Çarli Çaplin 1889-cu il aprelin 16-da Londonda müzik-holl aktyorlarının ailəsində anadan olub. Onun valideynləri – böyük Çarlz Spenser Çaplin və Hanna Çaplin (səhnədə Lili Qerli kimi tanınıb) estrada aktyorları olublar. Çaplinin anası mahnılarla və rəqslərlə müxtəlif teatrlarda, o cümlədən tanınmış bəstəkarların, populyar operettaların müəllifləri Cilbert və Sallivenin antreprizlərində çıxış edib.
Çaplinin atası isə xoş bir baritonun sahibi olub. O, 1880-ci illərin ortalarında London müzik-hollarında çox məşhurluq qazanıb. Çaplinin atası dəfələrlə Avropa ölkələrinə qastrola çıxıb, Nyu-Yorkda da çıxış edib. Onun repertuarında özünün bəstələdiyi mahnılara da rast gəlmək olar. Lakin Çarlz Çaplinin səhnə karyerası faciə ilə qurtarıb: o, öz səsini itirib, anqajementindən məhrum olub, bundan sonra içkiyə qurşanıb və 1894-cü ildə London hospitalında vəfat edib.
Hanna Çaplin ərinin ölümündən sonra ağır xəstələnərək 1896-cı ildə ağlını itirib. Sid və Çarli qardaşları anaları ilə birlikdə Lambetdə işçi evinə göndəriliblər. Sonradan yetim və kasıb uşaqlar üçün məktəbə yerləşdiriliblər. Çarli və Sid dolanmaq üçün müstəqil şəkildə pul qazanmaq məcburiyyətində qalıblar.
Çarli 1894-cü ildə beş yaşında olarkən, müzik-holl proqramında anasını əvəz edərək ilk dəfə səhnəyə çıxıb. 1898-ci ildə o, “Lankaşirli səkkiz oğlan” adlı uşaq rəqs qrupuna daxil edilib. Maralıdır ki, sonradan tənqidçilər Çaplinin filmlərini “film-bilet” adlandırıblar. 1901-ci ildə yeni il ərəfəsində “Lankaşirli oğlanlar” “Zoluşka” pantomimində çıxış ediblər – Çaplin pişik kostyumunda ilk dəfə tamaşaçılarını güldürməyə nail olub. 1901-ci lin yazında Çaplin “Lankaşirli oğlanlar” qrupundan ayrılır. 1901-ci il mayın 1-də isə Çaplinin atası 37 yaşında vəfat edir. Məşhur aktyor məktəbə nadir hallarda gedirmiş. O, qəzet satmaqdan başqa, həkim köməkçisi, mətbəədə fəhlə kimi işləyib. Lakin yaşı az olduğundan onu bir yerdə uzun müddət işləməyə qoymurlarmış.
1903-cü ildə (14 yaşında olanda) Çaplinə teatrda daimi verilib və o, “Şerlok Holms” pyesində qasid Billi rolunu alıb. O vaxtlar Çarli ümumiyyətlə savadsız olub. Rolun mətni ona veriləndə bir neçə abzası ucadan oxumasını istəyəcəklərindən qorxub. Sonradan mətni öyrənməyə qardaşı Sidni kömək edib.
Çaplin bir neçə il ərzində həm də varyetedə oynayıb. O, 16 yaşından etibarən hər gün 4-16 saat skripkada çalıb. Skripka dərslərini isə teatr dirijorundan və onun tanışlarından alırmış.
1908-ci ilin fevralında Fred Karnonun teatr müəssisəsində aktyor rolu alıb. Bu müəssisə bir sıra müzik-hollar üçün pantomima və sketçlər hazırlayırmış. Çarli tezliklə müəssisənin əsas aktyorlarından birinə çevrilir. Sonradan həmin tamaşaların bəzilərini ekran üçün adaptasiya edir.
1910-1912-ci illərdə Çarli Çaplin Karnonun truppası ilə birlikdə ABŞ-a qastrol səfərinə gedir. 1912-ci ilin yayında aktyor beş ay müddətinə vətəni İngiltərəyə qayıdır. 1912-ci il dekabrın 2-də isə Karnonun truppası ilə birgə ABŞ-a qayıdar və həmişəlik bu ölkədə qalır. Çıxışlardan birində kinoprodüser Mak Sennet təsadüfən Çaplini görür. Çarlinin oyunu Makın xoşuna gəlir və o, Çaplini özünün “Kistoun Film” (Keystone Film) studiyasında işləməyə dəvət edir. 1913-cü ildə Çarli həftəyə 150 dollar məvaciblə “Kistoun Film” studiyası ilə müqavilə bağlayır.
Çaplin əvvəllər sennetiyalı komediya-ekspromtlarını xeyli kobud üslubda təqlid etməyə çalışır. Lakin ona uğuru bu üslub deyil, əksinə, həmin üslubdan kənarlaşması gətirir. Tezliklə o, məşhur kinoaktyora çevrilir və öz ekran obrazını formalaşdırmağa başlayır.
Əvvəllər onun Cez personajı həyasız kələkbaz kimi görünsə də, tədricən bu obrazda tamaşaçının “Balaca avara” obrazında alışdığı lirika və istilik hiss olunmağa başlayır. Tədricən kino istehsalının bütün aspektlərini mənimsəyən Çaplin təkcə aktyor işi ilə kifayətlənməyərək və Sennetdən ona film çəkməyə icazə verməsini xahiş edir. Amma tezliklə anlayır ki, Sennatiyə işləmək onun yaradıcılıq imkanlarını məhdudlaşdırır və bu səbəbdən və “Kistoun”u tərk edir.
Beləliklə, Çaplin 1914-cü ildə “Yağışa düşən” adlı ilk müstəqil filmini çəkir. O, filmdə aktyor, rejissor və ssenari müəllifi kimi çıxış edir.
Çarlinin qazancı da get-gedə artmağa başlayır. Əgər 1914-cü ildə “Kistoun”da həftəyə 150 dollar alırdısa, 1915-ci ildə “Essanay Film” studiyasında o, həftəyə 1250 dollar və üstəlik müqaviləyə görə 10 min dollar alır. 1916-1917-ci illərdə Çarli “Mutual Film”də həftəyə 10 min dollar və üstəlik müqaviləyə görə 150 min dollar alır. 1917-ci ildə isə “First National Pictures” studiyası ilə 1 milyon dollarlıq müqavilə bağlayır və tarixdə ən bahalı aktyora çevrilir.
Zaman keçdikcə Caplin müstəqil yaradıcılıqla məşğul olmaq qərarına gəlir və 1919-cu ildə Meri Pikford, Dulqas Ferbenks, Devids U.Qrifitlə birgə “United Artists” studiyasının əsasını qoyur.
Çarli Çaplin 1921-ci ildə Avropaya səyahət edir. London və Paris şəhərlərinə səfəri zamanı onu hər dəfə böyük izdiham əhatə edir. O, Londonda olduğu ilk 3 gün ərzində 73 min məktub alır. Berlində isə onu heç kəs tanımır. Çünki müharibədən sonrakı Almaniyada Çaplinin filmləri nümayiş etdirilmir. Çaplin Avropaya ikinci dəfə 1931-ci ildə – “Böyük şəhərin alovları” filminin premyerası zamanı səfər edir. Üçüncü dəfə Avropada 1936-cı ildə – “Yeni vaxtlar” filminin nümayişi zamanı olur.
1922-ci ilə qədər Çarli Çaplinin şəxsi evi olmayıb. O, kirayə götürdüyü evlərdə, mehmanxanalarda və klublarda yaşayır. 1922-ci ildə isə Beverli-Hillsdə şəxsi evini tikdirir. Tikilən evdə 40 otaqdan əlavə, kinozal və orqan olub.
Çaplin şöhrətini səssiz kino ilə əldə edib. Bu səbəbdən də o, 1927-ci ildə səsli kino yaranmasına baxmayaraq, köhnə kinotexnikaya hələ 10 il sadiq qalır. Onun ilk tam səsli filmi 1940-cı ildə çəkilən və Hitleri tənqid edən “Dahi dikrtator” olub. Bu film həm də avara-Çarli obrazından istifadə edilən sonuncu film olur.
Çaplin 1952-ci ildə “Rampanın alovları” adlı filmini çəkir. Bu film yaradıcı insanın taleyindən və ümumiyyətlə yaradıcılıqdan bəhs edir. Çaplin 1952-ci il sentyabrın 17-də “Rampanın alovları” filminin premyerasında iştirak etmək üçün London şəhərinə gedir. ABŞ Federal Təhqiqat İdarəsinin o zamankı rəhbəri Edqar Quver isə onun ölkədə olmamasından istifadə edərək immiqrasiya idarələrinin aktyorun ölkəyə qayıtmasına qadağa qoymasına nail olur. Çaplin İsveçrənin Veve şəhərinə məskunlaşır.
İsveçrədə Çarli köhnə səssiz kinolarına musiqilər bəstələyir və “Qızıl qızdırması” filmini səsləndirir.
Aktyor 1954-cü ildə Beynəlxalq sovet Sülh mükafatına layiq görülüb. 1957-ci ildə çəkdiyi “Kral Nyu-Yorkda” filmində hələ də baş rolu ifa edir. 1964-cü ildə memuarlar yazır və 1992-ci ildə bu memuarlar əsasında “Çaplin” bioqrafik bədii filmi çəkilib.
Çaplin “Qonkonqdan Qrafinya” adlı sonuncu filmini 1967-ci ildə çəkib. Filmdə baş rolları Sofi Loren və Marlon Brando kimi aktyorlar oynayıblar.
1972-ci ildə məşhur aktyor ikinci dəfə “Oskar” mükafatı alır. Bunun üçün o, qısa müddətə ABŞ-a gedir. Aktyora məhdudlaşdırılmış viza verilir. 1975-ci il martın 4-də kraliçə II Yelizaveta tərəfindən ona cəngavər statusu verilir.
Məşhur kinoaktyor Çarli Çaplin 1977-ci il dekabrın 25-də Veve şəhərindəki evində vəfat edib. 1978-ci il martın 2-də Çarlinin cəsədi qəbirdən çıxarılaraq oğurlanır. Cinayətkarlar tabutun qaytarılması üçün pul tələb edirlər. Polislər cinayətkarları yaxalayır və Çaplinin cəsədi 1978-ci ildə 17 mayda yenidən basdırılır.
Çaplin 4 dəfə evlənib və onun 11 uşağı olub. Onlardan bəziləri özlərini aktyor kimi sinayıblar. Onların arasında Ceraldina Çaplin daha böyük uğur qazanıb.
Maraqlı faktlar:
* Çaplinin gözləri maviydi.
* Çaplin solaxay olub, hətta skripkanı da sol əliylə çalırmış.
* Filmlərindən 10,5 milyon dollar qazanıb.
* Çaplin «Oxşarlar müsabiqəsi»ndə gizli iştirak edib. Ona Çarli Çaplinə oxşadığına görə üçüncü yer veriblər.
Yazıya Bloqdan keçid counter Dəfə Olub.

0 коммент.:

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X