Amerikalı astronom Ceffri Marsi "Kepler" superteleskopu vasitəsi ilə toplanan informasiyaların analizini başa çatdırıb. Alim belə bir qənaətə gəlib ki, qalaktikada ölçüsünə, kütləsinə, səthindəki temperatura görə Yer kürəsinə bənzəyən 8,8 milyard ədəd planet var. Bu məlumat ondan xəbər verir ki, həmin planetlərdə həyat da ola bilər.
Ancaq müasir elm hələ ki, həmin planetlərə yol tapmağa imkan vermir. Yer kürəsinə bənzəyən ən yaxın planet Günəş sistemindən 15 işıq ili məsafəsindədir.
Yazıya Bloqdan keçid
Dəfə Olub.
0 коммент.:
Yorum Gönder
Rəy üçün Təşəkkür edirəm =)