1912-ci il aprelin 14-dən 15-ə keçən gecə gözlənilmədən aysberqlə toqquşan Titanikin faciəsi barədə hamımız bilirik. Faciə zamanı 1524 nəfərin həlak olduğunu da. Faciədən salamat qurtarmış 703 nəfərin böyük əksəriyyətinin sonradan başqa dəniz qəzalarında həlak olduğunu bilirdinizmi?Bəs faciədən 14 il öncə əsrarəngiz bir yazıçının öncəgörməsini necə?


Titaniklə bağlı sirlər, qaranlıq qalan məsələlər bu günə qədər aydınlaşdırılmayıb. Sizə bu sirlərdən bəzilərini təqdim etmək qərarına gəldik. Ən maraqlı hekayət isə “Titan” romanı barədədir. 1898-ci ildə, yəni Titanikin batmasından tam 14 il öncə Morgen Robertsonun yazdığı bir roman nəşr edildi.

Morgan amerikalı idi, gənckən dənizçilik etmişdi, sonra isə zərgər oldu və Nyu-Yorkda zərgərlik etdi. Qəflətən yazar olmağa qərar verdi və ilk hekayəsi 25 dollara satıldı, daha sonra yazdığı 10 hekayədən isə 1000 dollar qazandı. Yazmaq ona artıq asan və qazanclı gəlirdi. 1897-ci ilin bir qış gecəsində yeni bir dəniz əhvalatı yazmağı planladı. Bu bir uzun əhvalat olacaqdı.

Təsadüf ya öncəgörmə?
Romanın iki adı vardı: “Nahaq yerə” və “Titan Qəzası”. Roman fantastik bir gəmi səfərindən danışırdı. “Titan” adlı lüks gəmi okeanda irəliləyərkən aysberqlə toqquşub batırdı. Üstəlik, yazar gəmiyə “batmayan gəmi” (eynilə gerçək Titanikə verilən ad kimi) adını qoymuşdu. Titanik faciəsindən 14 il öncə nəşr edilən bu roman rəsmi olaraq gələcəkdəki bir faciənin trajedik hekayəsini izah edirdi. Bu sanki bir öncəgörmə idi.

Yazarın xəyalında nəhəng bir reys gəmisi vardı, əsla batmayan bir gəmi. Bir eşq mövzusu üzərində qurulan əhvalatın qəhrəmanları bu nəhəng gəmiyə minib, İngiltərədən ABŞ-a gedirdilər və eşq hekayəsi dünyanın ən lüks gəmisində başlayırdı. Amma əhvalatın xəyali qəhrəmanları gözlənilməz bir sürprizlə qarşılaşacaqlar və bir dəniz qəzası “batmaz” deyilən gəmini okeanın dibinə göndərəcək.

İnanılmaz oxşarlıqlar
Robertson 14 il öncə Titanikin batma səhnəsini olduğu kimi təsvir etmişdi. Gəmi necə aysberqlə toqquşur, hansı tərəfdən zədə alır-bütün bunları olduğu kimi yazmışdı. Morqan hətta sinfi ayrı-seçkiliyi də yazmışdı, xilasetmə gəmilərinə öncə varlıların mindirildiyi barədə uzun-uzadı təsvirlər vermişdi.

Və Robertson 1898-ci ildə əhvalatını kiçik bir kitab olaraq nəşr etdi. O zaman çox da maraq doğurmayan  kitab onu çox sonralar əbədiyaşar edəcəkdi, çünki o, dünyanın ən təəccüblü və ən dəhşətli faciəsini yazmışdı. Titanik eynilə bu romandakı taleni yaşadı, batış səhnəsi eyni idi. Amma təkcə adlarındakı eynilik və eyni formada batmasımı onları bir-birinə bağlayırdı? Xeyr, inanılmaz faktları oxumağa hazır olun o zaman.

1. Robertsonun romanındakı Titan adlı gəmi Soutqampton limanından yola çıxırdı və 14 il sonra Titanik də eyni limandan yola çıxdı.

2. Romandakı gəmi ilə, Titanik arasında yalnız 4 metr fərq vardı. Titan 248 metr, Titanik 252 metr idi.

3. Hər iki gəminin çəkisi də bir-birinə yaxın idi -Robertson romanında Titanı 70.000 ton ağırlığında yazmışdı, gerçək Titanik isə 66.000 ton idi.

4. Hər iki gəminin də üç pərvanəsi vardı.

5. Robertsonun romanındakı nəhəng Titan, Nyu-Foundland yaxınlığında, Şimal Atlantikdə bir aysberqə dəyərək batır. İnanılmaz olan isə odur ki, Titanik də 14 il sonra eyni koordinatda, eynilə romandakı aysberqin bənzəri kimi bir aysberqə dəyərək okeana qərq oldu.

6. Hər iki gəmidə də kifayət qədər xilasedici qayıq yox idi. Robertson romanındakı gəmidə 24 avarlı qayıq olduğunı yazırdı, Titanikdə isə 22 avarlı qayıq vardı.

7. Titanikin qəzasında 1513 sərnişin boğularaq öldü. Eynilə 14 il əvvəlki romanda yazıldığı kimi… Robertsonun romanındakı Titanda isə 1500 adam ölürdü. Hər iki gəmi də 3000 nəfərlik idi və hər ikisinin ilk səfərində 2240 nəfər minmişdi.

8. Həm romandakı Titanın, həm də gerçək Titanikin batması zamanı gəmi orkestri eyni musiqini səsləndirib.

9. Həm romandakı Titan gəmisindən sağ qurtulan gəmi heyəti, həm də gerçək Titanik qəzasından qurtulan gəmiçilər həyatları boyu gəmidə çalışdılar amma heç vaxt kapitan ola bilmədilər.

Morgan məhşur ola bilmədi, amma yazdığı və satılmayan roman gerçəkləşdi. O, Titanikin batmasından 3 il sonra infarktdan öldü. Kimsə onunla maraqlanmadı, ta ki 1980-ci illərə qədər. Bu zaman Titanikin axtarışı aparılırdı və təhqiqatlar zamanı Morganın romanına rast gəlindi.

Araşdırmaçılar dəhşətə gəldilər, Morgan Robertson Titanik batmadan 14 il öncə, gəmiylə və qəzayla əlaqədar hər şeyi eynilə necə yazmışdı? Araşdırmaçılar bunu təsadüf hesab etmir, onlar Titanikin batacağının öncədən bilən bu yazarın bir dahi olduğunu deyirlər.

Yazıya Bloqdan keçid counter Dəfə Olub.

0 коммент.:

Bu Blogda Axtar

Blogger tarafından desteklenmektedir.

Translate / Tərcümə et

analaysics

Blogun Android proqramını enrimək üçün TIKLAYIN

X