Bloq səhifəsi açdım… İlk yazima nə ilə başlayacağımı bilmirəm: sevinim, ya sevinmiyim…?! Ya da ən yaxşısı sevinim, çünki jurnalist olmaq uğrunda daha müsbət addım atmış oldum-özümə bloq açdım. Ona görə sevinməliyəm ki, daha deyə bilməyəcəyim şeyi gizlətməyəcəm, artıq yazacam və nə etidiyimi, nə istəmədiyimi, nəyin eybəcər, nəyin görməli olduğunu öz düşüncəmlə çatdıracam. Oxuyub-oxumamalırını deye bilmərəm, amma oxusalar irad tutsalar tənqid etsələr müsbət olardı. Digər sualın-sevinməməyimin yaranmasına səbəb qorxmağımdı. Qorxmaq deyəndə sözu açıq deyə bilməmək qorxusu yox, kimdənsə çəkinmək qorxusu yox, demək istədiyimi kifayət qədər çatdıra bilməməyimdən qorxuram, oxucunun istədiyi kimi olmamaqdan qorxuram. Bəlkə də bu özündənrazı bir qorxudur, bəlkə də təzə nəyəsə başlayanda bu qorxu olur…
Yazıya Bloqdan keçid counter Dəfə Olub.

0 коммент.:

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X