxu müvəqqətidir. Məsələn, bir insan iş yerindəki yoldaşını dost kimi görər və müəyyən nisbətdə sevgi bəsləyə bilər. Ya da eyni məhəllədə yaşayan qonşusu ilə də dostluq edər və onu müəyyən dərəcədə sevər. Amma çox hörmət etdiyi, dəyər verdiyi, əhəmiyyət verdiyi bir insana bəslədiyi sevgi tamamilə başqa cürdür.
Bu cür sevgidə çox böyük bir hörmət var. Sarsılmaz sədaqət var. Ölənə qədər davam edən bir sirdaşlıq var. O insana qarşı dərin güvən hissi var. Bu sevgini yaşayan insan qarşısındakı insanı ona zərər verə bilən bütün şeylərdən qoruyar. Allah rizası üçün ona qarşı diqqətli olar. Ən çətin vəziyyətdə olsa belə, hər zaman onu qoruyub mühafizə edər. Allah rizası üçün heç düşünmədən öz nəfsini əzib, üstünlüyü o insana verər.
Ancaq əlbəttə ki, bu hörmət insanlar arasında rəsmiyyət və uzaqlıq yaradan bir hörmət deyil. Bu hörmət anlayışında insanlar bir-birləri ilə çox səmimi və yaxın olurlar. Amma eyni zamanda da qarşılıqlı olaraq bir-birlərinə ciddi şəkildə dəyər verdikləri üçün atdıqları hər addımı, söylədikləri hər sözü, hər hərəkətlərini düşünürlər. Buna görə də bu hörmət anlayışı insanların sevgidəki coşğularını, dərinliklərini, yaxınlıqlarını və bir-birlərinə olan güvənlərini artıran gözəllik şəklində olur.
Bu mövzu üzərində də düşünmək əhəmiyyətlidir: “Bir insana sevgi ilə yanaşı hörmət edilməsə, nə olar?”
Bu sualın cavabı hörmətin nə üçün bu qədər əhəmiyyətli və lazımlı olduğunu açıqlayır.
Hörmət olmasa, insan qarşısındakı insanı çox sevməsinə baxmayaraq, hər hansı bir vəziyyət qarşısında öz nəfsini ondan üstün tutar. Öz qürurunu və etibarını qorumaq üçün onu asanlıqla gözardı edər. Öz düşüncələrini, qərarlarını, həyata baxışını onunkundan üstün tutar. Özü ona inanmaqdansa, onun özünə inanmasını gözləyər. Özü o insanın fikirlərini qəbul etməkdənsə, onun öz fikirlərini qəbul etməsini istəyər. Özü ona haqq verməkdənsə, qarşısındakının həmişə və mütləq özünə haqq verməli olduğuna inanar. Özü səbirli, mülayim, anlayışlı olmaqdansa, bunları həmişə qarşı tərəfdən gözləyər. Hər zaman öz rahatlığının və istəklərinin öndə gəlməsini istəyər. “Onsuz da sevirəm, o da bunu bilir” – deyə düşünərək, qarşısındakı insanla öz istədiyi kimi rəftar etməkdən çəkinməz. Qısası, o insana dəyər verdiyini bütün hərəkətlərində göstərməkdənsə, bütün bunları qarşı tərəfdən gözləyər.
Halbuki insanlar arasındakı sevgi çox güclü olsa belə, hörmət olmasa, qısa zamanda bu sevgi tükənər. Bu insanlar sevgini yaşaya biləcəkləri halda, onu öz əlləri ilə məhv edərlər. Bunun nəticəsində də, insanlar bir-birlərinə sadəcə dözməyə başlayar, bir müddətdən sonra aralarındakı dostluğu itirərlər.
Sevgi Allah’ın insanlar üçün yaratdığı, nəfsin həm dünyada, həm də axirətdə xoşuna gələn nemətlərdən sadəcə biridir. Sevgini axtaran və bunu ən gözəl şəkildə yaşamaq istəyən hər insan hörmətin də əhəmiyyətini başa düşməlidir. Hörmət olmadan dostluq, yoldaşlıq, sirdaşlıq, sədaqət, güvənmək kimi xüsusiyyətlərdən danışmaq düzgün olmaz. Bu cür sevgi və hörməti insanlara qazandıran xüsusiyyət isə sadəcə imandır. Dərin Allah sevgisi, Allah qorxusu Quran əxlaqını yaşamaqdakı qətiyyət insanların bir-birlərinə həqiqi sevgi və hörmət bəsləmələrinə səbəb olar. İman olmadan insanların bir-birlərinə göstərəcəkləri hörmət və sevgi sadəcə fiziki xüsusiyyətlərinə, maddi imkanlarına və dünyəvi mövqelərinə əsaslanar. Bunlardan hər hansı birində əksiklik olsa, sevgi və hörmət hissləri də aradan qalxar. İmandan qaynaqlanan sevgi və hörmətdə isə, Allah’ın izni ilə, insanların həyatlarının sonuna qədər davam edəcək bir nemətin qapısı açılar.
Allah Quranda sevgi nemətini iman gətirənlər üçün yaratdığını bu cür açıqlayır:
İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
Salam əziz və hörmətli oxuyucularım. İndicə gördüyüm bu xəbər bənə maraqlı oldu və sizlərlə öz fikrimi paylaşım dedim. Şəkildə gördüyünüz xəbər facebook sosial şəbəkəsində Azərbaycanda xod gedən və like xəstəsi olan bir səhvədə paylaşılıb.Dostum bu videoya ( http://goo.gl/PxSYRE ) baxmağımı istədi. Mən baxdım birinci Avropa və Amerika da olmuş xristiyan toyuna bənzətdim. ona görə ki, hamının içində, öpüşmələr zad + evdə it. Sonra baxdım ki, bu Jamil adlı Afrikalı oğlan qızın belinə qırmızı lent bağlayır. Onda söhbəti tutdum ki, burda bizim millətə bənzərlik var. 
 Birazda baxdım və gördüm ki, bakının yolları ilə gəlin aparırlar. Özdə qız və oğlan maşında, İngilis dilində danışırlar .
  Nəysə vaxt gəlib çatdı toy mərasiminə. 1:25 ci dəqiqə Gombul oğlan gəlinin gəlinliyinə əl vurur... bu nədi! belə şey olar ! nəysə, Toy bakıdadı və özgə vaxtı Normal Azərbaycan toyunda ən az 300 nəfər olur. Bu toyda isə 80-90 nəfər heç görsənmir. Bunun səbəbi gəlinlə bəyin hamının içində öpüşərək sevinmələri və ya milli mientalitetimizə uyğun nişanlı və ya sevgili olmamağıdı və ya başqa şeydi bilmirəm, ancaq onu bilirəm ki, toyda adam yoxdu.
Bəyin dostları Bambılı kimi toy olan obyektə tullana-tullana 2001 ci ildə Naxçıvanda iranlı alverçilərin 2 məmmədə yerli camaata zorla satdığı rəngli ala-bula corablarla vəhşicəsinə girməsi çox diqqətimi çəkdi. Buda azmış kimi gəlinlə bəy də bu bambılılar kimi ayrı-ayrı vaxtlarda tullana tullana "əlifba bayramına gələr kimi" gəldilər.  Hələ utanmaz utanmaz corablarını operatorun gözünə soxaraq "See... See" deyirlər. Hə gələk toya nəysə dedilər güldülər, lap yaxşı elədilər...
Oğlanla qız bir birlərinə öz dillərindən başqa iki dildə danışdılar. indidə Rus dilində bir birlərini sonsuza kimi sevəcəklərini ehtiraf edib, başladılar toyda əylənməyə. Və mənə çox maraqlıdı bunların valideyinləri və dostları, bu yeni evlənmiş iki göyərçini hansı dildə təbrik etdi. Sonra Əyləncəyə davam... Bəyi atıb tutdular, bəs gəlini niyə?? bu harda görünüb?? belə şey olar... yaxşı bunuda keçək. Aş gəldi özdə aşı bəy gətirdi, yəqin Azəybaycanda əvvəllər kişilər qadının qabağına aş gətirirmiş, bunlar da adət-ənənə ilə edillər. Bax buna baxıb gələcəyimizi çox yaxşı görürəm.=)
Axırda tort kəsildi və Xoşbəxt sonluq ! Allah xoşbəxt etsin! 

Mənnən bu qədər, desəm yalan olar. ancaq susacağam. Əlavəniz olsa yorum kimi əlavə edin. Təşəkkürlər... 

Yazdıqlarıma görə məhsuliyyət daşıyıram. kimin sözü var ƏLAQƏ BÖLMƏSİndən əlaqə saxlasın.

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X