Hər bir insanın sosial şəbəkələrdə öz davranış stili var, lakin Facebook istifadəçilərinin davranışında müəyyən qanunauyğunluqlar da var və bu, onları kateqoriyalar üzrə qruplaşdırmağa imkan verir.
Bu tipləri sizlərə təqdim edirəm.
Sizin profiliniz nədən xəbər verir?
Birinci tip — TəqibçiBu tipə adətən qadın istifadəçilər aiddirlər, onlar başqa insanların səhifələrinə daxil olmağı xoşlayırlar.
Təqib ciddi məşğuliyyətdir və xeyli vaxt alır, ona görə də bu tip istifadəçi Facebooka gündə təxminən 14 dəfə daxil olur – Mashable yazıb.
İkinci tip - 1970-ci illərin demoqrafik partlayış dövrünə məxsus 55 yaşdan yuxarı köhnə insanlar aiddir.
Qonşuda keçirilən əyləncə gecəsində Facebook haqqında eşidən bu tip sosial şəbəkədə maraq naminə qeydiyyatdan keçir, lakin onun sonrakı fəallığı uşaqlarının statuslarına şərh yazmaqdan ibarət olur.
Üçüncü tip - şəbəkədə yeni olan istifadəçidir. O, hər bir statusu layk edir və şərh yazır.
Dördüncü tip - dostlarını Facebook vasitəsilə öz fəaliyyətindən xəbərdar edən insandır. Bu cür istifadəçi tipi harada olmasından asılı olmayaraq öz yerini qeyd edir və statuslarını hər dəqiqədən bir yeniləyərək özü haqqında məlumat verir.
Beçinci tip - brend-promouterlər aiddir. Onlar Facebookdan öz şirkətləri haqqında informasiya yaymaq üçün istifadə edirlər. Bu cür tipin bütün statusları şirkətin xəbərləri ilə əlaqədardır.
Altıncı tip - ehtiyatlı istifadəçilər aiddirlər. Bu cür istifadəçinin profili tamamilə bağlıdır, çünki o, özü haqqında hər hansı bir məlumatın açıqlanmasından ehtiyat edir.
Bu cür istifadəçi özünü hər şeydən son dərəcə qorumaq üçün çox vaxt sosial şəbəkədə saxta soyaddan istifadə edir.
Yeddinci tipə aid istifadəçilərin fəaliyyəti heyvanların sevimli fotoşəkillərini dərc etməkdən ibarətdir. Əsas məsələ mümkün qədər çoxlu sayda layk almaqdır.
Səkkizinci tip - oyunçudur. Bu cür istifadəçilər sosial şəbəkələrdən yalnız müxtəlif oyunlar oynamaq üçünistifadə edirlər.
Statistikaya əsasən, Facebookun 250 milyondan çox istifadəçisi sosial şəbəkədə oyunlara görə pul ödəməyə hazırdırlar.
Doqquzuncu tipə qeyri-aktiv istifadəçi aiddir. Onun üçün şəbəkədə qeydiyyatdan keçmək onsuz da çətin qərar olub. Bu tipə aid istifadəçilərdən hər hansı fəallıq gözləməyinə dəyməz.
Yazıya Bloqdan keçid
Dəfə Olub.
0 коммент.:
Yorum Gönder
Rəy üçün Təşəkkür edirəm =)