Vaxtilə çox varlı bir adam vardı. O qədər varlı idi ki, malının və pulunun hesabını bilməzdi. Yenə də son dərəcə xəsis idi.
Günlərin bir günü qapısına bir kasıb gəldi kömək üçün.
- Allah xətrinə qarınımı doyurun, deyərək yalvardı. Mərhəmətsiz varlı:
- Rədd ol qapımdan. İşləyib qazanmaq əvəzinə dilənirsən, utanmırsanmı? Rədd ol dedim…
Kasıb boynunu bükdü.
- Nə qəribədir. Mən kasıb olduğum üçün üzümü buruşdururam, sən varlı olduğun halda gülməyi, gözəl söz söyləməyi unutmusan.
- Rədd ol dedim, rədd ol..
- Qürurlanma, nə kasıblıq, nə zənginlik əbədidir.. Bir gün bütün malını itirib kasıb ola biləcəyini heç düşündünmü?
Mərhəmətsiz varlı tamamilə əsəbiləşdi. Xidmətçisinə qışqırdı:
- Rədd et bunu başımdan! Xidmətçi əzilə-əzilə kasıbı qovdu.Bir  neçə il keçdi…

Yazıya Bloqdan keçid counter Dəfə Olub.

0 коммент.:

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X