Əziz oxuyucu, bu yazıda sizə iki günlük İran səyahətim və orda görüb təəccübləndiyim hadisləri qısaca yazmağa çalışacam. Belə ki, səyahətimin ilk yeri Təbriz oldu. İranın pul vahidi (Rial) bizim pula nisbətən aşağı düşdüyü üçün ölkədə biraz kasıbçılıq, və insanların rifahının azlığı gözlə görünən haldır. Ölkə daxili şəhərlərarası transport qatar, avtobus, taksi və yerli aviaresyslərdir. Ancaq mənim xoşladığım və surətli, həmçinin bizim manata görə ucuz olan olan transport taksi olduğu üçün istifadə etdiyim odur. Uzun sözün qısası saatlarla taksidə getmək hərdən bezdirici olsada, yollarda gördüyüm quru təbiət, yolüstü şəhərlər, dükanların üstündəli işıqlar və s. o yorğunluğu unutdurur.
Ölkədə yeməli şeylər olaraq ona misal çəkə bilərəm, fərqli dadda çipsi və kukruzlar həmçinin fərqli dadda su və spirtsiz içkilər, həmçinin ölkəmizdə hacı piyvəsi dediyimiz "Baltika 0" daxil nə qədər su. Yeməklərə gəldikdə isə, yeməkxanalarda kolbasa, sosiska çörəklər ən çox satılanlardandır. İranın əsas tipik yeməkləri düyünün ət (qoyun, toyuq və ya balıq), tərəvəz (soğan və müxtəlif göyərtilər) və qoz ilə birlikdə hazırlandığı yeməklərdir. Təzə göyərtilər, eləcə də ərik, nar, heyva, gavalı, ərik və üzüm kimi meyvələr tez-tez istifadə olunur. Zəfəran, qurudulmuş laym, darçın, sarıkökcəfəri kimi ədvaları qarışdırılır və bəzi xüsusi yeməklərin hazırlanmasında istifadə olunur.
  Gələk İranda kemçirdiyim iki günün əsas məqsədinə, Toy mərasimi.
Toy mərasimləri öyrəndiyimə görə şəhərlərə və əyalətlərə görə dəyişir. Təbriz və bu tip böyük şəhərlərdə bizim ölkədə olduğu kimi, evi oğlan evi alır, qız içini doldurur və oğlanın atası başlıq pulu vermir və çox qızıl alınır. Oğlan evi və qız evi toyu fərqli toy edir. Qadınlar və kişilərin toyxanada biryerdə və ayrı olması isə toy sahibinin qərarından asılıdır.
  Ancaq mən başqa xırda rayon tipli şəhərdə toyda olduğum üçün, burda toy adətləri tamam fərqli idi. Gözləmədiyim qədər onlara görə kreativ və gözəl. Ancaq burda adət böyük şəhərlərdəki kimi deyil, Evi və içini oğlan alır, oğlan bir küpə qızıl alır, Bizim pulla 1000 AZNə yaxın qızın atasına başlıq verir, və toy mərasimi birlikdə olur, xərcini də çox vaxt qızın atası çəkir.
Onuda qeyd edim ki, mən qız evi qonağı idim.
Toy olduqdan bir gün qabaq axşam bizim xına gecəsi kimi (ancaq xına yox idi mən bildiyim qədəri ilə) qadınlar olduqları otaqda gün boyu fars və Azərbaycan dilində olan mahnılarla oynayır. Biraz qaranlıq düşən kimi oğlan evi yaxın qohumları ilə gəlir qızın evinin qabağına və maşınlarının işığı məhəlləni işıqlandıracaq şəkildə park edilir və davul-zurna ilə oğlan evi şərur yallısına bənzər əl-ələ yapışıb bir saata yaxın oynayırlar. Və bu yerdə qız evi onları dairəyə alıb naz edir, oynamır. Və qətiyyən qız evindən heç kim oğlan evinin oynamağını telefon və digər videoçəkən cihazlarla lentə ala bilməz, eşitdiyimə görə əvvəllər bunun üstündə çox davalar düşüb və toy baş tutmayıb. Videoçəkilişi ancaq oğlan evi edə bilər. Bir müddət sonra oğlan evi çıxıb gedir. Və məhəllədə qız evi yenə eyni qaydada davul-zurna ilə birinci kişilər olmaqla yallı gedilir. Bu arada özümündə iştirak etdiyim, oynadığım bu yallını, kürd filimlərində olan törə toylarında olan səhnələrə daha çox bənzətdim.
  Biz oynarkən qızın atası isə bizim başımıza pul səpir və əlində nar çubuğu olan və saroçkasının boynunda tərləməsin dəyə cib dəsmalı qoymuş bir ortayaşlı oğlan, yerə düşən pulların azyaşlı uşaqlar tərəfindən mənimsənilməsinin güc tətbiq edilərək qarşısını alır və yerdən yığdığı pulları, "toyçular" dedikləri davul-zurna çalanların cibinə qoyurdu.
  Bizim bu yallı bitdikdən sonra birinci evli xanımlar biznən əl-ələ yallı getdi və biz çıxmamızı istəyən subay qızlar bizim yerimizə bir-bir keçərək yallı daxili kişi-qadın əl təmasının qarşısı alındı. Yarım saata bunlar da oynayıb bitirdi, Kişilər getdi yatmağa. Ancaq qadınlar səhərə qədər oynadı və əyləndi, əlbəttə kişilərin, qadınların oynadığı otağa baxması və girməsi qəti qadağan olduğu üçün məndə görə bilmədim.
Və Xına gecəsi qurtardı, başladı toy gecəsi. Bütün yaxın qohumlar qadın-kişi qarışıq nahar yeməyi yedi və axşama planlaşdırıldı toy necə olacaq. Saat 16:00 da toy mərasiminin keçirildiyi zala getdik, və mən gözlərimə inanmadım. Zal iki yerə, iki metrlik divar ilə bağlanıb, qadınlar və qadın DJ digər trəfdə mahnı ilə oynayır, kişilər isə bu tərəfdə oynamadan oturur. Və gördüyüm qədəri ilə, qız evi ilə oğlan evinin kişiləri bir-birləri ilə tanış olur. Gələk mənim toylarda ən sevimlim olan yeməklərə.
  Yeməklər sadəcə 3-4 ayrı hissədən ibarət ancaq bütün olan stoldan ibarətdir. Kola, Fanta, qazsız su, və salat (xıyar, müxtəlif şirin meyvələr), və plov üstü qızardılmış toyuq.
Və beləliklə gecə 00:00a qədər limitsiz su. Və eşitdiyimə görə xınanı evə toyda hazırlayıb yaxırlar. Saat 20:00 da toyun marağı sırf yemək və spirtli içki olmadığı üçün qaçdı, və ölkəmizə qayıtmağa qərar verib, sağollaşıb üzrxahlıq edib qayıtdım.
Və sonda onu deyə bilərəm ki, heç vaxt yaşamadığım bir şey olduğu üçün, maraqlı gəldi.
Çoxlu şəkil və video çəkmişəm, paylaşmama səbəbim odur ki, toy sahibinə hörmətsizlik olar. Həmdə ondan paylaşmaq üçün icazəni bilərəkdən almadım ki, söz çıxmasın.
Sağolun...
Yazıya Bloqdan keçid counter Dəfə Olub.

0 коммент.:

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X