Elə sözlər var ki, onu dünyanın istənilən yerində işlətsən,qarşındakı həmsöhbətin sənin nə demək istədiyini dərhal başa düşəcək.Belə sözlərin yarışı keşirilsə Okey sözü birinci yer qazanar.Çünki onun buna haqqı da var. Ona görə ki, Okey dünyada ən çox işlədilən ifadələrdən biridir. Bu sözü artıq bir simvol kimi hər yerdə qəbul edirlər.Okey – yəni hər şey əladır!
Eldən-elə, dildən-dilə düşən bu ifadə necə yaranıb? Bütün yaxşı şeylərə olduğu kimi Okeyə də şərik çıxan çoxdur. Ən geniş yayılan bir neçə versiyanı incələmək imkanımız var.
Eldən-elə, dildən-dilə düşən bu ifadə necə yaranıb? Bütün yaxşı şeylərə olduğu kimi Okeyə də şərik çıxan çoxdur. Ən geniş yayılan bir neçə versiyanı incələmək imkanımız var.
1. O.K. sözü ABŞ prezidenti Martin Van Burenin doğulduğu şəhərin qısaldılmış adıdır. Nyu-York ştatının Old Kinderhook şəhərində doğulan Van Buren 1840-cı ildə keçirilən seçkiöncəsi təbliğat kampaniyasında bu sloqandan geniş istifadə edib – “Old Kinderhook is O.K.” Demokrat partiyasından namizədliyi dəstəklənən Van Burenin gənc tərəfdarları bu sözü ölkənin hər yerinə həvəslə yayıblar.
2. Bu söz 1839-cu ildə Bostonda çap olunan qəzetlərin birində ilk dəfə işlədilib. “Hər şey düzdür” (oll correct) ifadəsinin abbreviaturası kimi qəbul olunub.
3. Cekson ABŞ prezidenti kimi rəsmi yazışmalar zamanı sənədlərə dərkənar qoyarkən (all correct) bu sözdən istifadə edirmiş.Çox zaman dövlət başçısı dərkənarı qısa yazırmış-“O.K.”
4. Müharibə zamanı fransızlar canlı itkilər barədə gündəlik raport verərkən bu ifadədən yararlanıblar-“0 Killed. Yəni itki yoxdur”. İkinci Dünya Müharibəsi illərində ingilislər də bu üsuldan istifadə ediblər. Hərbi təyyarəçilər bazaya qayıdarkən uçuşun uğurla başa çatdığını, heç bir problemin olmadığını izah etmək üçün “O.K.” ifadəsi işlədiblər.
Yazıya Bloqdan keçid
Dəfə Olub.
0 коммент.:
Yorum Gönder
Rəy üçün Təşəkkür edirəm =)