Texnoloji aləm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Texnoloji aləm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

İllər öncə axırıncı yazımı yazdım və illər sonra bu yazım.
İnsanlar üçün cənnət anlayışını az-çox hamımız bilirik. Belə ki, bəzi dinlərdə olduğu kimi İslamdada cənnət anlayışı belədir:

Orda Allahdan istədiyin hər şey sənə anında tədarük olunur, istədiyin xırda pişik sığallamaqdırsa Allahdan istəyirsən və o sənə onu verir. Hər şey limitsiz olaraq sənin bu dünyadakı dindarlığınla qazandığın nemətlərdir. Bu hissəyə diqqət edin. Dindarlıq vəya İslama bağlılıq cənnətə gedən yol kimi sayılır. Bu mözuya qayıdacağam.

İndi isə bu mövzunun açar nöqtəsi olan yüksən texnalogiya ilə cənnətin əlaqəsini sizlərə çatdırmaq istəyirəm. Mən illərdir yüksək texnalogiya, İT sferasında olan kəşflər və yeniliklərlə dərindən maraqlanıram və illərdir bir xəbəri belə olsun qaçırtmamışam. Bu haqqda yazılan yazılar, məqalələr və jurnalları daima izləmişəm. Və bu qənaətə gəldim ki, gələcək texnalogiyalar cənnəti hamı üçün əlçatan edəcək və heç dindarlığa ehtiyac qalmayacaq.

Əgər insanların texnalogiya ilə dirilməsi və dondurulmuş milyonerlər haqqında xəbərləri oxumusuzsa onda bu dediyim tam üstünə düşür. 2015 cü ildə Amerika alimləri yeni bir ideya ortaya atdı, beləki beyni ölmüş insanın dəyişən və zənginləşən texnalogiya ilə 2150 ci illərdə virtual olaraq beyinin canlandırlıacağını həmçinin o ölmüş beyinin robot bədənə birləşdirilərək bizim kimi fiziki bədənə sahib ola biləcəyi haqqda teorem ortaya atdılar. Və buda bəzi milyonerləri bu mövzuda düşündürdüyü üçün pullar ayırdılar və ilk müştərilərinin özləri olma şansını əldə etdilər. Hal-hazırda DeepWeb qaranlıq forumlarından əldə etdiyim məlumatlara görə 80 nəfərdən çox tanınmış və tanınmamış milyoner və milyarderin başı dondurulub və oyanmağı gözləyir. Həmçinin bu gün bu mövzuda qanuni şəkildə Yaponiya və Amerika alimlərinin ölmüş insanlar üstündə bu testləri apardığı bilinməkdədir.

Bu fikir məni düşündürdü və texnaloji fantastika sevdiyim üçün virtual cənnət fikri məntiqli göründü və ona görədə bu yazını yazmaq fikrinə düşdüm. Mənim fikrimcə bu belə olacaq. Bu donmuş başlar bu cənnətin içində yer aldığı kimi, yeni ölmüş insanlarda bu cənnətdə yaşaya biləcək və bunun üçün dindar olmaq bir rol oynamayacaq, pulu olan öldükdən sonra bu cənnətdə yaşaya biləcək. Yuxarıda bu haqqda danışacağımızı demişdim =)
Bildiyiniz kimi, hər bir texnaloji yenilik üçün bu cür şirkətlərə resurs lazımdır yəni maddi dəstək. Bu cənnətin test versiyasını hazırladıqdan sonra hər bir insan bunu beş dəqiqəliyinə yoxlaya biləcək və ölməmişdən qabaq virtual cənnətdə olmaq üçün qabaqcadan pul ödəyəcək.
Bəs virtual cənnət nə olacaq? necə olacaq? nə ilə fərqlənəcək?

Bu sualın cavabı dövrümüzə və gördüklərimə görə dəyişə bilər. Bugünkü dövr üçün mənim fantaziyam belədir:
GTA oyununu xəyal edin, hansıki ürəyiniz nə istəyir onuda edirsiz. Bax cənnənt tam mənasında elə olacaq, ancaq siz öz fiziki bədənizinizi oyunda hiss edəcəksiniz eyni ilə minlərlə hətta milyonlarla insan bunu  sizin kimi hiss edəcək, və həmçinin eyni dünyada yaşayacaqsınız. Belə düşünürəm ki, tam olaraq virtual dünya inşa ediləcək, evlər, yeməklər, yaşam tərzləri, şəhərlər və s. İnsanlar nə istəsə olacaq, əgər bir maşını vurmusansa bir göz qırpımında o düzələcək oda sənin istəyinlə olacaq. Düzəlməyədə bilər.
Ölmüş Alim və Yazarlar öldükdən sonrada problemsiz və xəstə olmadan həyatlarını bir CLOUD*un içində yaşadıqları üçün onların hər növ labaratoriyaları var olduğuna görə, cənnətdən belə öz dünyamıza kəşflər, yeniliklər edəcək. Belə ki, Xlor qazı bu dünyada insanı zəhərləyib öldürə bilər, ancaq orda ölmək və zəhərlənmək funksiyası olmadığı üçün yeni kəşflərin surəti ikiqat artacaq. Həmçinin orda mentallitet anlayışıda olmadığı üçün, istədiyiniz adamalarla yaşaya, evlənə tanış ola həmçinin cinsi əlaqədə ola biləcəksiniz. Bu dünyada istəmədiyiniz adamları isə blok etdiyiniz üçün o dünyada o var olsa belə sizin qabağınıza çıxmayacaq, dəlicə səsləndiyinin fərqindəyəm.

   Əgər sizin və qohumlarınızın virtual cənnətə getməmişdən qabaq qarşılıqlı razılığı olarsa, siz Skypeyə oxşar bir proqram vasitəsi ilə ordan bura əlaqə saxlaya bilər və həmçinin yaşayan qohumlarınızı yanınıza dəvət edə bilərsiz, hansıki müvəqqəti verilmiş vaxtda yaşayan qohumlarınız yanınıza gəlir və qayıdır. Belə düşünürəm ki, o dünyada pul və buna bənzər dəyərli şey, şirkətə verdiyiniz xeyir olacaq. Məsələn, proqramçısınızsa sistem içində səhvləri tapıb GTA oyunundakı kimi xal yığıb və bu xalları cənnətin yeni əlavə olunmuş şeylərindən istifadə üçün xərcləyə bilərsiz. 

   Alim vəya Yazarsızsa yeni kəşflər edin, bu dünyada tətbiq olsa, yazınız bu dünyada rəğbət görsə xal qazanırsız. Hətta xalı bu dünyadakı qohumlarınızın hesabına pul olaraq köçürə bilərsiz.
Qısa deyişlə, bu virtual cənnətdə bacarmadığınız və edə bilmədiyiniz hər şeyi edə biləcək, olmadığınız ölkələrdə bir göz qırpımında olacaq və gəzəcəksizniz.
Cənnət daxilində nəzarətçilər olacaq dini terminlə mələklər. Bu nəzarətçilər sorğu aparacaq, səhvləri düzəldəcək, cənnətdən bezənləri seçmə kimi funksiyaları olacaq. Bu kimi halları cənnətin yaradıcısına bildirəcək. Yəni şirkət proqramçılarına.
Bax bu məsələnin kritik vəya böhran nöqtəsi o olacaq ki, biz ağıllı yaradılış olduğumuz üçün belə virtual olsada hərşeyə sahib olduğumuz üçün bezə bilərik. Bununda qarşısını almaq üçün, biz belə proqramlanacağıq. Məsələn 22 yaşında cənnətdə doğulacağıq 30 yaşında bizə reset atılacaq və yenidən 22 yaşından sıfırdan başlayacağıq. Əvvəlki həyatlarımızdan xəbərimiz olmayacaq, çünki beynimiz kodlarla və kodlu əmrlərlə yaşadığı üçün belə olmağı şərt olacaq.
  Eyni vaxtda milyonlarla, ayrı həyat axışı və lentaları olacaq.

·        * CLOUD – yuxaıda qeyd etdiyim BigCloud texnalogiyası deməkdir, böyük severlərdə məlumatın saxlanması üçün yaradılmış texnalogiyadır. Hal-hazırda bunun misalı olaraq DropBox, Google Drive və buna bənzər servisləri göstərmək olar. Cloud sözünün mənası Buluddur və Cənnət də bulutların üstündə deyə bilirik.

Xoşbəxt olun, əziz oxuyucularım


Salam əziz oxuyucularım. indi sizlərə Google Playda olan pullu oyun və proqramları necə pulsuz və təhlükəsiz endirmək olar, onu öyrədəcəyəm.
1. Bizə normal kompyuter lazımdır. Onuda qeyd edim ki, Android tipli telefonunuzla da bunu etmək mümkündür. Ancaq rahat olsun deyə dediklərimi kompyuterdə icra etsəniz daha effektli olar. 
2. Google Playda tapdığımız hər hansı Pullu proqram və ya oyunun adını Google Playda  tapıb onun Adını bir qıraqda saxlayırıq. Mən indi pullu bir proqramı endirmənin necə olduğunu öyrədəcəyəm:

şəkli böyütmək üçün üstünə tıklayın...

Bu şəkildəndə göründüyü kimi lazım olan proqramı tapdıq. proqramın adın kopyalayıb bu sayta daxil oluruq: http://apkgalaxy.com/.

Və orda aşağıdakı şəkilə uyğun birinci, reklamı bağlayıb. Sonra axtarış bölməsində bizə lazım olan proqramın adını ora yazıb, ENTER daxil edirik.

ENTER daxil etdikdən sonra, aşağıdakı şəkildəki axşarış nəticəsində OX ilə göstərdiyim ən yuxarıdakı proqram linkinə daxil oluuq.

Yuxarıdakı linkə daxil olduqdan sonra, yeni səhvənin aşağısına enin. Endikdə aşağıdakı linklər görünəcək:

Linklərdən ən birinciyə və ya alternativlərinə daxil olduqdan sonra, aşağıdakı səhvə açılacaq.
Mən birinci linkə daxil oldum...

Göstərdiyim linkə daxil olun və proqramın .APK formtında endirin. Kompyuterə və ya telefonunuza... Proqramın yünklənməsi isə isə qalıb. Çox asand olduğu üçün onu deməyəcəm.

İndi mən sizə ancaq bir saytdan pulsuz endirməyi dedim. ANcaq android üçün NETdə 100lərcə vebsayt var. Onlardan da endirmək anasddır. mən bu yazımı bu işdə heç sərişdəsi olmayanlar üçün yazmışam və yaxında Android üçün lazımlı saytların siyahısını yazacağam... 

Yeri gəlmişkən saytın ANDROİD proqramını endirib işlədə bilərsiniz. ENDİR

Bu qədər... Salamat qalın!!!










Bəlkə zamanında yaxşı bir fikir kimi qəbul etdik , ancaq indi kimsə onların üzünə baxmır ...

Tədavüldən qalxalı uzun zaman oldu desək və sizə ən gərəksiz 20 aləti söyləsəm ...

Qatıq maşını , dəsmal isidicisi , yumurta doğrayıcı , lazerli qayçı və daha nələr nələr ... Başda 'parlaq bir fikir' olduqları düşünülüb həyata keçsələr də gündəlik istifadədə çox da ehtiyacımız olmayan alətdirlər.

Əla bir seqment üçün lazerli qayçıya ya da şalvarınızın qırış qırış olmaması üçün şalvar ütüsüne nə deyirsiz?

 Cazibədar təkliflər , cazibədar dizaynlar ... Ancaq gəlin baxın! baxın ki ən gərəksiz alətlər siyahıdanə var.

Məncə 'ən gərəksiz alətlər ' siyahısındakı bəzi alətlərin həqiqətən faydalı olduğu , birçoğununsa pul tələsindən başqa bir şey olmadığı qənaətinə gəldim.

Məsələn təxminən 400 dollara satılan bir elektrikli dırnaq törpüsünün 'ən gərəksiz alətlər ' siyahısındabirinci yerdə olması təəcüblü deyil. Dost tanışdan soruşub, eşitdiyim cavabın çoxluğu isə elektriklə ya da baterya ilə çalışan şamları bu siyahıda üçüncü sıraya oturdur. Normal şama görə daha etibarlı olan bu şamlar , yenə də yararsızdırlar məncə.


Budu ən gərəksiz 20 alət :


1. Elektrikli dırnaq törpüsü

2. Lazerli qayçı

3. elektrikli şam

4. Soda buxarı maşını

5. Spa masajı aləti

6. fondue seti

7. saç şəkilləndirici

8. yumurta kaynatıcı

9. Elektrikli parça düzləşdirici

10. elektrikli bıçaq

11. şalvar ütüsü

12. Üz buxar maşını

13. Saatlı çay maşını

14. Mini disk çalar

15. Üz gerdirici maşın

16. yumurta doğrayıcı

17. Elektrikli konserv açacağı

18. qatıq maşını

19. dəsmal isidicisi

20. kürək kaşıyıcı


Bu qədər məncə, Əlavə varsa rəy olaraq yazın.


Google'un ağıllı telefon bazarını ələ keçirən Android əməliyyat sisteminin əvvəlki texnologiya müdürü Andy Rubin, vəzifəsindən ayrıldıqdan sonra səssizliyə bürünmüşdü. Rubin,New York Times'a verdiyi müsahibədə Google ilə səssiz — sədasız davam etdirdikləri yeni layihə haqqında danışıb: Robot istehsal etmək.Android'in əvvəlki müdürü Andy Rubin, Mart ayında vəzifəsindən ayrılacağını açıqladığında texnologiya dünyası çox təəccüblənmişdi. Rubin, vəzifəsini tərk etdikdən sonra səssizliyini qoruyarkən, haqqında «robotlar üzərində çalışdığı» şaiyələri yaranmışdı. O, bu iddiaları doğrulayıb.Google planlarından daha çox öz beynindəki planlardan danışan Rubin, bir çox robot şirkəti alan Google ilə robot texnologiyası üzərində çalışdığını bildirdi.Rubin,Android'i tərk etdikdən sonra Google şirkətinin qurucuları Sergey Brin və Larry Page'i razı sala bildiyini, robot sahəsinə büdcə ayrılması mövzusunda anlaşdıqlarını söylədi. Android'inqurucusu, robot şöbəsinin Google X laboratoriyasından ayrı olacağını ifadə edib. Hətta, robot laboratoriyası bir gün ayrı bir şirkətə çevrilə bilər və Google'un robot firması qurula bilər.

 Hər bir insanın sosial şəbəkələrdə öz davranış stili var, lakin Facebook istifadəçilərinin davranışında müəyyən qanunauyğunluqlar da var və bu, onları kateqoriyalar üzrə qruplaşdırmağa imkan verir. 

Bu tipləri sizlərə təqdim edirəm.

Sizin profiliniz nədən xəbər verir? 

Birinci tip — TəqibçiBu tipə adətən qadın istifadəçilər aiddirlər, onlar başqa insanların səhifələrinə daxil olmağı xoşlayırlar. 

Təqib ciddi məşğuliyyətdir və xeyli vaxt alır, ona görə də bu tip istifadəçi Facebooka gündə təxminən 14 dəfə daxil olur – Mashable yazıb.

İkinci tip - 1970-ci illərin demoqrafik partlayış dövrünə məxsus 55 yaşdan yuxarı köhnə insanlar aiddir.

Qonşuda keçirilən əyləncə gecəsində Facebook haqqında eşidən bu tip sosial şəbəkədə maraq naminə qeydiyyatdan keçir, lakin onun sonrakı fəallığı uşaqlarının statuslarına şərh yazmaqdan ibarət olur.

Üçüncü tip - şəbəkədə yeni olan istifadəçidir. O, hər bir statusu layk edir və şərh yazır.

Dördüncü tip - dostlarını Facebook vasitəsilə öz fəaliyyətindən xəbərdar edən insandır. Bu cür istifadəçi tipi harada olmasından asılı olmayaraq öz yerini qeyd edir və statuslarını hər dəqiqədən bir yeniləyərək özü haqqında məlumat verir.

Beçinci tip - brend-promouterlər aiddir. Onlar Facebookdan öz şirkətləri haqqında informasiya yaymaq üçün istifadə edirlər. Bu cür tipin bütün statusları şirkətin xəbərləri ilə əlaqədardır.

Altıncı tip - ehtiyatlı istifadəçilər aiddirlər. Bu cür istifadəçinin profili tamamilə bağlıdır, çünki o, özü haqqında hər hansı bir məlumatın açıqlanmasından ehtiyat edir.

Bu cür istifadəçi özünü hər şeydən son dərəcə qorumaq üçün çox vaxt sosial şəbəkədə saxta soyaddan istifadə edir.

Yeddinci tipə aid istifadəçilərin fəaliyyəti heyvanların sevimli fotoşəkillərini dərc etməkdən ibarətdir. Əsas məsələ mümkün qədər çoxlu sayda layk almaqdır.

Səkkizinci tip -  oyunçudur. Bu cür istifadəçilər sosial şəbəkələrdən yalnız müxtəlif oyunlar oynamaq üçünistifadə edirlər.

Statistikaya əsasən, Facebookun 250 milyondan çox istifadəçisi sosial şəbəkədə oyunlara görə pul ödəməyə hazırdırlar.

Doqquzuncu tipə qeyri-aktiv istifadəçi aiddir. Onun üçün şəbəkədə qeydiyyatdan keçmək onsuz da çətin qərar olub. Bu tipə aid istifadəçilərdən hər hansı fəallıq gözləməyinə dəyməz.
Qan qrupu insan xasiyyətinə və şəxsi həyatına təsir edir. Yaponiyada buna çox inanırlar və əhəmiyyət verirlər.

 Hətta bu ölkədə işə qəbul olan zaman işəgötürən sizin qan qrupunuzla maraqlana bilər. Yaponların 75%-i qan qrupunun növü ilə xasiyyətin və iş qabiliyyətinin bir əlaqəsi olduğunu hesab edirlər.

Məsələn, birinci qan qrupu olan insanlar üçün gördükləri işlərə görə ictimaiyyət tərəfindən tanınması vacibdir. Bu qan qrupunun sahibləri zəhmətkeşdirlər. Birinci qan qrupuna sahib olan kişilər üçün sevgiyə tələbat yeməyə olan tələbat qədərdir. Onlar insanlara tez öyrəşirlər, lakin eqoizmlərinin səbəbindən münasibətləri korlanır.
Birinci qan qrupu olan qadınlar həyat yoldaşları yanlarında olana və onlara dəstək olana qədər çox yaxşı evdar xanımlar olurlar. Əks halda onların həyatı monoton və darıxdırıcı olur. Həmçinin onlara sahib çıxmaq və qısqanclıq kimi xüsusiyyətlər məxsusdur.
İkinci qrup insanlar perfeksionist olurlar. Onlar xırdalıqlara çox əhəmiyyət verirlər. Bəzən bu insanlar dərin həssaslıqla seçilirlər və lazım olan zaman irəli getmirlər. Yəni ki, onlar nadir hallarda lider olurlar. Onlar idarəçi olduqlarında ağlasığmaz tələblər irəli sürürlər. Bu insanların özləri isə fasiləsiz çalışa bilərlər.
İkinci qan qrupuna sahib olan kişilərin həyat boyu dostluğa və sevgiyə ehtiyyacları olur. Onlar nadir hallarda ailə həyatı qururlar. Bu insanlar çox sadiq olurlar və özlərinə rahatlıq və qayğı ilə əhatə etməyi sevirlər.

İkinci qan qrupuna sahib olan qadınlar öz sevgilərini açıq şəkildə göstərmirlər. Nə qədər romantika az olarsa, onlar üçün bu bir o qədər yaxşıdır. Həmçinin ikinci qan qrupunun sahibləri Qvinet Peltrou, Kristina Riççi, Sara Mişel Hellar və Britni Spirs kimi məşhurlardırlar. Kişilərdən isə bunlar Robin Uilyams və Rinqo Starrdı.
Üçüncü qan qrupu sahibləri kollektivsiz keçinə bilirlər, dəyişiliklərə asan öyrəşirlər və ixtiraçı xüsusiyyətlərinə malik olurlar. Onlar çevik, hiyləgər və ağıllı olurlar. Onlar başqalarının təcrübələrini asan şəkildə mənimsəyirlər.
Üçüncü qan qrupun sahibləri rahatlıqla tənhalığın öhdəsindən gəlirlər. Onlar birinci qan qrupu sahibləri kimi hökmranlıq etməyi sevmirlər. Lakin onlar hər bir vəziyyətdən xeyir çıxartmağı bacarırlar. Demək olar ki, amerikalı milyonerlərin 40%-i üçüncü qan qrupunun sahibləridirlər.
Dördüncü qan qrupu nisbətən daha gəncdir. Bu qan qrupunun sahibləri ziddiyyətli insanlar olurlar. Bu səbəbdən onlar çox şübhəli və qərarsız olurlar.
Ətrafdakılara qarşı onlar çox mülayim olurlar. Onlar nadir halarda mübahisə edirlər. Bu qan qrupunun sahibləri əksər hallarda başqalarını anlayırlar, özlərini onların yerinə qoya bilirlər və yaxşı məsləhət verirlər. Bu insanları demək olar ki, hami sevir. Lakin onları nadir hallarda yaxşı tanıyırlar. Çünkü bu insanları əllərin altında bir çox maska olur.

Dördüncü qan qrupunun sahibləri çox oxuyurlar. Onların beyni müxtəlif abstrakt və iti nəzəriyyələrlə dolu olur. Bu insanların problemi idealı əldə etməkdir.
Bu səbəbdən onlar xırdalıqlara qarşı çox tənbəl olurlar və əlavə pul əldə etmək üçün və karyera mərtəbəsində yüksəlmək üçün səy göstərmirlər.

Həmçinin bax: Qan qrupu haqqımızda nə deyir?
Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «qan qrupun hansıdır?» sualıdır. İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir.
Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
Birinci qan qrupu: ovçular, yolaçanlar
Yer kürəsində əvvəlcə onlar olublar. Vəhşi heyvanlarla vuruşaraq onları ovlayır, ətlərini ocağın qırağında iştahla yeyir, rəqiblərini qovaraq seçdikləri əks cinsin nümayəndəsi ilə nəsil artırırdılar. «Lider olmaq» və «yaşamaq» onlar üçün sinonim sözlərdir. Onlar məqsədə doğru can atır, dözümlü olur, öz güclərinə güvənirlər. Hətta kifayət qədər özündən razı, özünə vurğun və lovğadırlar. Tənqidə dözümləri demək olar ki, yox dərəcəsindədir.

Kişi - Birinci qan qrupuna malik kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər. «Həmişəlik səninəm» cavabını aldıqdan sonra isə onlar dayanmır, daima yeni «ov» axtarışına çıxırlar. Deyilənə görə, seks haqqında onlar dəqiqədə 6 dəfə fikirləşirlər.

Qadın - Qadın birinci qan qrupudursa, qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar özlərini yad kişilərlə aparmağı çox yaxşı bacarırlar, yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir, eyni zamanda əldə etdiklərini də güclü «caynaqlarından» çətin ki buraxalar. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir.

İkinci qan qrupu: əməksevər calışqanlar
Haradasa 15 min il əvvəl ov zamanı bəxti gətirməyən insanlar bitki yeməyi öyrəndilər və beləliklə, ikinci qan qrupu meydana gəldi. Adətən sakit, hövsələli, mehriban, nizam-intizamlı insanların damarlarında məhz bu qan axır. Kollektivdə özlərini əla hiss edir və adətən liderliyə can atmırlar. Onlarda hər bir hiss - məhəbbət də, nifrət də uzun müddətə əmələ gəlir. Tufandan qabaq o qədər sakit olurlar ki, emosiyaları özünü büruzə verəndə, artıq gecikmiş kimi görünürlər.

Kişi - ikinci qan qrupudursa, sevgilisinin bütün kaprizlərinə dözür, nazı ilə sona qədər oynayır, uşaqcasına ona konfetlər, meyvələr verir. Adətən bu cür kişiləri bir az yaşlı qadınlar daha çox qiymətləndirirlər, çünki onları ehtiras yox, etibarlı əllərdə olmaq maraqlandırır.

Qadın - ikinci qan qrupudursa, utancaq olur, geyimlərində və davranışlarında müəyyən hədd gözləyir. Sevgisini etiraf etmək? - Qətiyyən! Birinci yaxınlaşmaq və sadəcə salamlaşmaq? - Xeyr, birdən o başqa şey fikirləşər. Bu cür qadınlar üçün məhəbbətsiz seks yoxdur. Qısamüddətli münasibətlər onlar üçün deyil. Bu qadınlar əla ömür-gün yoldaşı olub sona qədər ərlərinə sadiq qalırlar.

Üçüncü qan qrupu: köçəri, əyləncəsevərlər
Bu qan qrupu insanların heyvanları əhilləşdirməyə və sonra da köçəri həyat tərzi keçirməyə başladığı andan meydana gəlib. Süd içmək və balıq yemək öz işini gördü - yeni qan qruplu insanlar meydana gəldi. Onlar kollektivdən kənar özlərini əla hiss edir, tez-tez yaşayış yerlərini dəyişirlər. Hiyləgər olub asanlıqla başqalarının təcrübəsini mənimsəyir və yad cəmiyyətə maneəsiz uyğunlaşırlar. Birinci qrupun liderliyi və ikinci qrupun tabeçiliyi onlarda yoxdur, istənilən vəziyyətdən çıxa bilir, müstəqilliklərini daima qoruyub- saxlayırlar. Amerikada keçirilən sorğuya görə, milyonçuların 40%-i üçüncü qan qrupuna malik insanlardır.

Kişi - köçəri ingilissayağı çıxıb getməyə həmişə hazırdır. O, heç kimi əldə etməyə çalışmır, sadəcə xoşa gəlmək, görüş təyin etmək, sıxılmadan söhbət etmək xoşuna gəlir. O, həzz almağı və əylənməyi bacarır. Sevişmək onun üçün heç nəyə məcbur etməyən yaxşı vaxt keçirmək üsuludur. Rədd cavabını da çox normal qəbul edir: yox, deməli yox. Hava haqqında da danışmaq olar.

Qadın - üçüncü qan qrupuna aid olanları kobud olaraq «dinamist» adlandırırlar. Flirt xatirinə flirt - bu onun ən əsas məşğuliyyətidir. Və əgər o, kirpiklərini aşağı-yuxarı hərəkət etdirib, sonra sizə telefon nömrəsini veribsə, bu hələ heç nə demək deyil. Əgər hətta sizinlə gecəni də keçiribsə, bu da heç nə demək deyil. O, ömrü boyu sadiq həyat yoldaşı ola bilər və bununla bərabər onlarla əks cinsin nümayəndəsiylə dostluq edə bilər ki, qonşular artıq onun dalınca danışmaqdan bezərlər.

Dördüncü qan qrupu: sirli və ziddiyyətli
Dördüncü qrup ən cavanı hesab olunur. Təxminən 2 min il yaşı var. Əmələ gəlməsini isə qida ilə deyil, müxtəlif qan qruplu insanların birləşməsi ilə bağlayırlar. Bu insanlar ziddiyyətli, qətiyyətsiz, daima şübhə içində olur, başqalarına qulaq asmağı və yaxşı məsləhət verməyi bacarırlar. Adətən onları sevirlər, ancaq dərindən tanıya bilmirlər, çünki müxtəlif donlara girməyi əla bacarırlar. Çox mütaliə edir, hərtərəfli, erudisiyalı olurlar, lakin mübahisə etməkdən çəkinirlər. Karyera pilləsinə laqeyd yanaşırlar, buna baxmayaraq tale özü onları yüksəldir.

Kişi - dördüncü qrupdursa, əlavə güc sərf etmədən qadınları asanlıqla toruna salır. Onun oyunu zərif və alicənab olur. Ancaq özü vurulduqda hər şey dəyişir, ehtiras qaynayır, məntiq unudulur. İstənilən güclü hiss bu cür adamlar üçün ziddiyyətlərdən can qurtarmaq üçün bir dərmandır.

Qadın - dördüncü qrup sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni etməyə hazırdır. Özünü çox qiymətli hədiyyə kimi təqdim edir və bundan zövq alır. Deyilənə görə, bu qadınlarla yaxınlıq edən hər bir kişi onun təbii həzz hissini görüb özünü seks-nəhəngi hesab edir. Ancaq bu cür ləzzətverici hisslərlə dolu münasibətə çoxları dözmür. Bir çox kişilər bu qadınlara olan sevgilərindən ağıllarını itirdikləri halda, qadınlar əksər hallarda başqa kişilərin dalınca ağlayırlar.
ABŞ dollarının üzərindəki möhürlər, işarələr, simvollar haqqında çox danışılıb. Onlarla bağlı hətta sui-qəsd nəzəriyyələri irəli sürülüb. Amma onların hansının doğru, hansının səhv olduğu hələ də müzakirə edilir. Bu barədə Türkiyə mətbuatından oxuduğlarımı yığdım bir yerə. 

Son vaxtlar bir dollarlıq əskinasların üzərində təsvir olunmuş yarımçıq piramida, 13 rəqəmi, bir qanadı ilə zeytin budağı, o birisi ilə ox tutan Amerika qartalı, göz bir çox ehtimalların meydana çıxmasına səbəb olub. Bəzilərinə görə bunlar Mason Lojasının, başqalarına görə isə satanizmin simvollarıdır. Bu baxımdan amerikalı tarixçilər tərəfindən bu simvolların izahı daha inandırıcı görünür.  
Onların fikrincə, əskinasın üzərindəki yarımçıq piramida təsviri mütləq gücün simvolu, eyni zamanda kosmosa açılan qapıdır. Amerika cəmiyyətinin piramida kimi qurulması mənasını verir. Natamam piramidanın pilləkənlərinin sayı 13 ədəddir. Bu, çox ehtimal ki, o dövrdə Amerikanı yaradan müstəmləkələrin sayını göstərir. Eyni zamanda, bu rəqəmin ölkəni idarə edən 13 ailəni simvolizə etdiyi iddia edilir.

Tədqiqatçıların digər ehtimallarına görə, əskinas üzərindəki ox və zeytun budağı tutan qartal ABŞ-ın dünyaya mesajıdır: «Sülh istəyirik, lakin lazım gələrsə, vuruşacağıq». Qartal isə sürətin və çevikliyin rəmzidir.

 Qeyd edim ki, ABŞ iki böyük möhürdən istifadə edir. Sülh zamanında qartal zeytun budağına, müharibə vaxtı isə oxlara baxır. Latın dilində «ANNUIT COEPTİS» sözü əskinasdakı göz təsvirinin üzərində və qartalın qalxanında yer alıb. Onu da qeyd edək ki, piramidanın zirvəsində yerləşdirilmiş gözün «hər şeyi görən göz» mənası verdiyi ehtimal edilir ki, bu da ABŞ-ın günümüzdəki mövqeyini çox yaxşı əks etdirir. Eyni zamanda, onun hələ 1776-cı ildə düşünülməsi xüsusi əhəmiyyət daşıyır.
İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun qiyməti 2 min 800 dollardır.

Dünyanın ən bahalı sabunu istehsal edilib. Ən bahalı sabun Livanda hazırlanıb. İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun adı «Katar»dır. Qiyməti isə 2 min 800 dollardır. Sabunun istehsalı üçün şirkətə 1,5 ay vaxt lazım olub.
«Katar» sabunu üzə canlılıq və təravət vermək üçün hazırlanıb. Sabunun tərkibində qiymətli metal və daş tozundna əlavə, müxtəlif ətirlər, yağlar da var.
Dünyanın ilk ən bahalı sabunu Qatər əmirinin həyat yoldaşına hədiyyə ediləcək.
Sabunu istehsal edən və bu sahədə uzun illər təcrübəyə malik olan şirkət rəsmisi Ginnesin rekordlar kitabına düşməyi də hədəflədiklərini deyib.
Mənim başa düşmədiyim hansısa bədbəxt oğlu bədbəxtin bu sabuna pul verməsidi =) ona görə ki, adi İran sabunun qiyməti bazarda 40% si 0.12 AZN dir. Bu cammat Qatər, Livan kimi ölkədə acınnan ölür ancaq lazımsız şeylərə pullar xərclənir. düzgün deyil... Dünya düzəlməsə nolacaq bu işlərin axırı =)
Tam adı: Mark Elliot Sukerberq
Doğum tarixi:1984-cü il, 14 may
Doğum yeri: ABŞ, Nyu-York,
Uayt-Pleyns Vəzifəsi: “Facebook”un prezidenti, baş icraçı direktoru
Həyatı
Dünyada məşhur “Facebook” sosial şəbəkəsinin yaradıcısı kimi tanınan Mark Sukerberq1984-cü il may ayının 14-də Nyu-Yorkun Uayt-Pleyns şəhərində doğulub. Atası Eduard diş həkimi, anası Karen psixiatr olub. Mark Sukerberq məktəbdə oxuyarkən kompyuter proqramları ilə maraqlanıb. 9-cu sinifdə oxuyarkən “Risk” stolüstü oyununun kompyuter versiyasını hazırlayır. Sonra isə “winamp player üçün mp3” proqramını tərtib edir. Mark, həmçinin qədim dilləri (latın, yunan və s.) öyrənib, qılıncoynatma idman növü ilə məşğul olub. “Time” jurnalı 2010-cu ildə Sukerberqi “ilin adamı” elan edib. Bu il Mark Sukerberq “The Guardian” qəzetinin versiyasına görə, Böyük Britaniyanın media sənayesinin yüz ən nüfuzlu şəxslərinin reytinqində birinci yeri tutub. Xatırladaq ki, hələ, ötən il M. Sukerberq sözügedən siyahıda yalnız 7-ci yerdə idi.
Universitet illəri
Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Sukerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinin Psixologiya fakültəsinə daxil olur. O, paralel olaraq, İT kurslarında da iştirak edirdi. Universitetin ilk illərində ən yaraşıqlı və gözəl tələbələrin seçimi üçün “www.facemash.com” saytını yaradır. Saytda Harvardın bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün, universitetin məlumat bölməsinə girmək tələb olunurdu. O, şəbəkənin şifrini əldə edərək istəyini həyata keçirir. Mark Sukerberq ilk olaraq öz saytında tələbələrin şəkillərini cüt yerləşdirərək istifadəçilərdən xahiş etmişdi ki, hansının daha cazibədar olduğuna səs versinlər. Cəmi 4 saatdan sonra saytın istifadəçilərin sayı 500 nəfərdən çox olur. Nəticədə, təhsil müəssisəsinin rəhbərliyi resursu dayandırır və Sukerberq təhlükəsizlik qaydalarına riayət etməməkdə, şəxsi məlumatların toxunulmazlığı qaydalarını və müəlliflik hüquqlarını pozmaqda təqsirləndirilərək universitetdən xaric edilir.
Sukerberq və “Facebook”
Bundan sonra Harvardın tələbələrini internet üzərində görüşdürmək üçün Sukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits Kris Hyuces və Eduardo Saverin ilə birlikdə “Facebook” sosial şəbəkəsini yaradır. Şəbəkənin maliyyə təminatını braziliyalı tələbə Eduardo Saverin ödəyirdi. “Facebook” ikinci dəfə bərpa olunduqdan cəmi iki həftə sonra Harvard Universitetinin tələbələrinin yarıdan çoxu saytın istifadəçisi oldu. Daha sonra Boston ətrafındakı məktəbləri də əhatə edən “Facebook”, iki ay ərzində İvi Liqi təhsil müəssisələrinin hamısını əhatə etdi. “Facebook” şəbəkəsi istifadəçilərin qruplara, kurslara ayrılması mümkünlüyünə görə tələbələr arasında çox məşhur oldu. İlk illərdə ABŞ-ın bütün məktəblərində “Facebook” mövcud idi. Üzvlər əvvəllər yalnız təhsil müəssisəsinin e-mail ünvanıyla (.edu, .ac. uk və s.) üzv ola bilirdi. Daha sonrasında şəbəkə içinə bəzi böyük şirkətlər də qatıldı. “Facebook” qısa zaman ərzində ABŞ-ın ən böyük ünsiyyət saytlarından biri oldu. 11 sentyabr 2006-cı il tarixində isə “Facebook” bütün e-mail ünvanlarına, bəzi yaş məhdudiyyəti ilə açıldı. İstifadəçilər istədikləri şəbəkələrlə; məktəblərdən, universitetlərdən, iş yerləri, ya da yaşadığı yerlərdən daxil ola bilirdilər. “Facebook” istifadəçilərinin sayı 2009-cu ildən daha sürətlə artmağa başladı. Hazırda “Facebook”un 800 milyon istifadəçisi var, hər gün sosial şəbəkəyə 500 milyon aktiv istifadəçi daxil olur. Mark Sukerberqin “Facebook” saytı 2011-ci ilin “The Brand Finance Global 500” siyahısına görə dünyanın ən dəyərli 281-ci markası olub.
Sukerberq haqda maraqlı faktlar
Sukerberq “Facebook”da qeydiyyatdan keçən 4-cü istifadəçidir. Mark Sukerberq yaşıl və qırmızı rəngi görə bilmir. O, yalnız mavi rəngin bütün çalarlarını ayırd edə bilir. Buna görə də “Facebook”u hazırlayarkən mavi rəngdən istifadə etməyi qərara alıb. 2011-ci ilin yanvarında Markın “Facebook” şəbəkəsi naməlum hakerlər tərəfindən hücuma məruz qalıb. Hakerlər onun səhifəsinə bu mətni yerləşdirib: «Facebook” nədən Nobel mükafatçısı Mohammad Yunusun dediyi kimi, sosial işlərə yönəldilməsin?» Bu statusa 500-dən artıq şərh yazılıb, təxminən 2 min nəfər onu «bəyənib». Tezliklə də səhifə bərpa olunub. “Fortune” nəşrinin bildirdiyinə görə, Mark ovçuluq üçün lisenziya alıb. Bundan sonra, yalnız öz əli ilə öldürdüyü heyvanların ətini yeyəcəyinə söz verib. Mark Sukerberq “Esquire” jurnalının təqdim etdiyi dünyanın ən zövqsüz məşhurları “Top10”-luğunun lideridir. Siyahı tərtibçilərinin sözlərinə görə, 27 yaşlı biznesmenin stili o qədər acınacaqlıdır ki, zarafatyana onu “brend” adlandırıblar. Əsasən, onun rəsmi tədbirlərdə futbolka və cins şalvarda iştirak etməsi kəskin tənqid olunur. Xatırladaq ki, M.Sukerberqin «səliqəsiz imic”inin ən əsas aksessuarı – rezin şapşapıları Devid Finçerin “Facebook”dan bəhs edən “Sosial şəbəkə” filmində də öz əksini tapıb. Dünyanın ən zəngin insanlarından biri olan Mark bir neçə ay bundan əvvələ qədər kirayədə qalıb. O, bunu sutkanın 16 saatını “Facebook”un ofisində keçirdiyinə görə ev məsələsinə çox da əhəmiyyət verməməsi ilə əsaslandırıb. Onun şəxsi varidatı 18 milyard ABŞ dollarını ötüb.  
Ən çox soruşulan suallar arasında facebook profili necə sındırmaq olar sualı gəlir.. Öncəliklə qeyd edimki facebook kimi mütəxisisləri olan bir sistemdə şifrə qırmaq o qədər də asan məsələ deyil. Buna görə internetdə yayılan programlara falan o qədərdə inanmayın. və yaxudda bu facebookun özündə dünən kömpüterdən istifadə etməyi öyrənən uşaqların pul ilə şifrə qırma iddialarına inanmayın. Sora aldadıldıqdan sonra arxasınca söyməyə də dəyməz.. Səhv səndədəki belə şeylərə görə pul xərcləyirsən ) Hər nəysə kim nə edir necə edir özü üçün edir. İndi mən sizə facebookda profili necə qırmaq olar onu başa salacam. Ancaq bir şey deyim 
sizə bizim bu öyrədəcəyimiz üsulla ümumiyyətlə tanımadığınız bir insanın profili heç cür qıra bilməssiniz. Qırmaq istədiyiniz profilin sahibi haqqında yetərli məlumatınız olmalıdır birdə həmin profildə gizli sual aktiv olmalıdır.  Ama həmin o profilin yiyəsi ayıq tərpənib təhlükəsizlik ayarların səhvsiz və təhlükəsiz nizamlıya bilibsə siz bu sevdadan vaz keçin. )) Qısaca biz sizə yalnız tanıdığınız profili və təhlükəsizlik ayarlarında adi səhvlər buraxan istifadəçilərin profili qırmağı öyrədəcəyəm ) 



Mən facebookdan türk dilində istifadə etdiyimə görə misal kimi elə türk dilində göstərəcəm. ilk öncə facebookun ana səhifəsindən "Şifreni mi unuttun ? " bölməsinə daxil olursuz.

Açılan pəncərədə profilin istifadəçi adın  (istifadəçi adı hər hansi profilin linkində com/ -dan sonra gələn sözdür. Məsələn facebook.com/profiladi profilində profiladi burda istifadəçi adıdır.) ya emailin yada birbaşa profilin linkin yazaraq axtarış verə bilərsiniz. 



Mən öz profilim üzrə axtarış edəcəm. Açılan pəncərdə öz istifadəçi adımı yazaraq ara butonuna basıram və qarşıma aşağıdakı pəncərə açılır. Burda mail və nömrəm ip ucları formasında göstərilir. əgər davam butonuna klik etsək nömrə və ya mailə təsdiqlənmə kodu gedəcək. Buna görə biz burda " bunlara artık erişim yokmu ?" butonunu klik edərək davam edirik 


sizin qarşınıza aşağıdakı şəkildə pəncərə açılacaq. Burda siz özünüzə məxsus bir mail və heç bir facebook profilində istifadə olunmyan bir mail yazaraq davam edirsiz



və bundan sonrası sizin profilin yiyəsi haqqında bilginizə və ya profilin yiyəsinin buraxdığı səhvə bağlı. qarşınıza belə  bir pəncərə çıxacaq. Burda sizdən gizli sualınızın cavabı soruşulur 

əgər siz həmin profilin gizli sualın tapa bildinizsə profili demək olarki parolunu sındırmış oldunuz. və bir çoxları bu sahədə demək olarki səhvlik edərək özləri haqqında düzgün məlumatlar yazıblar. Məsələn annen hangi sehirde dogdu, 8 yasinadek hangi sokakda yasadin, birinci sinif ogretmeninin adi neydi tipli suallara düzgün cavab qoyaraq öz profillərini təhlükəsiz etmək əvəzinə əksinə bir azda təhlükəli ediblər. və ən pisidə odurki sonradan gizli sualı ayarlardan dəyişdirmək olmur. Facebookda Gizli sualı başqa üsulla dəyişmək olurki onu növbəti mövzuların birində izah edəcəm. indi isə bu mövzudan uzaqlaşmadan davam edək. tutqaki siz gizli suala düzgün cavab verdiniz. bundan sonarkı açılacaq pəncərədə siz yeni şifrə yazmalısınız 

Yeni şıfrəni yazaraq davam edirsiniz. 



Bundan sonra sizin yuxarıda yazdığınız mailə yoxlama məktubu göndəriləcək. mailinizə daxil olaraq həmin yoxlama linkinə klik edirsiniz və 24 saat gözlədikdən sonra profil tam olaraq sizin əlinizdə olur. Əlbəttəki həmin profilin yiyəsi bu 24 saat ərzində qabaqlayıcı tədbirlər görməsə )) Bu bir az şans işidi həmdə ) Uğurlar ) ümid edirəm bu işi pis niyyətlə istifadə etməssiniz!!!!


Amerikalı astronom Ceffri Marsi "Kepler" superteleskopu vasitəsi ilə toplanan informasiyaların analizini başa çatdırıb. Alim belə bir qənaətə gəlib ki, qalaktikada ölçüsünə, kütləsinə, səthindəki temperatura görə Yer kürəsinə bənzəyən 8,8 milyard ədəd planet var. Bu məlumat ondan xəbər verir ki, həmin planetlərdə həyat da ola bilər.

Ancaq müasir elm hələ ki, həmin planetlərə yol tapmağa imkan vermir. Yer kürəsinə bənzəyən ən yaxın planet Günəş sistemindən 15 işıq ili məsafəsindədir.
"YouTube" videohostinqi yeni loqo təqdim edib. Loqo sözügedən videohostinq xidmətinin rəsmi "Facebook" və "Twitter" səhifələrində yerləşdirilib.
Yeni loqo ilk dəfə ötən həftə "YouTube"un "iOS" və "Android" platformaları üçün mobil tətbiqlərində təqdim edilib. Bununla belə saytda hələ də əvvəlki loqo əks olunur və yeni loqoya keçid müddəti açıqlanmır.

Xatırladaq ki, "YouTube" videohostinqinin istifadəyə verilməsindən sonra xidmətin loqosu yalnız bir dəfə cüzi dəyişikliyə məruz qalıb.
Əvvəla Salamlar olsun ki, məni sayıb bu notlarımı oxuyursuz.... yaxşı keçək mətləbə :
İl 2011 Sentyabr ayı, Tanıdığım bir Turk hackerlə hər gün yeni xəbərləri :siyasət, hack, hərşey haqqında Fb da yazışardıq... yenə Sentyabr ayı və bir gün bunnan xəbər çıxmadı nə Skaypı nə də FB si online olurdu, ona mesaj yazdım. Axır ki, 3 ay sonra cavab verdi və mənə çox maraqlı idi nə olmuşdu. Özü mənə yazdı ki, onu gecə saat 05:00da evdən nöqtə təsbiti ilə telefonnan tapıblar. Soruşdum niyə SƏN? dedi telefonlarımı dinləyirdilər on görə... o uşağın başına sora çoxlu işlər gədi,amma sözümün canı o deyil... az qalıb narahat olmayın OXUYUN! 
Sonra telefon dinləmə işi, mənimdə beynimdə bir nöqtə qoydu.GÖRƏSƏN TELEFONUMUN DİNLƏNİLDİYİNİ NECƏ ANLAYA BİLƏRƏM? indi mən sizə əgər biri sizin telefonlarınızı dinləyirsə necə anlayacağınızı öyrədəcəm... İki ilə yaxın olan bir araştırmamın sonunda bu qənayətə gəldim ki, dinlənildiyinizi bu üsullarla anlamaq olar: yaxşı oxuyun
  1. Telefonda zəng etdikdən və ya zəng gəldikdən 10-15 saniyəyə qədər yankılanma olması..(sonrada mümkündü)
  2. Telefona zəng gəldikdə "bip" və "tuk tuk" deyə bir səsin 1-2saniyəyə gəlib getməsi
  3. zəng edəndə, Çağrı səsinin 2 ayrı səslə getməsi ( duuud dyyyd ) kimi... arxa arxaya
  4. danışıq zamanı Səs uzaqdan gəlirsə ( bu həmdə set az olanda da olur )
  5. öz səsinizi eşitmək ( bu da həmdə set az olanda da olur )
  6. Ən əsas yoxlama yöntəmi : 055, 050, 051, 070 nömrələrin qarşısına bu şəkildə 15 artıraraq. 15 051 xxx xx xx YES  kimi zəng etdikdə GSM şirkətində qız "yalnış nömrə" desə deməli DİNLƏNMİRSİZ! əgər əksinə zəng olduğu kimi getsə, uje DİNLƏNİRSİZ! 
  • Deyəssiz kimə lazımdı məni izləsin? Bax Səni həm Azərbaycan prokurorluğu həm də Gizli Xidmət dinəyə bilər. İkisinin də Səlahiyyəti çatır...  Qanunsuz " Dövlətdən kənar " dinləmə isə sizidə nə isə mənafeyi olan birinin pulla tutduğu Agentlər ola bilər...
  • Dinləndiyinzdən şübhələndikdə hara muraciət etməli? Əgər biri dinlənildiyinnən şübhələnirsə hansı ərazidə yaşayırsınızsa orda prokurorluğa müraciət edərək ddinizi tam şəkildə bildirin onlar sizə ətraflı məlumat verəcək ( əgər dinləmə Qanunsuzdursa onda onların belə xəbəri olmayacaq )
  • Nəyə görə insanlar dinlənilir? Azərbaycanda və Dünyada vətəndaşların gizliliyi qanunu açıqdır. Heç kim onların icazəsi olmadan ona aid heç bir atak edə bilməz. Ancaq siz danışıqlarınıza fikir verməyib qadağan olan sözləri işlətsəz bax onda qanuni dinlənmə 24saat full time aktiv olur...və dinlənirsiniz. Danışıqlarınızda: AXCP, YAP, Müxalifət, Mitinq, tanınmış dövlət işçilərinin ad və familiaları, Mafia, silah, bomba, PKK, Ergenekon,  və s. kimi 100lərcə sözü dilinizə kiminlə danışanda gətirsəz. GSM şirkətlərinə yerləştirilmiş Avtomat cihaz sizi qara siyahıya atacaq və ilk vaxtlar hərdən dinlənilib yoxlanılacaqsız sonra o haqda danışmasaz belə Şifrəli danıştığınızı hiss etdikləri an, sizi həps etmə hüquqlarının olduğunu deyim bilin.
  • Onu da xatırladım ki, biri sizi Prokurorluğa şikayət etsə siz 3 ay full time dinlənilirsiz....
Həəə gəldik sona : mənim sizə tövsiyyəm bu notumu səhvənizdə də paylaşın ki, dostlarınız da görsün işin bilsin... bilirəm çoxunuz bilmirdiz və indi öyrəndiz... / İsmayil Huseynov / 17 mart / 22:51
    İstinad verəndə Müəllif hüquqlarını pozmayın! Bütün hüquqları qorunur.

  Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə meneceridir. Proqram sayəsində faylları asanlıqla yükləyə, Rapidshare və s. saytlarda premium üzvlüyünüz varsa üzvlük bilgilərinizi daxil edərək yüləmələrinizi asanlıqla edə bilərsiniz. Əgər yükləmə etdiyiniz server icazə verirsə yüklənən faylı yükləmə əsnasında dayandıra və qaldığı yerdən davam edə bilərsiniz. Youtube və s. kimi saytlarda izlədiyiniz videoları asan yükləyə bilərsiniz. Bunlardan əlavə proqram bir çox dili dəstəkləyir. İnternet sürətinizdən maksimum səviyyədə istifadə edir, normal Firefox və yaxud Internet Explorer fayl idarəçilərindən daha sürətli bir şəkildə fayl yükləyə bilərsiniz. Mən 3ilə yaxındır ki, İDM crack və serial yığıram... və bunu sizlərə təqdim edirəm: E N D İ R ! Rəy Yazmağı Unutmayın!
Bloq səhifəsi açdım… İlk yazima nə ilə başlayacağımı bilmirəm: sevinim, ya sevinmiyim…?! Ya da ən yaxşısı sevinim, çünki jurnalist olmaq uğrunda daha müsbət addım atmış oldum-özümə bloq açdım. Ona görə sevinməliyəm ki, daha deyə bilməyəcəyim şeyi gizlətməyəcəm, artıq yazacam və nə etidiyimi, nə istəmədiyimi, nəyin eybəcər, nəyin görməli olduğunu öz düşüncəmlə çatdıracam. Oxuyub-oxumamalırını deye bilmərəm, amma oxusalar irad tutsalar tənqid etsələr müsbət olardı. Digər sualın-sevinməməyimin yaranmasına səbəb qorxmağımdı. Qorxmaq deyəndə sözu açıq deyə bilməmək qorxusu yox, kimdənsə çəkinmək qorxusu yox, demək istədiyimi kifayət qədər çatdıra bilməməyimdən qorxuram, oxucunun istədiyi kimi olmamaqdan qorxuram. Bəlkə də bu özündənrazı bir qorxudur, bəlkə də təzə nəyəsə başlayanda bu qorxu olur…

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X